Mayın
10-da ulu öndər Heydər Əliyevin anadan olmasının
88-ci ildönümü münasibəti ilə Təhsil, Gənclər
və İdman, Fövqəladə Hallar nazirliklərinin
birgə keçirdikləri "Şahin" hərbi idman oyununa
yekun vuruldu.
Respublika turunun birincisi Bakı şəhəri Xətai
rayonu üzrə 138 nömrəli tam orta məktəb, ikinci
yerin qalibi Nəsimi rayonu üzrə 23 nömrəli tam
orta məktəb, üçüncü yerin sahibi isə Nizami
rayonu üzrə 277 nömrəli tam orta məktəb oldu.
Müsabiqənin keçirilməsində əsas məqsəd şagirdlər
arasında hərbi vətənpərvərlik ruhunun
yüksəldilməsi və gənclərin orduya hazırlığının
təşkil edilməsidir.
İştirakçıların çıxışları Cəmşid Naxçıvanski
adına hərbi liseyin və Gənclər və İdman
Nazirliyinin nümayəndələrindən ibarət münsiflər
heyəti tərəfindən qiymətləndirilib.
"Şahin" hərbi idman oyunu hər il ulu öndər
Heydər Əliyevin doğum günündə keçirilir. "Şahin"
hərbi idman oyunlarının keçirilməsi isə birbaşa
bu təklifin məhz ümummilli lider tərəfindən
irəli sürülməsi ilə əlaqədar olub.
Mərasimdə iştirak edən təhsil nazirinin müavini
Elmar Qasımov, gənclər və idman nazirinin
müavini İntiqam Babayev, Cəmşid Naxçıvanski
adına hərbi liseyin rəisi, general-mayor Mirzə
Almasov qalibləri təbrik etdilər.
Qeyd edək ki, 138 nömrəli tam orta məktəb
2008-ci ildən "Şahin" hərbi idman oyununda üç
dəfə birinci yeri, bir dəfə isə ikinci yeri
tutub.
Rəşad ZİYADOV |