Mayın
13-də Bakıdakı 70 nömrəli məktəb-liseydə
ümummilli lider Heydər Əliyevin anadan olmasının
88-ci ildönümünə həsr olunmuş "dəyirmi masa"
keçirildi.
Əvvəlcə şagirdlərin ifasında Azərbaycanın
Dövlət himni səsləndirildi və ümummilli lider
Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla
yad edildi. Bayraq meydanının kiçik təsviri
əhatəsində təşkil olunmuş "dəyirmi masa"da
məktəb-liseyin direktoru Nazim Qasımov
qonaqları salamlayaraq, dahi şəxsiyyət Heydər
Əliyevin həyat və fəaliyyəti haqqında ətraflı
məlumat verdi.
Şagirdlər ümummilli liderə həsr olunmuş
şeirlərdən parçalar söylədilər, mahnılar ifa
etdilər.
Sonra ulu öndər Heydər Əliyevin həyatından bəhs
edən film nümayiş olundu.
Tədbirdə məktəb-liseyin müəllimlərinin müxtəlif
siniflərdə apardıqları "açıq dərs"lər
dinlənildi. Dərslər başa çatdıqdan sonra onların
müzakirəsi aparıldı. Qonaqlar dərslərin
gedişindən, şagirdlərin bilik səviyyəsinin
yüksək olmasından razı qaldıqlarını bildirdilər.
Rəşad ZİYADOV |