Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

27 May 2011 - ¹20

 

"Narkomaniyaya yox deyirik!"

 

Bakının Nərimanov rayonunda yerləşən 45 nömrəli tam orta məktəbdə dünyanın  ciddi probleminə çevrilən "ağ ölüm"ə  həsr olunmuş "Narkomaniyaya yox deyirik!" mövzusunda  tədbir keçirilib.

Tədbirdə Nərimanov Rayon Polis İdarəsinin rəisi Muradəli Babayev, rəis müavini Azər Məmmədov, 17-ci polis bölməsinin sahə rəisi Elnur Quliyev, narkoloq həkim Sənan Kazımov, ATƏT-in Bakı ofisinin nümayəndəsi, polis eksperti Süleyman Özdilek, KİV nümayəndələri və məktəb direktorları iştirak ediblər.

Şagirdlərin ifasında Dövlət himninin səslənməsi ilə başlanan tədbiri məktəbin direktoru Nazilə Məmmədova açaraq "ağ ölüm"ün törətdiyi bəlalardan danışıb. O, bu mövzuda məktəbdə tez-tez tədbirlərin təşkil olunduğunu, şagirdlərin ziyanlı vərdişlərdən uzaq qalması məqsədi ilə onlarla  vaxtaşırı olaraq söhbətlərin aparıldığını, görüşlərin keçirildiyini vurğulayıb.

Məktəbin şagirdləri tədbirdə  narkotik vasitələrdən istifadə edən insanların sonrakı taleyindən bəhs edən müxtəlif səhnəciklər nümayiş etdiriblər. Onlar böyük şairimiz M.Ə.Sabirin satirik şeirlərindən parçalar söyləyərək, narkotik vasitələrin təhlükəliliyindən danışıblar.

Narkoloq həkim Sənan Kazımov narkotik vasitələrdən istifadə nəticəsində yaranan xəstəliklər barədə geniş məlumat verib. O, gəncləri belə vərdişlərdən həmişə uzaq durmağa səsləyib. ATƏT-in nümayəndəsi S.Özdilek bu bəlanın ağır və təhlükəli fəsadları haqqında danışıb. Narkomaniyanın ziyanı və fəsadları barədə videoçarx  nümayiş etdirilib. Çıxış edənlər belə tədbirlərin təhsil ocaqlarında keçirilməsini təqdirəlayiq hal kimi qiymətləndirib, tədbirin təşkilinə görə məktəb kollektivinə minnətdarlıqlarını bildiriblər.

Tədbirin sonunda Nərimanov Rayon Polis İdarəsində yaradılmış Hüquqi Qaydaların Təmini üzrə İctimai Şuranın üzvü seçilən məktəbin direktoru Nazilə Məmmədovaya vəsiqə təqdim edilib.  

Rəşad  ZİYADOV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov