Ən yaxşı müəllimlər

700 bal toplayanlar

Ən yaxşı məktəblər

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

3 İyun 2011 - ¹21

 

Moskvalı alimlər ustad dərsləri keçiblər

 

"Rusiya dünyası" Fondunun tədbirləri çərçivəsində Bakı Dövlət Universitetinin "Rus Mərkəzi"ndə Moskvanın A.S.Puşkin adına Dövlət Rus Dili İnstitutunun və BDU-nun filologiya fakültəsinin nümayəndələrinin iştirakı ilə seminar keçirilmişdir.

BDU və Bakı Slavyan Universitetinin müəllim və tələbələrinin, Azərbaycan Texniki Universitetinin rus dili kafedrası nümayəndələrinin də qatıldıqları seminarda Azərbaycanda rus dilinin yeri və rolu, elm sahəsində ikitərəfli əlaqələrin möhkəmləndirilməsi barədə söz açılmışdır.

BDU-nun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, "Rus Mərkəzi"nin rəhbəri, dosent Fikrət Rzayev Mərkəzin fəaliyyəti barədə seminar iştirakçılarına ətraflı məlumat vermişdir. Daha sonra professor Tatyana Savçenko "Müasir rus ədəbiyyatında yeni adlar və hadisələr", dosent Alla Konstantinova "Müasir rus dilində gerçək proseslər", professor Elxan Əzimov "Rus dilinin xarici dil kimi öyrədilməsində yeni üsullar və texnologiyalar" mövzularında məruzələrlə çıxış etmişlər.

Tədbirdə rus dilində baş verən dəyişikliklər barədə diskussiya aparılmış, böyük rus şairlərinin şeirləri səsləndirilmiş, suallar cavablandırılmışdır.

Moskvalı qonaqlar dilçilik, klassik və müasir rus ədəbiyyatı, həmçinin humanitar və təbiət elmləri fakültələrinin rus dili kafedralarında ustad dərsləri keçmişlər.

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov