Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

27 May 2011 - ¹20

 

Şagirdlərin vətənpərvərlik tərbiyəsində sinifdənxaric işlərin rolu

 

Hər bir cəmiyyətin gələcəyi onun yetişməkdə olan gənc nəslidir. Gənc nəslə qayğı isə hər bir dövlətin siyasətinin aparıcı istiqamətlərindən biridir. Bugünkü məktəbli nə qədər savadlı, nə qədər vətənpərvər, nə qədər yüksək dünyagörüşünə malik olarsa, dövlətin, millətin gələcəyi bir o qədər işıqlı və ümidverici olar. Bu mənada məktəb gələcəyimizin bünövrəsinin möhkəmlənməsinə xidmət edən bir qurumdur, bir ocaqdır. "Təhsil haqqında" Qanun da, məktəbin daxili qayda-qanunları da, pedaqoqun öz işinə məsuliyyəti də müasir məktəblinin tərbiyəsinə kompleks yanaşmanı tələb edir. Yəni bu gün formalaşan şagird yalnız yaxşı oxumaqla kifayətlənməməli, eyni zamanda vətənpərvər, dövlətçiliyimizə sədaqətli olmalıdır.

Həmin keyfiyyətlərin şagirdlərə aşılanmasında isə məktəbdə keçirilən sinifdənxaric işlərin rolu böyükdür.

İşlədiyim 26 nömrəli tam orta məktəb Sumqayıtın seçilən təhsil ocaqlarındandır. Şagirdlərimizin xoş sorağı həmişə müxtəlif müsabiqə və yarışlardan, fənn olimpiadalarından, idman turnirlərındən gəlir. Hər il neçə-neçə məzunumuz ölkəmizin və xarici dövlətlərin ali məktəblərinə yüksək ballarla qəbul olunur. Rusiyanın, Ukraynanın, Türkiyənin müxtəlif təhsil mərkəzlərində təhsil alırlar. Təkcə onu demək kifayətdir ki, Təhsil Nazirliyinin fevral ayında XI siniflər üçün keçirdiyi monitorinqdə məktəbimizin şagirdləri şəhərimizin məktəbləri arasında 1-ci nəticə göstərmişdir.

Məktəbimizin "Cəsurlar" komandası hərbi idman və turizm yarışlarının zona mərhələsində II yeri tutaraq təhsil şöbəsi tərəfindən fəxri fərmanla mükafatlandırılmışdır.

XI "d" sinif şagirdi Orxan Şükürov Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 5-ci ildönümü ilə əlaqədar keçirilən müsabiqədə şeir nominasiyası üzrə 3-cü yerə, şagirdimiz Mehriban Yusifova isə respublika fənn olimpiadasının son turunda 4-cü yerə layiq görülüb.

Keçən tədris ilində 4 şagirdimiz qəbul imtahanlarında 600-dən yuxarı bal toplayıb, onlardan biri Nurəddin Novruzov isə 645 bal yığıb.

Bütün bunlar və sadalamadığım digər uğurlar məktəbimizdə təlim-tərbiyə işinin tələb olunan səviyyədə qurulduğunu, kollektivin, məktəb rəhbərliyinin öz işinə məsuliyyətlə, can yanğısı ilə, vicdanla yanaşmasının nəticəsidir. Mən, xüsusilə, son il yarımda məktəb rəhbərliyinə yeni təyinatdan sonra məktəbdə işin canlandığını, yeniləşdiyini qeyd etmək istəyirəm.

Hər bir müəllim bilir ki, şagirdin hərətərfli inkişafı sinifdənxaric işlərlə sıx bağlıdır. Məktəbimizdə sistem halında bütün tarixi hadisələr qeyd olunur. Xalqımızın qan yaddaşına çevrilmiş 20 Yanvar faciəsi, Xocalı soyqırımı, 31 Mart soyqırımı müxtəlif disput və tədbirlərlə yad edilir. Şagirdlərə belə tədbirlərdə yüksək vətənpərvərlik ruhu aşılanır.

Poeziyamızı, ədəbiyyatımızı sevdirmək, dərindən öyrətmək üçün yerli şairlərlə görüşlər keçirilir. Müxtəlif fənlərdən şagirdlərin bilik səviyyələrini artırmaq məqqsədilə siniflərarası "Bilik yarışları" təşkil olunur. Tez-tez şagirdlərimizi şəhər tarix muzeyinə, ölkəmizin gəzməli, görməli yerlərinə ekskursiyalara aparırıq.

Bu ilin Novruz bayramında məktəbimiz gözəl proqramla çıxış edərək, bayrama öz töhfəsini verdi. "2011-ci ilin Aşıq Ələsgər ili" elan olunması ilə bağlı hazırda il çərçivəsində məktəbdə keçiriləcək böyük bir tədbirə hazırlıqlar gedir.  

Səyyarə ŞÜKÜROVA,
Sumqayıt şəhər 26 nömrəli tam orta məktəbin Azərbaycan
dili və ədəbiyyat müəllimi

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov