Bakıdakı
229 nömrəli tam orta məktəbdə İKT-nin
tətbiqindən əldə olunan nəticələrin təqdimatı
məqsədi ilə aprel və mayda fənn aylığı
keçirilib. Həmin aylıq çərçivəsində ibtidai və
yuxarı siniflərdə keçirilən "açıq dərs"lər
maraqla dinlənilib.
I "b" sinfində Laləzar Hüseynovanın riyaziyyat
fənnindən "Vaxt", III "b" sinfində Bəsti
Mansurovanın "oxu"dan "Qarabatdağ və xərçəng", I
"d" sinfində Bahar Bayramovanın oxu fənnindən
"Tıq-tıq xanım" nağılı, I "a" sinfində Larisa
Fərəcovanın Həyati bacarıqlara əsaslanan təhsil
fənnindən "Yol hərəkəti qaydaları", III "a"
sinfində Şücaət Musayevanın "oxu"dan "Peşələr
necə yaranır?", V "b" sinfində Yeganə
Ağayevanın ingilis dilindən "London parkları,
Britaniya yeməkləri", VIII "b" sinfində Gülnarə
Ağayevanın ədəbiyyat fənnindən "Ə.Haqverdiyevin
Mirzə Səfər" hekayəsi, VIII "c" sinfində
Mənsurə Əhmədovanın ingilis dilindən "Britaniya
kitabxanası", X "d" sinfində Gülnarə
Novruzovanın rus bölməsində "Xiristofor Kolumb"
haqqında və digər mövzularda "açıq dərs"ləri
təşkil edilib.
Dərslərdə müəllim və şagirdlərin
informasya-kommunikasiya texnologiyalarından
istifadə etməsi, mövzu ətrafında təqdimat və
müzakirələr, müxtəlif fənlərə inteqrasiya, Milli
Kurikulumun standartlarına uyğunluq kimi
məsələlər diqqəti cəlb edib. Məktəbin direktoru
Fəridə Bağırova "açıq dərs"lər haqqında məlumat
verərək bildirdi ki, təhsil ocağında demək olar
ki, bütün dərslər müasir təlim
texnologiyalarından, innovasiyadan istifadə
etməklə keçilir. Bu məqsədlə məktəbdə innovasiya
kabineti yaradılıb ki, orada təlim prosesində
keyfiyyətin yüksəldilməsinə xidmət edən bir sıra
müasir avadanlıqlar yerləşdirilib. F.Bağırovanın
sözlərinə görə, məktəbdə keçirilən fənn aylığı
ilə əlaqədar olaraq Vilyam Şekspirin "Hamlet"
əsərini VIII "a" sinif şagirdləri müəllimləri
Şəhla Qarayeva, Maarifə Mahmudova və Nəzakət
Baçarovanın köməyi sayəsində səhnələşdiriblər.
Bundan başqa, dünya fizikləri haqqında VIII
sinif şagirdləri müəllim Həcər Məmmədovanın
rəhbərliyi ilə məktəbin akt zalında tədbir
keçiriblər.
Rəşad ZİYADOV |
|