Təhsil
naziri
Misir
Mərdanov
qonağı
səmimi
salamlayaraq
Azərbaycanla
Ukrayna
arasında
səmərəli
əlaqələrin
mövcudluğunu
və
təhsil
sahəsinin
bu
əlaqələrdə
xüsusi
yeri
olduğunu
qeyd
edib.
İkitərəfli əməkdaşlığın daha da inkişaf
etdirilməsinin məqsədəuyğunluğundan söz açan
nazir istər universitetlərarası, istərsə də orta
təhsil sahəsində əlaqələrin genişləndirilməsinin
əhəmiyyətini nəzərə çatdırıb.
Səmimi qəbul
üçün təhsil naziri Misir Mərdanova
minnətdarlığını bildirən səfir Aleksandr
Mişşenko Azərbaycan təhsilinin inkişafı və əldə
olunmuş müsbət təcrübə barədə məlumatı olduğunu
qeyd edib. Ölkəsinin ali məktəbləri haqqında
ətraflı məlumat verən Aleksandr Mişşenko Ukrayna
universitetlərinin bir çox ixtisaslar üzrə kadr
hazırlığı baxımından qazandığı nailiyyətləri
qeyd edib, müvafiq sahədə əməkdaşlığın
məqsədəuyğunluğunu önə çəkib.
Azərbaycan və
Ukrayna ali məktəbləri arasındakı qarşılıqlı
əlaqələrə toxunan səfir bu baxımdan Bakı Slavyan
Universitetinin rolunu xüsusi olaraq diqqətə
çatdırıb. Təhsil işçilərinin qarşılıqlı
səfərlərinin təşkili məsələsindən söz açan
Aleksandr Mişşenko qeyd olunan istiqamətdə bir
sıra təkliflərini irəli sürüb. Azərbaycanda orta
təhsil sahəsində aparılan islahatların tədrisin
keyfiyyətinin yüksəlməsində özünü büruzə
verdiyini vurğulayan qonaq Bakı Avropa Liseyinin
iş təcrübəsini xüsusilə təqdir edib, bu tədris
ocağının ən yüksək meyarlara cavab verdiyini
bildirib.
Misir Mərdanov
ali məktəblər arasında daha sıx əlaqələrin
yaradılması üçün geniş imkanların olduğunu
vurğulayıb və azərbaycanlı gənclər üçün Ukrayna
universitetlərinin doktorantura pilləsində
təhsil imkanlarının yaradılmasının daha məqbul
hesab edildiyini önə çəkib. Nazir orta təhsil
müəssisələri arasında da əlaqələrin qurulmasının
və qarşılıqlı səfərlərin səmərəli olacağını
bildirib.
Daha sonra bir
sıra digər məsələlər ətrafında fikir mübadiləsi
aparılıb, təhsil sahəsində əməkdaşlığın
möhkəmləndirilməsi üçün müvafiq təkliflər irəli
sürülüb. |