Mayın 27-də Bakının Sabunçu rayonunda yerləşən
195 nömrəli körpələr evi-uşaq bağçasında "Əlvida,
bağça, salam, məktəb" adlı mərasim keçirildi.
Tədbiri giriş sözü ilə açan bagçanın müdiri Rita
Əliyeva balaca fidanları və onların
valideynlərini əlamətdar gün münasibətilə təbrik
edərək xoş arzularını bildirdi. Son illər
ölkəmizdə təhsilin ilkin pilləsi sayılan
məktəbəqədər təhsilə göstərilən diqqət və
qayğıdan danışan R.Əliyeva bu işdə möhtərəm
Prezidentimiz İlham Əliyevin misilsiz
xidmətlərini vurğuladı. O, bu il bağça həyatına
əlvida deyərək məktəbə qədəm qoyacaq uşaqlara
uğurlar dilədi və onları məktəb təliminə
hazırlayan tərbiyəçilərin, xüsusilə Bikəxanım
Həbibova və İfadə Kazımovanın əməyini yüksək
qiymətləndirdi. Bağçada yaradılan toxuculuq və
sadə riyaziyyat təsəvvürləri dərnəyinin
əhəmiyyətindən danışan R.Əliyeva bildirdi ki,
bağçanın uşaqlarından 4 nəfəri ulu öndər Heydər
Əliyevin anadan olmasının 88-ci ildönümü ilə
bağlı keçirilən müsabiqədə fərqlənərək fəxri
fərmanlarla təltif olunub.
Tədbirdə çıxış edən valideynlər uşaqlar üçün
yaradılan şəraitə görə bağçanın rəhbərliyinə və
kollektivinə minnətdarlıq etdilər.
Tədbir iştirakçıları alqışlarla balacaları
səhnəyə dəvət etdilər. Fidan məzunlar
bir-birindən maraqlı rəqs nömrələri, səhnəciklər
göstərərək tədbiri unudulmaz xatirəyə çevirdilər.
Niyazi RƏHİMOV |