Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

20 May 2011 - ¹19

 

Könüllərdə izi qalan müqəddəs peşə sahıbi

 

Bir müəllim haqqında söhbət açmaq istəyirəm. Biliyini, bacarığını, ürəyinin hərarətini, gözünün nurunu böyük xeyirxahlıqla, mehribanlıq və qayğıkeşliklə dərs dediyi şagirdlərinin qəlbinə hopturmağı bacaran bir müəllim haqqında. Varı-dövləti övladları qədər sevdiyi şagirdləri, ömrünün ən şirin nəğməsi şagirdlərinin səsi-sədası olan, onların hər bir uğuruna  sevinən, gənclikdən müdriklik - ahıllıq dövrünə qədər şərəfli bir yol keçən, mehriban və qayğıkeş bir müəllim haqqında... Onun adı Kamran, soyadı isə Gəncəliyevdir. Düz səksən beş il bundan əvvəl Ermənistanın Sisyan rayonunun Urud kəndində dünyaya göz açıb. İbtidai təhsilini öz doğma kəndlərində alıb. Orta təhsilini isə qonşu Vağudi kəndində başa çatdırıb. Bir müddət kolxozda çalışıb. 1944-cü ildə hərbi xidmətə çağırılıb. Respublika Hərbi Komissarlığı onu cəbhəyə deyil, İrəvan şəhərindəki 447 nömrəli hərbi təyyarə zavoduna göndərib. İkiillik hərbi xidmətini uğurla başa çatdıran Kamran doğma kəndlərinə dönüb. 1946-cı ildə Naxçıvan Pedaqoji İnstitutunun coğrafiya- biologiya fakültəsinə daxil olub. İkiillik ali təhsilini uğurla başa vurduqdan sonra Urud kəndində pedaqoji fəaliyyətə başlayıb. Amma təhsilini davam etdirmək arzusu ona rahatlıq verməyib. Nəhayət, 1957-ci ildə sənədlərini Azərbaycan Dövlət Universitetinə verərək coğrafiya ixtisası üzrə qəbul olunub. 1961-ci  ildə ikinci ali təhsilini də başa çatdırıb. Həmin ildən bu günə kimi gənc nəslin təlim-tərbiyəsi ilə böyük fədakarlıqla məşğul olur.

 

Məlum Ermənistan - Azərbaycan münaqişəsi başlayan zaman Kamran müəllim də ailə üzvləri ilə birlikdə doğma elini-obasını tərk etməli olub. Onlar əvvəlcə Bakıya gəlib, 1993-cü ildən isə Xızıda məskunlaşıblar. Kamran müəllim öz peşəsini müqəddəs sayan, onu bütün varlığı ilə sevən və bu gün Rafiq İsmayılov adına Xızı şəhər tam orta məktəbində əvvəlki həvəslə coğrafiya və biologiya fənlərindən  dərs deyərək, bu fənni şadirdlərinə sevdirən müəllimlərdən sayılır.  Kamran müəllim haqqında onun Bakıda yaşayan, Ekologiya İnstitutunda çalışan kiçik qızı Aygünün həyat yoldaşı, Elmi Tədqiqat İnstitutunda işləyən Hamlet Fətdayevdən eşitmişdim... 

"O, xeyirxah və nəcib bir insandır" 

Bu günlər Xızıya - Kamran müəllimin evinə zəng etdim. Dəstəyi ömür-gün yoldaşı Gülxar müəllim qaldırdı. Dedi ki, məktəbdədir, günortaya qədər dərsi var. O, məktəbin telefon nömrəsini mənə söylədi. Fürsətdən istifadə edərək soruşdum ki, ay Gülxar müəllim,  Xızı dağlarında Kamran müəllim sənin qayğına qalırmı, sözünə baxırmı, "dəcəllik" eləmir ki... Gülxar müəllim  zarafatıma xeyli güldükdən sonra dedi:

- Mən də uzun illər ibtidai siniflərə dərs demişəm. Artıq təqaüdə çıxmışam. Biz düz 55 ildir ki, ailə həyatı qurmuşuq. Əgər sözümə baxmasaydı, bu 55 ili bir yerdə olmazdıq. Kamran həqiqətən nəcib insandır. Onunla birlikdə 8 övlad böyütmüşük. Hamısına da ali təhsil almaqda yardımçı olmuşuq. Beş oğlumuzdan üçü həkimdir, üç qızımızdan ikisi müəllim, biri isə elmi işçidir. İndi bizim 12 nəvəmiz, 2 nəticəmiz var. Hamısının da qayğısını çəkirik. Onların da hamısı bizi çox istəyir.  

"Qürur duyuram ki, müəlliməm" 

Gülxar müəllimlə sağollaşdıqdan sonra Kamran müəllimlə telefon əlaqəsi yaratmaq istədim. Dəstəyi məktəbin riyaziyyat müəllimi Araz İsayev qaldırdı və tez onu telefona çağırdı. Kamran müəllimlə xeyli söhbət etdik. Ümummilli lider haqqında maraqlı uşaqlıq xatirələrini dinlədik. Sonra o, müqəddəs müəllimlik peşəsindən söhbət açaraq dedi ki, müəllimlər o vaxt böyük uğurlar qazana bilər ki, onlar gələcəyimiz olan şagirdləri də öz peşələrinə olan məhəbbətdən daha çox sevsinlər, onların şəxsiyyətini yüksək qiymətləndirsinlər, onlara gələcəyin savadlı, qabiliyyətli vətəndaşı kimi yanaşsınlar. Təsadüfi deyildir ki, Məhəmməd peyğəmbər demişdir: "Sizə bilik öyrədən adamı da böyük sanın, uca tutun, bilik öyrətdiyiniz adamı da". Bu bir həqiqətdir ki, əgər müəllim dərs dediyi şagirdləri övladları qədər sevməsə, heç zaman onlarda tədris etdiyi fənnə həvəs və özünə qarşı məhəbbət yarada bilməz. Bu mənada mən özümü xoşbəxt sanıram ki, şagirdlərimin qəlbində xoş duyğularla xatırlanıram. Qürur duyuram ki, mən müəlliməm...

Söhbətimizin bu məqamında Kamran müəllim dedi ki, üzr istəyirəm, zəng içəri vuruldu. Mənim dərsim başlandı... 

"Mən də müəllim çörəyi ilə böyümüşəm" 

Sonra Kamran müəllimin Bakı şəhərində yaşayan kiçik qızı Aygün xanımla atası barədə söhbət etdik. O bildirdi ki, atam da, anam da müəllim olub. Qardaşlarım və bacılarım kimi mən də müəllim çörəyi ilə böyümüşəm. Onu da deyim ki, böyük bacım Aliyə Gəncəliyeva Azərbaycan dili və ədəbiyyat müəllimidir, o biri bacım Sevil Əliyeva isə ibtidai sinif müəllimidir. Hər ikisi valideynlərimizin şərəfli müəllim peşəsini davam etdirir. Atam mənim müəllimim olub. Mənə səkkizinci sinifdə coğrafiyadan dərs deyib. İndi Ekologiya İnstitutunda bölmə müdiri vəzifəsində çalışıram. Atamın bir valideyn kimi bizə göstərdiyi qayğını, şəraiti ana olandan sonra daha dərindən dərk etdim. Bu qayğını, bu hərarəti öz balalarıma ötürmək üçün səylə çalışıram. Babalarının yolunu hər an həsrətlə gözləyən, "Kamran müəllimin nəvələriyik" deməklə qürur  duyan nəvələrin keçirdiyi həyəcanları daim onlarla bölüşürəm. Ata məhəbbətinə, ata qayğısına, ata sözünə hər zaman möhtaclıq duyduğumu, müəllim çörəyi ilə böyüdüyümü yaddan çıxara bilmərəm.  

"Babamla fəxr edirəm" 

Kamran müəllimin nəvəsi Cavidanla da söhbətimiz maraqlı alındı. O dedi ki, mən Bakı şəhərindəki 95 nömrəli tam orta məktəbin II sinfində oxuyuram. Özü də yalnız "5" qiymətlərlə. Hər yay tətilində atam Hamlet, anam Aygün və məndən böyük bacım Aydanla birlikdə Xızıya - Kamran babam və Gülxar nənəmin yanına gedirik. Babamın böyük bağı var. Buradakı meyvə ağaclarının hamısını özü əkib-becərib. Babam burada həm də arı ailəsi saxlayır. Mənə də deyir ki, ay mənim bal balam, sən çoxlu bal ye. Bal yesən, sağlam olarsan. Mən babamı çox istəyirəm. Onunla fəxr edirəm...

Bəli, tarixin inkişafına müsbət təsir göstərən dahilər də, elmi  kəşflər edən alimlər də, öz xalqını dünyada tanıdan sənətkarlar da, vətən yolunda canından keçən qəhrəmanlar da Kamran Gəncəliyev kimi müəllimlərinə minnətdar olmalıdırlar. Kamran müəllim ailədə, məktəbdə olduğu kimi yaşadığı rayonun ictimaiyyəti tərəfindən də sevilir. O, rayonun ictimai-siyasi həyatındakı fəallığına, təhsildə göstərdiyi pedaqoji  uğurlara görə dəfələrlə Xızı Rayon İcra Hakimiyyətinin fəxri fərmanları ilə fəltif olunub. Kamran müəllim deyir ki, uzun illər yetişdirdiyim şagirdlərimin  sorağı dünyanın və respublikamızın müxtəlif guşələrindən gəlir. Müəllimin bundan qiymətli qazancı nə ola bilər...   

Ədalət DAŞDƏMİRLİ

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov