Bakıdakı 157 nömrəli tam orta məktəbdə
detektiv-macəra janrında əsərlərin müəllifi
Elxan Elatlı ilə görüş keçirilib. 157 nömrəli
tam orta məktəbdə riyaziyyat müəllimi işləyən
yazıçı bu dəfə oxucularının görüşünə Milli
Qəhrəman Mübariz İbrahimova həsr etdiyi "Qisas
gecəsi" əsəri ilə gəlib. Əsərdə xalqımızın
fəxri Mübarizin mərdliyi, igidliyi, vətənini
canından çox sevən qəhrəman obrazı təsvir
olunub.
Oxucuların suallarını cavablandıran yazıçı yaxşı
əsər və daimi oxucu problemi ilə bağlı
fikirlərini bölüşüb. E.Elatlı riyaziyyatçı
olmasının da yaradıcılığına müsbət təsir
göstərdiyini bildirib.
Tədbirdə çıxış edən məktəbin direktoru Gülayə
Səttarova Elxan Elatlının yaradıcılığı ilə
yanaşı, yaxşı müəllim kimi şagirdləri tərəfindən
sevilməsindən, bütün kollektivin ona hörmətindən
danışıb.
Azərbaycan Dövlət Televiziya və Radio
Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin diktoru,
əməkdar artist Eldost Bayram bir oxucu kimi
E.Elatlının yaradıcılığından danışaraq
əsərlərindən bir parça səsləndirib.
Rəşad ZİYADOV |