Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

27 May 2011 - ¹20

 

Rusiyada Vahid Dövlət İmtahanları başlayır

 

Bu gündən Rusiyada Vahid Dövlət İmtahanları başlayır. Təhsil və elm sahəsinə nəzarət üzrə Federal Xidmətin başçısı Lyubov Qlebovanın sözlərinə görə, mayın 27-də  Rusiya məktəblərində informatika, biologiya və ədəbiyyat fənləri üzrə imtahanlar keçiriləcək. Məcburi fənlər hesab olunan rus dili və riyaziyyat üzrə VDİ  imtahanları isə mayın 30-da və iyunun 6-da keçiriləcək. Mayın 27-dən iyunun 14-ə kimi 6 imtahan günü təyin olunub. VDİ qəbul məntəqələrində 3 milyona yaxın iş yoxlanılacaq. Bu, ötən illə müqayisədə 10 faiz aşağıdır.  Bu isə orta məktəb məzunlarının sayının azalması ilə bağlıdır. Ötən il bu rəqəm 837 min təşkil edibsə, bu il məktəbi bitirənlərin sayı 727,5 min nəfərdir. Ümumilikdə Vahid Dövlət İmtahanından cari ildə 827 mindən bir qədər az rusiyalı keçəcək. Bu il orta məktəb məzunları arasında seçim fənni kimi fizika fənni daha populyardır. VDİ-də iştirak edən məktəblilərin 27,2 faizi bu fəndən imtahan verməyə qərar verib. İmtahana qatılanların 23,2 faizi tarixi, 21,6 faizi biologiyanı seçib. Məktəblilərin könüllü olaraq seçdikləri, ən çox tələb olunan  tədris fənni ictimaiyyatdır (55,6 faiz).  

Vahid Dövlət İmtahanının keçirilməsi üzrə ən maraqlı məqam ondan ibarətdir ki, bu il ilk dəfə olaraq ictimai müşahidəçilər  imtahanların gedişinə nəzarət etmək imkanı qazanacaq. Bütün qəbul imtahan məntəqələrində ictimai müşahidəçilərin iştirakı təmin olunub.  Təhsil və elm sahəsinə nəzarət üzrə Federal Xidmət VDİ üzrə tapşırıqların İnternetdə yayılmasına görə məktəblilərin mülki və cinayət məsuliyyəti daşımasına dair xəbərdarlıq edib. İmtahan gedişində mobil telefonlardan istifadə olunması da qadağan olunub.

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov