Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

20 May 2011 - ¹19

 

Layihə

Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün musiqi fənni kurikulumu (V-IX siniflər)

 

Ümumi orta təhsil pilləsində məzmun xətləri üzrə təlim nəticələri 

1. Musiqi aləmi

Şagird:

- Azərbaycan və dünya musiqi mədəniyyətinin görkəmli nümayəndələri və onların geniş yayılmış əsərləri haqqında təqdimatlar edir;

- dinlədiyi Azərbaycan musiqi folklor nümunələrinə, muğamlara, aşıq havalarına münasibət bildirir, onların xarakterik  xüsusiyyətlərini şərh edir, muğamların tərkib hissələrini bildiyini nümayiş etdirir.

2. Emosional dəyərləndirmə

Şagird:

- musiqi əsərlərini melodik, ritmik və poetik xüsusiyyətlərinə görə təhlil edir;

- musiqi əsərlərini hissi-emosional cəhətdən dərk etdiyini nümayiş etdirir;

- dinlədiyi musiqi əsərləri əsasında yaranmış təəssüratlarını yazılı və şifahi ifadə edir.

3. Musiqi fəaliyyəti

Şagird:

- ümumi qaydalara riayət etməklə bir və ikisəsli mahnıları notla və mahnının sözləri ilə fərdi, qrup və xor şəklində oxuyur;

- müxtəlif  xarakterli melodiyalara ikinci səsi qoşur. 

Siniflər üzrə məzmun standartları 

V SİNİF

 V sinfin sonunda şagird:

* Azərbaycan və dünya musiqi mədəniyyətinin görkəmli nümayəndələri (Üzeyir bəy Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Nazim Əliverdibəyov, Əfsər Cavanşirov, Volfhanq Amadey Motsart, Mixail İvanoviç Qlinka, Lüdviq Van Bethoven, Pyotr İliç Çaykovski) və onların əsərləri haqqında biliklərini izah edir;

* Azərbaycan musiqi folklor nümunələrinin (mahnı, rəqs) və əsas muğamların xüsusiyyətlərini izah edir;

* xalq mahnı və rəqslərini melodik, ritmik və poetik xüsusiyyətlərinə görə təhlil edir;

* musiqinin emosional məzmununu öz hərəkətləri ilə büruzə verir;

* muğam ifaçılarında alətlərin emosional hisslərə təsirini dəyərləndirir, dinlədiyi muğam parçaları haqqında təəssüratlarını ifadə edir;

* mahnının melodiyasını birsəsli (unison) notla və sözlərlə oxuyur;

* fərdi və kollektiv şəkildə birsəsli (unison) oxuyur. 

Məzmun xətləri üzrə əsas və alt-standartlar

1. Musiqi aləmi

Şagird:

1.1.         Azərbaycan və dünya musiqi mədəniyyətinin görkəmli nümayəndələri və onların geniş yayılmış əsərləri haqqında bilik və bacarıqlar nümayiş etdirir.

1.1.1.     Azərbaycan və dünya musiqi mədəniyyətinin görkəmli nümayəndələri Üzeyir bəy Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Nazim Əliverdibəyov, Əfsər Cavanşirov, Volfhanq Amadey Motsart, Mixail İvanoviç Qlinka, Lüdviq Van Bethoven, Pyotr İliç Çaykovski) və onların əsərləri haqqında biliklərini izah edir.

1.2. Azərbaycan musiqi folklor nümunələri, muğam və aşıq havalarına dair bilik və bacarıqlar nümayiş etdirir.

1.2.1. Azərbaycan musiqi folklor nümunələrinin (mahnı, rəqs) xüsusiyyətlərini izah edir;

1.2.2. Azərbaycanın əsas muğamlarının xüsusiyyətlərini izah edir.

2. Emosional dəyərləndirmə

Şagird:

2.1. Musiqi əsərlərini melodik, ritmik və poetik xüsusiyyətlərinə görə təhlil edir.

2.1.1. Xalq mahnı və rəqslərini melodik, ritmik və poetik xüsusiyyətlərinə görə təhlil edir.

2.2. Musiqi əsərlərini hissi-emosional cəhətdən dərk etdiyini nümayiş etdirir.

2.2.1. Musiqinin emosional məzmununu öz hərəkətləri ilə büruzə verir.

2.2.2. Muğam ifaçılığında alətlərin emosional hisslərə təsirini dəyərləndirir.

2.3. Dinlədiyi musiqi əsəri əsasında yaranan təəssüratlarını yazılı və şifahi ifadə edir.

2.3.1. Dinlədiyi muğam parçaları haqqında təəssüratlarını ifadə edir.

3. Musiqi fəaliyyəti

Şagird:

3.1. Mahnının melodiyasını notla və sözləri ilə oxuyur.

3.1.1. Mahnı melodiyasını birsəsli (unison) not və sözləri ilə oxuyur.

3.2. Fərdi, qrup və kollektiv ifaçılıq bacarığı nümayiş etdirir.

3.2.1. Fərdi və kollektiv şəkildə birsəsli (unison) oxuyur. 

VI SİNİF 

VI sinfin sonunda şagird:

* Azərbaycan və dünya musiqi mədəniyyətinin görkəmli nümayəndələri (Üzeyir bəy Hacıbəyli, Müslüm Maqomayev, Vasif Adıgözəlov, Tofiq Quliyev, Soltan Hacıbəyov, İohan Sebastyan Bax, Frans Şubert, Sergey Raxmaninov, Rimski Korsakov) və onların əsərləri haqqında biliklərini izah edir;

* Azərbaycan bəstəkarlarının xalq mahnı və rəqs işləmələrinin xüsusiyyətlərini şərh edir. Onları melodik, ritmik və poetik xüsusiyyətlərinə görə təhlil edir;

* Azərbaycan bəstəkarlarının əsərlərində muğamlardan istifadəyə dair kiçik təqdimatlar edir;

* musiqi ifadə vasitələri ilə yaranan obrazlara münasibət bildirir, ansambllarla ifa olunan əsərlər haqqında təəssüratlarını ifadə edir;

* aşıq ifaçılığında sazın emosional hisslərə təsirini dəyərləndirir;

* mahnının melodiyasını birsəsli (unison) və ikisəsli oxuyur;

* fərdi, qrup (trio, kvartet) və kollektiv şəkildə birsəsli oxuyur.   

Məzmun xətləri üzrə əsas və alt-standartlar

1. Musiqi aləmi

Şagird:

1.1. Azərbaycan və dünya musiqi mədəniyyətinin görkəmli nümayəndələri və onların geniş yayılmış əsərləri haqqında bilik və bacarıqlar nümayiş etdirir.

1.1.1. Azərbaycan və dünya musiqi  mədəniyyətinin görkəmli nümayəndələri (Üzeyir bəy Hacıbəyli, Müslüm Maqomayev, Vasif Adıgözəlov, Tofiq Quliyev, Soltan Hacıbəyov, İohan Sebastyan Bax, Frans Şubert, Sergey Raxmaninov, Rimski Korsakov) və onların əsərləri haqqında biliklərini izah edir.

1.2. Azərbaycan musiqi folklor nümunələri, muğam və aşıq havalarına dair bilik və bacarıqlar nümayiş etdirir.

1.2.1. Azərbaycan bəstəkarlarının xalq mahnı və rəqs işləmələrinin xüsusiyyətlərini şərh edir.

1.2.2. Azərbaycan bəstəkarlarının əsərlərində muğamlardan istifadəyə dair kiçik təqdimatlar edir.

2. Emosional dəyərləndirmə

2.1. Musiqi əsərlərini melodik, ritmik və poetik xüsusiyyətlərinə görə təhlil edir.

2.1.1. Azərbaycan bəstəkarlarının xalq mahnı və rəqs işləmələrini melodik, ritmik və poetik xüsusiyyətlərinə görə təhlil edir.

2.2. Musiqi əsərlərini hissi-emosional cəhətdən dərk etdiyini nümayiş etdirir.

2.2.1. Musiqi ifadə vasitələri ilə yaranan obrazlara münasibət bildirir.

2.2.2. Azərbaycan xalq çalğı alətləri ansamblında istifadə olunan alətlərin emosional hisslərə təsirini dəyərləndirir.

2.3. Dinlədiyi musiqi əsəri əsasında yaranan təəssüratlarını yazılı və şifahi ifadə edir.

2.3.1. Ansamblda ifa  olunan əsərlər haqqında təəssüratlarını ifadə edir.

3. Musiqi fəaliyyəti

Şagird:

3.1. Mahnının melodiyasını notla və sözləri ilə oxuyur.

3.1.1. Mahnının melodiyasını bir və ikisəsli oxuyur.

3.2. Fərdi, qrup və kollektiv ifaçılıq bacarığı nümayiş etdirir.

3.2.1. Fərdi, qrup (trio, kvartet) və kollektiv şəklində birsəsli (unison) oxuyur. 

VII SİNİF 

VII sinfin sonunda şagird:

* Azərbaycan və dünya musiqi mədəniyyətinin görkəmli nümayəndələri (Üzeyir bəy Hacıbəyli, Qara Qarayev, Cövdət Hacıyev, Arif Məlikov, Şəfiqə Axundova, Edvard Qriq, Modest Petroviç Musorqski, Jorj Bize, İohan Ştraus) və onların əsərləri haqqında biliklərini izah edir;

* Rus bəstəkarlarının əsərlərində istifadə olunmuş Azərbaycan musiqi folkloru nümunələrini, onların melodik, ritmik və poetik xüsusiyyətlərini şərh edir;

* aşıq musiqisinin əsas xüsusiyyətlərini izah edir, sazın emosional hisslərə təsirini dəyərləndirir və dinlədiyi aşıq havaları haqqında təəssüratlarını ifadə edir;

* mahnının melodiyasına ikinci səsi qoşur, mahnını ikisəsli kollektiv şəkildə oxuyur. 

Məzmun xətləri üzrə əsas və alt-standartlar

1. Musiqi aləmi

Şagird:

1.1. Azərbaycan və dünya musiqi mədəniyyətinin görkəmli nümayəndələri və onların geniş yayılmış əsərləri haqqında bilik və bacarıqlar nümayiş etdirir.

1.1.1. Azərbaycan və dünya musiqi  mədəniyyətinin görkəmli nümayəndələri (Üzeyir bəy Hacıbəyli, Qara Qarayev, Cövdət Hacıyev, Arif Məlikov, Şəfiqə Axundova, Edvard Qriq, Modest Petroviç Musorqski, Jorj Bize, İohan Ştraus) və onların əsərləri haqqında biliklərini izah edir.

1.2. Azərbaycan musiqi folklor nümunələri, muğam və aşıq havalarına dair bilik və bacarıqlar nümayiş etdirir.

1.2.1. Rus bəstəkarlarının əsərlərində istifadə olunmuş Azərbaycan musiqi folkloru nümunələrini şərh edir.

1.2.2. Aşıq musiqisinin əsas xüsusiyyətlərini izah edir.

2. Emosional dəyərləndirmə

Şagird:

2.1. Musiqi əsərlərini melodik, ritmik və poetik xüsusiyyətlərinə görə təhlil edir.

2.1.1. Rus bəstəkarlarının əsərlərində istifadə olunmuş Azərbaycan musiqi folkloru nümunələrini melodik, ritmik və poetik xüsusiyyətlərinə görə təhlil edir.

2.2. Musiqi əsərlərini hissi-emosional cəhətdən dərk etdiyini nümayiş etdirir.

2.2.1. Bəstəkarın ritm, temp və dinamik nüanslardan müxtəlif variantlarda istifadə etməklə yaratdığı obrazlara münasibət bildirir.

2.2.2. Aşıq ifaçılığında sazın emosional hisslərə təsirini dəyərləndirir.

2.3. Dinlədiyi musiqi əsəri əsasında yaranan təəssüratlarını yazılı və şifahi ifadə edir.

2.3.1. Dinlədiyi aşıq havaları haqqında təəssüratlarını ifadə edir.

3. Musiqi fəaliyyəti

Şagird:

3.1. Mahnının melodiyasını notla və sözləri ilə oxuyur.

3.1.1. Mahnının melodiyasına ikinci səsi qoşur.

3.2. Fərdi, qrup və kollektiv ifaçılıq bacarığı nümayiş etdirir.

3.2.1. Mahnını ikisəsli kollektiv şəkildə oxuyur. 

VIII SİNİF 

VIII sinfin sonunda şagird:

* Azərbaycan və dünya musiqi mədəniyyətinin görkəmli nümayəndələri (Üzeyir bəy Hacıbəyli, Niyazi Tağızadə-Hacıbəyov, Cahangir Cahangirov, Cüzeppe Verdi, Dmitri Dmitriyeviç Şostakoviç, İohan Ştraus, Friderik Şopen) və onların əsərləri haqqında biliklərini izah edir;

* Qərbi Avropa bəstəkarlarının əsərlərində istifadə olunmuş Azərbaycan musiqi folkloru nümunələrini, onların melodik, ritmik və poetik xüsusiyyətlərini şərh edir;

* Azərbaycan bəstəkarlarının əsərlərində aşıq musiqisindən istifadəyə dair kiçik təqdimatlar edir;

* tanınmış dünya musiqi nümunələrini ifadə vasitələrinə görə dəyərləndirir;

* simfonik orkestrdə istifadə olunan alətlərin emosional təsirini dəyərləndirir;

*  simfonik orkestrdə dinlədiyi musiqi haqqında təəssüratını ifadə edir;

* mahnının melodiyasını müşayiətsiz (a kapella) oxuyur;

* mahnını solo və xor şəklində ikisəsli oxuyur. 

Məzmun xətləri üzrə əsas və alt-standartlar

1. Musiqi aləmi

Şagird:

1.1. Azərbaycan və dünya musiqi mədəniyyətinin görkəmli nümayəndələri və onların geniş yayılmış əsərləri haqqında bilik və bacarıqlar nümayiş etdirir.

1.1.1. Azərbaycan və dünya musiqi  mədəniyyətinin görkəmli nümayəndələri (Üzeyir bəy Hacıbəyli, Niyazi Tağızadə-Hacıbəyov, Cahangir Cahangirov, Cüzeppe Verdi, Dmitri Dmitriyeviç Şostakoviç, İohan Ştraus, Frederik Şopen) və onların əsərləri haqqında biliklərini izah edir.

1.2. Azərbaycan musiqi folklor nümunələri, muğam və aşıq havalarına dair bilik və bacarıqlar nümayiş etdirir.

1.2.1. Qərbi Avropa bəstəkarlarının əsərlərində istifadə olunan Azərbaycan musiqi folkloru nümunələrini şərh edir.

1.2.2. Azərbaycan bəstəkarlarının əsərlərində aşıq musiqisindən istifadəyə dair kiçik təqdimatlar edir.

2. Emosional dəyərləndirmə

Şagird:

2.1. Musiqi əsərlərini melodik, ritmik və poetik xüsusiyyətlərinə görə təhlil edir.

2.1.1. Qərbi Avropa bəstəkarlarının əsərlərində istifadə olunmuş Azərbaycan musiqi folkloru nümunələrini melodik, ritmik və poetik xüsusiyyətlərinə görə təhlil edir.

2.2. Musiqi əsərlərini hissi-emosional cəhətdən dərk etdiyini nümayiş etdirir.

2.2.1. Bəstəkarın ritm, temp və dinamik nüanslardan müxtəlif variantlarda istifadə etməklə yaratdığı obrazlara münasibət bildirir.

2.2.2. Simfonik orkestrdə alətlərin emosional təsirini dəyərləndirir.

2.3. Dinlədiyi musiqi əsəri əsasında yaranan təəssüratlarını yazılı və şifahi ifadə edir.

2.3.1. Simfonik orkestrdə dinlədiyi musiqi haqqında təəssüratlarını ifadə edir.

3. Musiqi fəaliyyəti

Şagird:

3.1. Mahnının melodiyasını notla və sözləri ilə oxuyur.

3.1.1. Mahnının melodiyasını müşayiətsiz (a kapella)  oxuyur.

3.2. Fərdi, qrup və kollektiv ifaçılıq bacarığı nümayiş etdirir.

3.2.1. Mahnını solo və xor şəklində ikisəsli oxuyur.   

IX SİNİF 

IX sinfin sonunda şagird:

* Azərbaycan və dünya musiqi mədəniyyətinin görkəmli nümayəndələri (Fikrət Əmirov, Vaqif Mustafazadə, Sevda İbrahimova, Firəngiz Əlizadə, Corc Gerşvin, İohan Sebastyan Bax, Lüdviq Van Bethoven) və onların əsərləri haqqında biliklərini izah edir;

* bəstəkar yaradıcılığında istifadə olunmuş Azərbaycan musiqi folkloru nümunələri, onların melodik, ritmik və poetik xüsusiyyətlərinə dair təqdimat edir;

* muğam və aşıq musiqisini xüsusiyyətlərinə görə fərqləndirir;

* Azərbaycan və dünya musiqi nümunələrini fərqləndirir, onlara münasibət bildirir;

* eyni əsərlərin müxtəlif alətlərdə səslənməsinə münasibət bildirir, müxtəlif alətlərdə səslənən eyni musiqi haqqında təəssüratlarını ifadə edir;

* mahnını müşayiətsiz (a kapella) və solo, qrup, xor şəklində müşayiətlə ikisəsli oxuyur. 

Məzmun xətləri üzrə əsas və alt-standartlar

1. Musiqi aləmi

Şagird:

1.1. Azərbaycan və dünya musiqi mədəniyyətinin görkəmli nümayəndələri və onların geniş yayılmış əsərləri haqqında bilik və bacarıqlar nümayiş etdirir.

1.1.1. Azərbaycan və dünya musiqi  mədəniyyətinin görkəmli nümayəndələri (Fikrət Əmirov, Vaqif Mustafazadə, Sevda İbrahimova, Firəngiz Əlizadə, Corc Gerşvin, İohan Sebastyan Bax, Lüdviq Van Bethoven) və onların əsərləri haqqında biliklərini izah edir.

1.2. Azərbaycan musiqi folklor nümunələri, muğam və aşıq havalarına dair bilik və bacarıqlar nümayiş etdirir.

1.2.1. Azərbaycan musiqi folkloru nümunələri və bəstəkar yaradıcılığında onlardan istifadəyə dair təqdimatlar edir.

1.2.2. Muğam və  aşıq musiqisini xüsusiyyətlərinə görə fərqləndirir.

2. Emosional dəyərləndirmə

Şagird:

2.1. Musiqi əsərlərini melodik, ritmik və poetik xüsusiyyətlərinə görə təhlil edir.

2.1.1. Bəstəkar yaradıcılığında istifadə olunmuş Azərbaycan musiqi folkloru nümunələrini melodik, ritmik və poetik xüsusiyyətlərinə görə təhlil edir.

2.2. Musiqi əsərlərini hissi-emosional cəhətdən dərk etdiyini nümayiş etdirir.

2.2.1. Azərbaycan və dünya musiqi nümunələrini fərqləndirir və ona münasibət bildirir.

2.2.2. Eyni əsərlərin müxtəlif alətlərdə səslənməsinə münasibət bildirir.

2.3. Dinlədiyi musiqi əsəri əsasında yaranan təəssüratlarını yazılı və şifahi ifadə edir.

2.3.1. Müxtəlif alətlərdə səslənən eyni musiqi haqqında təəssüratlarını ifadə edir.

3. Musiqi fəaliyyəti

Şagird:

3.1. Mahnının melodiyasını notla və sözləri ilə oxuyur.

3.1.1. Mahnını müşayiətsiz (a kapella) ikisəsli oxuyur.

3.2. Fərdi, qrup və kollektiv ifaçılıq bacarığı nümayiş etdirir.

3.2.1. Mahnını solo, qrup və xor şəklində ikisəsli oxuyur. 

(ardı var)

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Pedaqoji yazılar" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov