Ən yaxşı müəllimlər

700 bal toplayanlar

Ən yaxşı məktəblər

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

3 İyun 2011 - ¹21

 

Azərbaycanın təhsil nazirləri

Dadaş Xoca oğlu Bünyadzadə

 

Gorkəmli dovlət xadimi Dadaş Xoca oğlu Bünyadzadə 1888-ci ilin aprel ayında Bakının Fatmayı kəndində anadan olub.  1908-ci ildə 8 aylıq pedaqoji kursa daxil olan Dadaş Bunyadzadə, eyni zamanda gecə kursunda rus dilini öyrənib. Elə həmin ildən bolşevik partiyasının üzvü olub. 1908-ci ildə İran inqilabçılarına yardım üçün Təbrizdə olub. İrandan qayıdan kimi Tiflisdə həbs edilib. Üç ay sonra həbsdən azad olunaraq Bakıya gəlib. 1911-ci ildə yenidən həbs olunaraq Türküstana sürgün edilib.

1918-ci ildə Həştərxana gedən Dadaş Bünyadzadə quberniya komitəsinə üzv seçilib, tatar dilində çıxan "Tartış" ("Mübarizə") qəzetinin redaktoru olub. 1918-ci və 1921-ci illərdə Moskvada Leninlə görüşüb. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Dövlət Plan Komissiyasının sədri, ZSFSR xalq torpaq komissarı, Azərbaycan SSR XKS-nin sədri və digər mühüm vəzifələrdə çalışıb.

Dadaş Bünyadzadə Azərbaycan K(b)P MK-nın, YİK(b)P Zaqafqaziya Ölkə Komitəsinin, Azərbaycan SSR, ZSFSR və SSRİ MİK-in üzvü seçilib.

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra yaradılan Maarif Komissarlığı bəzi sənədlərdə Xalq Maarifi Fəhləkəndli Müfəttişliyi Komissarlığı kimi qeyd olunub.

1920-1922-ci illərdə bu komissarlığa Dadaş Bünyadzadə başçılıq edib. Sovet Azərbaycanının ilk xalq maarifi komissarı olan Dadaş Bünyadzadə 1920-ci il mayın 23-də respublika hökuməti adından xalq maarifi sahəsində dövlətin əsas prinsiplərini elan edib.

Dadaş Bünyadzadə ötən əsrin 20-ci illərində nəşr olunan "Xalq maarifi" jurnalının 1-ci nömrəsində dərc olunmuş "Maarif və dövlət" adlı məqaləsində maarif komissarı olaraq yazırdı: "Şuralar hökumətinin başlıca və əsaslı qanunlarından biri də elmi, maarifi və sənayeni dirçəltməkdir. Bundan sonra oxumaq, yazmaq, bilmək, sənət öyrənmək hamıya borcdur. Belə ki, elmsiz və sənətsiz bir adam tapılmayacaqdır". Dadaş Bünyadzadə Azərbaycanda maarif işində tez bir zamanda yüksəliş əldə etmək üçün müəllim hazırlığını, məktəblə ictimaiyyət arasında üzvi əlaqə yaradılmasını ən mühüm vəzifə hesab edirdi. O yazırdı: "Azərbaycanda istənilən dərəcədə elm və maarifi inkişaf etdirmək üçün 25 min müəllim, 10 min mürəbbi lazımdır. Halbuki bütün Azərbaycanda ancaq 2500 müəllim və 1000 mürəbbi vardırE Belə bir mühüm və müqəddəs işi meydani icraiyyəyə qoymaq üçün kəndlilərin və fəhlələrin özləri iştirak etməlidir, özləri işə girişməlidirE Bu işdə zəhmətkeşlər iştirak etməsələr, bunların hamısı bir parça kağız üzərində qalacaqdır".

Respublikada müəllimə olan ehtiyacı ödəmək üçün XMK 1920-1922-ci illərdə qısamüddətli kurslar açır, müəllimlərin mədəni-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə bir sıra qərarlar qəbul edir.

Maarif komissarı Dadaş Bünyadzadənin imzaladığı bir Dekretdə göstərilirdi ki, maarif xadimləri, birinci növbədə, ərzaqla təmin olunacaq, maarif işçiləri tutduqları evlərdən çıxarılmayacaqlar. Həmçinin sənəddə maarif xadimlərinə və onların ailələrinə aid əşyaların müsadirə edilməyəcəyi, onların maarif işlərindən və iməcilikdən başqa digər əmək işlərinə cəlb olunmayacağı, vilayət, qəza və yerli hökumətin maddi cəhətdən maarif xadimlərinə müavinət verəcəyi əksini tapır.

1920-ci ildə Dadaş Bünyadzadənin imzası ilə XMK bir sıra mühüm qərarlar qəbul edib. Azərbaycan dilində məktəb sənədlərinin aparılması, Azərbaycan Dövlət Universiteti haqqında, universitet işçilərinin əməkhaqqı barəsində, şagird ictimai təşkilatlarına dair, orta məktəblərin quruluşunun dəyişdirilməsi, məktəb işlərinin əsasları, tədris planları haqqında, özünüidarə, qüsurlu uşaqlar haqqında və digər qərarlar onun xalq maarifi komissarı işlədiyi dövrün ölkənin təhsil həyatındakı mühüm rolunu əks etdirir.

Azərbaycan müəllimlərinin IV qurultayındakı çıxışında vurğulayıb: "Ebu gün müəllimlərimiz bir yandan kəndliləri maarifləndirməli, digər tərəfdən Eonlara təsərrüfat savadı verməlidirlər".

Azərbaycan XKS-nin sədri Dadaş Bünyadzadə 25-27 yanvar 1931-ci ildə keçirilmiş Azərbaycan müəllimlərinin V qurultayındakı məruzəsində yeni əlifbaya keçilməsini ən böyük nailiyyət adlandırıb.

Dadaş Bünyadzadə repressiyaya məruz qalıb, 1938-ci ildə dünyasını dəyişib.

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Azərbaycanın təhsil nazirləri" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov