2010-2011-ci tədris ilində ölkəmizin ümumtəhsil
məktəblərinin buraxılış (XI, XII) siniflərini
101521 şagird bitirəcək. Müqayisə üçün qeyd
edək ki, bu göstərici ötən il 98800 nəfər təşkil
edib.
Qiyabi
və axşam ümumtəhsil məktəblərinin XII
siniflərini başa vuran şagirdlərin sayı 2010-cu
ildə 473 nəfər olduğu halda, bu il onların
sayının 710 nəfər olacağı gözlənilir.
Bakı şəhərindəki 342 (o cümlədən 330 dövlət və
12 özəl) əyani ümumtəhsil məktəblərinin XI
siniflərini 25800-ə, IX siniflərini isə 35300-ə
yaxın şagird bitirəcək.
2010-2011-ci dərs ilində I sinif şagirdlərinin
sayı 120420 nəfər olub. Bu göstərici
2009-2010-cu tədris ilində 118947 nəfər təşkil
edib. 2011-2012-ci tədris ilində isə ümumtəhsil
məktəblərinin I siniflərinə 124274 şagirdin
qəbul olunacağı proqnozlaşdırılır.
Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil
müəssisələrində 98113 tələbə oxuyur. Onlardan
90360 nəfəri bakalavriat, 7753 nəfəri isə
magistratura səviyyəsi üzrə təhsil alır.
Təhsil Nazirliyinin tabeliyindəki ali
məktəblərin son kurslarında 24088 nəfər tələbə
təhsil alır ki, onların da 20683 nəfərini
bakalavrlar, 3405 nəfərini isə magistrlər
təşkil edirlər.
Özəl ali təhsil müəssisələrində bakalavriat
səviyyəsi üzrə 18980, magistratura səviyyəsində
isə 773 nəfər olmaqla, cəmi 19753 nəfər təhsil
alır. |