Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

20 May 2011 - ¹19

 

Layihə

Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün təsviri incəsənət fənni kurikulumu (V-IX siniflər)

 

Ümumi orta təhsil pilləsində məzmun xətləri üzrə təlim nəticələri 

1. Cəmiyyət və təsviri incəsənət

Şagird:

* təsviri incəsənətin cəmiyyət həyatında əhəmiyyətini şərh edir;

* Azərbaycanın, dünya incəsənətinin görkəmli nümayəndələri və onların əsərləri haqqında məlumatları şərh və təqdim edir;

* təsviri sənət növlərini, onları təşkil edən əsas janrları ayırır, xarakterik xüsusiyyətlərini izah edir.

2. Təsviri və dekorativ yaradıcılıq

Şagird:

* həyati görüntüləri real, abstrakt tərzdə təsvir edir;

* bədii tərtibat və dizayn bacarıqları nümayiş etdirir.

3. Estetik reaksiya

Şagird:

* bədii sənət əsərlərini milli üslubi cəhətlərinə görə müqayisə və izah edir;

* təsviri sənət növlərini, onları təşkil edən əsas janrları ayırır, onların xarakterik xüsusiyyətlərini izah edir. 

Siniflər üzrə məzmun standartları 

V SİNİF 

V sinfin sonunda şagird:

* təsviri incəsənətin həyat hadisələrini əks etdirdiyini izah edir;

* təsviri və dekorativ sənətin növ və janrlarını (qrafika, rəngkarlıq, heykəltəraşlıq) xarakterik xüsusiyyətlərinə görə şərh edir;

* Azərbaycanın, dünya təsviri incəsənətinin görkəmli nümayəndələri (Məsud İbn Davud, Soltan Məhəmməd, Elmira Şaxtaxtinskaya, İbrahim Zeynalov, Qriqori Qaqarin) və onların əsərləri haqqında məlumatları şərh edir;

* müxtəlif vasitələrdən istifadə etməklə həyati görüntüləri təsviri sənətin növlərində (qrafika, rəngkarlıq, heykəltəraşlıq) real və abstrakt tərzdə təsvir edir;

* sadə əşyalar üzərində tərtibat və dizayn bacarıqları nümayiş etdirir;

* təsviri sənət növlərini ayırır, təsviri sənət əsərlərini milli üslubi cəhətinə görə izah edir. 

Məzmun xətləri üzrə əsas və alt-standartlar

1. Cəmiyyət və təsviri incəsənət

Şagird:

1.1. Təsviri incəsənətin cəmiyyətin həyatında əhəmiyyətinə dair biliklərə malik olduğunu nümayiş etdirir.

1.1.1.  Təsviri incəsənətin həyat hadisələrini əks etdirdiyini izah edir.

1.2. Təsviri və dekorativ sənətin növ və janrlarına aid bilik və bacarıqlar nümayiş etdirir.

1.2.1. Təsviri sənətin növlərinin (qrafika, rəngkarlıq, heykəltəraşlıq) xarakterik xüsusiyyətlərini şərh edir. 

1.2.2. Dekorativ sənət növlərini (xalçaçılıq, bədii tikmə, ağac üzərində oyma) xarakterik xüsusiyyətlərinə görə şərh edir.

1.3. Azərbaycanın, dünya incəsənətinin görkəmli nümayəndələri və onların əsərlərinə dair bilik və bacarıqlar nümayiş etdirir.

1.3.1. Azərbaycanın və dünyanın görkəmli təsviri incəsənət nümayəndələri (Məsud İbn Davud, Soltan Məhəmməd, Elmira Şaxtaxtinskaya, İbrahim Zeynalov, Qriqori Qaqarin) və onların əsərləri haqqında məlumatları şərh edir.

2. Təsviri və dekorativ yaradıcılıq

Şagird:

2.1. Həyati görüntüləri real və abstrakt  təsvir edir.

2.1.1. Həyati görüntüləri qrafika, rəngkarlıq, heykəltəraşlıq növlərində  real və abstrakt tərzdə təsvir edir.

2.1.2. Həyati görüntülərin real və abstrakt təsvirində müxtəlif vasitələrdən (kömür, sulu boya, plastilin və ya gil) istifadə edir.

2.2. Tərtibat və dizayn bacarıqları nümayiş etdirir.

2.2.1 Sadə əşyanın üzərində tərtibat və dizayn bacarıqları nümayiş etdirir.

3. Estetik reaksiya

Şagird:

3.1. Təsviri və  dekorativ sənət nümunələrinə münasibət bildirir.

3.1.1. Bədii sənət əsərlərini milli üslubi cəhətinə görə izah edir.

3.1.2. Təsviri sənət növlərini ayırır. 

VI  SİNİF 

VI  sinfin sonunda şagird:

* təsviri incəsənətin cəmiyyət həyatındakı rolunu izah edir;

* təsviri və dekorativ sənətin növ və janrlarını (natürmort, mənzərə, portret) bədii xüsusiyyətlərinə görə şərh edir;

* Azərbaycanın, dünya təsviri incəsənətinin görkəmli nümayəndələri (Əcəmi Əbubəkir oğlu Naxçıvani, Sadiq bəy Əfşar, Vəcihə Səmədova, Lətif Kərimov, Leonardo da Vinci, Mikelancelo, Rafael Santi) və onların əsərləri haqqında məlumatları şərh edir;

* müxtəlif vasitələrdən istifadə etməklə həyati görüntüləri təsviri sənətin janrlarında (natürmort, mənzərə, portret) real və abstrakt tərzdə təsvir edir;

* məişət əşyaları üzərində tərtibat və dizayn bacarıqları nümayiş etdirir;

* təsviri sənətin janrlarını ayırır;

* bədii sənət əsərlərini milli üslubi cəhətinə görə izah edir. 

Məzmun xətləri üzrə əsas və alt-standartlar

1. Cəmiyyət və təsviri incəsənət

Şagird:

1.1. Təsviri incəsənətin cəmiyyət həyatında əhəmiyyətinə dair biliklərə malik olduğunu nümayiş etdirir.

1.1.1. Təsviri incəsənətin cəmiyyət həyatındakı rolunu izah edir.

1.2. Təsviri və dekorativ sənətin növ və janrlarına aid bilik və bacarıqlar nümayiş etdirir.

1.2.1. Dekorativ sənət növlərini (metal üzərində döymə, keramika, zərgərlik) xarakterik xüsusiyyətlərinə görə şərh edir.

1.3. Azərbaycanın, dünya incəsənətinin görkəmli nümayəndələri və onların əsərlərinə dair bilik və bacarıqlar nümayiş etdirir.

1.3.1. Azərbaycanın və dünyanın görkəmli təsviri incəsənət nümayəndələri (Əcəmi Əbubəkir oğlu Naxçıvani, Sadiq bəy Əfşar, Vəcihə Səmədova, Lətif Kərimov, Leonardo da Vinci, Mikelancelo, Rafael Santi) və onların əsərləri haqqında məlumatları şərh edir.

2. Təsviri və dekorativ yaradıcılıq

Şagird:

2.1. Həyati görüntüləri real və abstrakt təsvir edir.

2.1.1. Həyati görüntüləri natürmort, mənzərə, portret janrlarında real və abstrakt təsvir edir.

2.1.2. Həyati görüntülərin real və abstrakt təsvirində müxtəlif vasitələrdən (pastel təbaşirləri, sulu boya, plastilin və ya gil) istifadə edir.

2.2. Tərtibat və dizayn bacarıqları nümayiş etdirir.

2.2.1. Məişət əşyaları üzərində tərtibat və dizayn bacarıqları nümayiş etdirir.

3. Estetik reaksiya

Şagird:

3.1. Təsviri və  dekorativ sənət nümunələrinə münasibət bildirir.

3.1.1. Bədii sənət əsərlərini milli üslubi cəhətlərinə görə izah edir.

3.1.2. Təsviri sənətin janrlarını ayırır. 

VII SİNİF 

VII sinfin  sonunda şagird:

* təsviri incəsənətin cəmiyyət həyatındakı rolunu və əhəmiyyətini nümunələr əsasında şərh edir;

* təsviri və dekorativ sənətin növ və janrlarını (məişət, əsatir) xüsusiyyətlərinə görə şərh edir;

* Azərbaycanın və dünyanın təsviri incəsənətinin görkəmli nümayəndələri (Müzəffər Əli, Mirəli Mirqasımov, Kamil Əliyev, Rasim Babayev, Xocai Sinan, Albrext Dürer, İlya Repin) və onların əsərləri haqqında məlumatları şərh edir;

* müxtəlif vasitələrdən istifadə etməklə həyati görüntüləri incəsənətin müxtəlif növündə (dizayn, milli geyimlər, bədii hörmə)  real və abstrakt tərzdə təsvir edir;

* müxtəlif texniki avadanlıqlar üzərində tərtibat və dizayn bacarıqları nümayiş etdirir;

* təsviri sənət əsərlərini milli üslubi cəhətinə, növ və janrlarına görə fərqləndirir. 

Məzmun xətləri üzrə əsas və alt-standartlar

1. Cəmiyyət və təsviri incəsənət

Şagird:

1.1. Təsviri incəsənətin cəmiyyət həyatında əhəmiyyətinə dair biliklərə malik olduğunu nümayiş etdirir.

1.1.1. Təsviri incəsənətin cəmiyyət həyatındakı rolunu və əhəmiyyətini nümunələr əsasında şərh edir.

1.2.  Təsviri və dekorativ sənətin növ və janrlarına aid bilik və bacarıqlar nümayiş etdirir.

1.2.1. Təsviri sənətin növ və janrlarını (məişət, əsatir) xarakterik xüsusiyyətlərinə görə şərh edir.

1.2.2. Dekorativ sənət növlərini (milli geyimlər, bədii hörmə) xarakterik xüsusiyyətlərinə görə şərh edir.

1.3.  Azərbaycanın, dünya incəsənətinin görkəmli nümayəndələri və onların əsərlərinə dair bilik və bacarıqlar nümayiş etdirir.

1.3.1. Azərbaycanın və dünyanın görkəmli təsviri incəsənət nümayəndələri (Müzəffər Əli, Mirəli Mirqasımov, Kamil Əliyev, Rasim Babayev, Xocai Sinan, Albrext Dürer, İlya Repin) və onların əsərləri haqqında məlumatları şərh edir.

2.  Təsviri və dekorativ yaradıcılıq

Şagird:

2.1. Həyati görüntüləri real və abstrakt təsvir edir.

2.1.1. Həyati görüntüləri məişət, əsatir  janrlarında real və abstrakt təsvir edir.

2.1.2. Həyati görüntülərin real və abstrakt təsvirində müxtəlif vasitələrdən (tuş, sulu boya və ya qarışıq texnika, plastilin və ya gil) istifadə edir.

2.2. Tərtibat və dizayn bacarıqları nümayiş etdirir.

2.2.1. Müxtəlif texniki avadanlıqlar üzərində tərtibat və dizayn bacarıqları nümayiş etdirir.

3.  Estetik reaksiya

Şagird:

3.1. Təsviri və  dekorativ sənət nümunələrinə münasibət bildirir.

3.1.1. Bədii sənət əsərlərini milli üslubi cəhətlərinə görə fərqləndirir.

3.1.2. Təsviri sənətin növ və janrlarını fərqləndirir. 

VIII SİNİF 

VIII sinfin sonunda şagird:

* Azərbaycan təsviri incəsənətini dünya mədəniyyətinin tərkib hissəsi kimi şərh edir;

* təsviri və  dekorativ sənətin növ və janrlarını (tarixi, batal) xüsusiyyətlərinə görə şərh edir;

* Azərbaycanın və dünyanın təsviri incəsənətinin görkəmli nümayəndələri (Böyükağa Mirzəzadə, Toğrul Nərimanbəyov, Eldar Mikayılov, Fuad Əbdürrəhmanov, Tokay Məmmədov, Sadıq Dadaşov, Rembrant, Karavacco, Van Qoq) onların əsərləri haqqında təqdimat edir;

* müxtəlif vasitələrdən istifadə etməklə həyati görüntüləri incəsənətin müxtəlif növündə (misgərlik, şəbəkə, qarışıq texnika) real və abstrakt tərzdə təsvir edir;

* geyim və nəqliyyat vasitələri üzərində tərtibat və dizayn bacarıqları nümayiş etdirir;

* bədii sənət əsərlərini milli üslubi cəhətlərinə, növ və janrlarına görə  müqayisə edir. 

Məzmun xətləri üzrə əsas və alt-standartlar

1. Cəmiyyət və təsviri incəsənət

Şagird:

1.1. Təsviri incəsənətin cəmiyyət həyatında əhəmiyyətinə dair biliklərə malik olduğunu nümayiş etdirir.

1.1.1. Azərbaycan təsviri incəsənətini dünya mədəniyyətinin tərkib hissəsi kimi təqdim edir.

1.2. Təsviri və dekorativ sənətin növ və janrlarına aid bilik və bacarıqlar nümayiş etdirir.

1.2.1. Təsviri sənətin növ və janrlarını  (tarixi, batal) xarakterik xüsusiyyətlərinə görə şərh edir.

1.2.2. Dekorativ sənət növlərini (misgərlik, şəbəkə, qarışıq texnika) xarakterik xüsusiyyətlərinə görə şərh edir.

1.3.  Azərbaycanın, dünya incəsənətinin görkəmli nümayəndələri və onların əsərlərinə dair bilik və bacarıqlar nümayiş etdirir.

1.3.1. Azərbaycanın və dünyanın görkəmli təsviri incəsənət nümayəndələri (Böyükağa Mirzəzadə, Toğrul Nərimanbəyov, Eldar Mikayılov, Fuad Əbdürrəhmanov, Tokay  Məmmədov, Sadıq Dadaşov, Rembrant, Karavacco, Van Qoq) və onların əsərləri haqqında təqdimat edir.

2.  Təsviri və dekorativ yaradıcılıq

Şagird:

2.1. Həyati görüntüləri real və abstrakt təsvir edir.

2.1.1. Həyati görüntüləri  tarixi, batal  janrlarında real və abstrakt təsvir edir.

2.1.2. Həyati  görüntülərin real və abstrakt təsvirində müxtəlif vasitələrdən (tuş, sulu boyalar, qarışıq texnika  və ya yağlı boya, plastilin, gil və ya gips) istifadə edir.

2.2. Tərtibat və dizayn bacarıqları nümayiş etdirir.

2.2.1. Geyim əşyaları və nəqliyyat vasitələri üzərində bədii tərtibat və dizayn bacarıqlarını nümayiş etdirir.

3.  Estetik reaksiya

Şagird:

3.1. Təsviri və  dekorativ sənət nümunələrinə münasibət bildirir.

3.1.1. Bədii sənət  əsərlərini milli üslubi cəhətlərinə görə müqayisə edir.

3.1.2. Təsviri sənətin növ və janrlarının xarakterik xüsusiyyətlərini izah edir. 

IX SİNİF 

IX sinfin  sonunda şagird:

* müasir Azərbaycan və dünya təsviri incəsənətinin cəmiyyət həyatındakı rolu və əhəmiyyətinə dair təqdimatlar edir;

* təsviri və dekorativ sənətin növ və janrlarını (karikatura, şarj, tematik) xarakterik xüsusiyyətlərinə görə şərh edir;

* Azərbaycanın və dünyanın təsviri incəsənətinin görkəmli nümayəndələri (Cavad Mircavadov, Tahir Salahov, Fərhad Xəlilov, Sakit Məmmədov, Ömər Eldarov, Fazil Nəcəfov, Arif Hüseynov, Mikayıl Hüseynov, Pikasso, Dali) əsərləri haqqında təqdimat edir;

* müxtəlif vasitələrdən istifadə etməklə həyati görüntüləri incəsənətin müxtəlif növlərində (kompüter qrafikası) real və abstrakt tərzdə təsvir edir;

* memarlıq və inşaat işlərində tərtibat və dizayn bacarıqları nümayiş etdirir;

* bədii sənət əsərlərini milli üslubi cəhətlərinə görə dəyərləndirir, təqdimatlar edir. 

Məzmun xətləri üzrə əsas və alt-standartlar

1. Cəmiyyət və təsviri incəsənət

Şagird:

1.1. Təsviri incəsənətin cəmiyyət həyatında əhəmiyyətinə dair biliklərə malik olduğunu nümayiş etdirir.

1.1.1. Müasir Azərbaycan və dünya incəsənətinin cəmiyyət həyatındakı rolu və əhəmiyyətinə dair təqdimatlar edir.

1.2. Təsviri və dekorativ sənətin növ və janrlarına aid bilik və bacarıqlar nümayiş etdirir.

1.2.1. Təsviri sənətin növ və janrlarını  (karikatura, şarj, tematik) xarakterik xüsusiyyətlərinə görə şərh edir.

1.2.2. Dekorativ sənət növlərini (kompüter qrafikası) xarakterik xüsusiyyətlərinə görə şərh edir.

1.3.  Azərbaycanın, dünyanın görkəmli təsviri incəsənət nümayəndələrinin və onların əsərlərinə dair bilik və bacarıqlar nümayiş etdirir.

1.3.1. Azərbaycanın və dünyanın görkəmli təsviri incəsənət nümayəndələri (Cavad Mircavadov, Tahir Salahov, Fərhad Xəlilov, Sakit Məmmədov, Ömər Eldarov, Fazil Nəcəfov, Arif Hüseynov, Mikayıl Hüseynov, Pikasso, Dali) və onların əsərləri haqqında təqdimatlar  edir. 

2.  Təsviri və dekorativ yaradıcılıq

Şagird:

2.1. Həyati görüntüləri real və abstrakt təsvir edir.

2.1.1. Həyati görüntüləri  karikatura, şarj, tematik  janrlarda real və abstrakt təsvir edir.

2.1.2. Həyati görüntülərin real və abstrakt təsvirində müxtəlif vasitələrdən (tuş, kömür, sulu boya, qarışıq texnika və ya yağlı boya, plastilin, gil və ya ağac) istifadə edir.

2.2. Tərtibat və dizayn bacarıqları nümayiş etdirir.

2.2.1. Memarlıq və inşaat işlərində bədii tərtibat və dizayn bacarıqları nümayiş etdirir.

3.  Estetik reaksiya

Şagird:

3.1. Təsviri və  dekorativ sənət nümunələrinə münasibət bildirir.

3.1.1. Bədii sənət əsərlərini milli üslubi cəhətlərinə görə dəyərləndirir, təqdimatlar edir.

3.1.2. Təsviri sənətin növ və janrlarının xarakterik xüsusiyyətlərini dəyərləndirir və təqdimatlar edir. 

(Ardı var)

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Pedaqoji yazılar" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov