Naxçıvan
Dövlət Universitetində incəsənət fakültəsinin
təsviri incəsənət ixtisası üzrə IV kurs tələbəsi
Pərviz Yəhyayevin fərdi rəsm sərgisi açılıb. 10
gün davam edəcək sərgidə tələbə rəssamın
təsviri sənətin müxtəlif janrlarında çəkdiyi
əsərlər nümayiş olunacaq.
Sərginin açılışında çıxış edən ali təhsil
ocağının rektoru, akademik İsa Həbibbəyli qeyd
edib ki, əsası Bəhruz Kəngərli tərəfindən
qoyulan Naxçıvan rəssamlıq məktəbinin bu gün
davam etdirilməsi ilə yanaşı, onun sıraları
daima yeni nəsil rəssamları ilə
zənginləşməkdədir. Rektor, gənc rəssamın
formalaşmasında onun müəllimi, Naxçıvan Muxtar
Respublikasının əməkdar rəssamı Cavid
İsmayılovun xidmətlərini xüsusilə vurğulayıb.
Xalq rəssamı, universitetin müəllimi Hüseynqulu
Əliyev çıxışında ölkədə elmin, təhsilin,
mədəniyyət və incəsənətin inkişafına göstərilən
diqqət və qayğıdan danışıb.
Əməkdar rəssam Cavid İsmayılov böyük sənətdə ilk
addımlarını atan tələbə rəssama daha böyük
nailiyyətlər diləyib. Tələbə yoldaşlarından
Nəsib Nəsirov da təbriklərə qoşulub.
Tədbir iştirakçıları rəssamın əsərlərinin əks
olunduğu videomateriala baxıblar. Sonra sərgiyə
baxış olub. Sərgidə üstünlük təşkil edən
portret və peyzaj janrında çəkilən əsərlər
düşündürücü olması ilə buraya gələnlərin böyük
marağına səbəb olub.
Nərmin CƏFƏROVA,
NDU-nun Mətbuat
şöbəsinin
əməkdaşı |