Ukraynanın
ən qoca tələbəsi, 81 yaşlı Feofil Doroşenko
Odessa Xristian Humanitar-İqtisadiyyat Açıq
Universitetində magistr diplomunu müdafiə edib.
"Müasir dünyada xristian etikası" mövzusunda
yazmış olduğu elmi işə görə ən qocaman tələbə "yaxşı"
qiymət alıb. Doroşenko ali təhsil almaq üçün
ilk dəfə 1981-ci ildə cəhd etdiyini bildirib,
lakin istəyinə nail ola bilməyib. İkinci dəfə
isə o, 2003-cü ildə 74 yaşında ikən Açıq
Universitetin hüquq fakültəsinə daxil olub, daha
sonra teologiya fakültəsinə üstünlük verib.
Müəllimlər qeyd edirlər ki, təhsil zamanı
Doroşenko nümunəvi tələbə olub, yalnız yaxşı
qiymətlər alıb və heç bir məşğələni buraxmayıb.
"O özü oxuyub, İnternetdən istifadə etməyi
bacarır, nəyisə aydınlaşdırmaq, kömək üçün gənc
tələbə yoldaşlarına heç vaxt müraciət etməyib",
-deyə Doroşenkonun yaxınları qeyd edirlər.
Magistrant müdafiəsindən sonra Doroşenko
təhsilini davam etdirmək niyyətindədir. O,
universitetin jurnalistika fakültəsinə qəbul
olunmaq istəyir.
Xarici mətbuat materialları
əsasında hazırladı:
Oruc MUSTAFAYEV |
|