Lənkəran
Dövlət Universitetində müstəqilliyimizin yenidən
bərpasının 20-ci ildönümü ilə bağlı tədbirlər
planına uyğun olaraq mədəniyyət və incəsənət
bayramı keçirilmişdir. 28 May - Respublika
gününə həsr edilən tədbir Lənkəran Şəhər İcra
Hakimiyyəti ilə birgə təşkil olunmuşdu.
Tədbiri
universitetin rektoru, fizika-riyaziyyat elmləri
doktoru, əməkdar elm xadimi, professor Asəf
İsgəndərov açaraq iştirakçıları salamladı.
Bildirdi ki, tədbirdən məqsəd tələbələrin
vətənpərvərlik ruhunda tərbiyəsinə diqqəti
artırmaq, mədəniyyət və incəsənətimizə, milli
adət-ənənələrimizə hörmət aşılamaq, istedadlı
gənclərin üzə çıxarılmasını və tələbələrin asudə
vaxtlarının səmərəli keçirilməsini təmin
etməkdir. Qeyd edildi ki, müsabiqəyə hazırlıq
mərhələsində ayrı-ayrı fakültələrdə ifalara
baxış keçirilmiş, yüksək bal toplayanlar
müsabiqəyə buraxılmışlar. Qalib adı uğrunda
500-dən çox tələbə, o cümlədən rayon təhsil və
uşaq müəssisələrinin kollektivləri iştirak
edirdilər. Xalq çalğı alətləri, milli rəqs, tək
ifaçılar (bədii qiraətçilər, musiqi alətlərində
fərdi ifaçılar, solo oxuyanlar), rəsm, əl
işləri, bədii yaradıcılığın digər janrları üzrə
fərqlənənlər münsiflər heyəti tərəfindən
müəyyənləşdirildi.
Bədii qiraət,
mahnı və rəqs yaradıcılıq müsabiqəsində daha çox
bal toplamış iqtisadiyyat və idarəetmə fakültəsi
birinci, humanitar və pedaqoji elmlər fakültəsi
ikinci, təbiyyat fakültəsi üçüncü yeri tutdu.
İqtisadiyyat və idarəetmə fakültəsi Ekologiya
ixtisası üzrə birinci kurs tələbələrinin çıxışı
yüksək qiymətləndirildi və onlar ixtisas
qrupları üzrə müsabiqənin qalibi oldular.
Bu qrupda
çıxış edən tələbələrdən Aytən Məmmədova, Minazər
Tofiqli, Gözəl Səmədzadə, Rüfanə Qurbanova,
Kəmalə Mövsümzadə Azərbaycana, ümummilli lider
Heydər Əliyevə həsr edilmiş seirlər, mahnılar
oxudular. Milli rəqslər oynanıldı, müstəqilliyi,
Vətəni, Qarabağı tərənnüm edən rəsm əsərləri,
o cümlədən fizika və kimyadan təcrübələr
nümayiş etdirildi.
Universitetin
alman dili ixtisası üzrə dördüncü kurs tələbəsi
Gülxar Həsənova, riyaziyyat-informatika ixtisası
üzrə ikinci kurs tələbələri Zeynəb Məmmədli və
Sevinc Şirzadova, riyaziyyat ixtisası üzrə
tələbə Ülviyyə Səttarzadə fərdi yaradıcılıq
müsabiqələrinin qalibi oldular.
Lənkəran şəhər
5, 12 və 17 nömrəli uşaq bağçalarının, Lənkəran
Özəl Türk Liseyi şagirdlərinin çıxışı da maraq
doğurdu.
Qaliblərə
müxtəlif dərəcəli diplom və qiymətli hədiyyələr
təqdim edildi. Universitetin dosenti, Prezident
təqaüdçüsü Hacı Mirhaşım Talışlı, universitet
valideynlər şurasının sədri Sərhad Məmmədov,
Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının
humanitar məsələlər üzrə müavini Səmədağa
Abdullayev qalibləri təbrik edərək gələcək
fəaliyyətlərində uğurlar arzuladılar.
Hacı Etibar ƏHƏDOV |
|