|
|
|
Şəkinin
Böyük Dəhnə kəndində qədim Azərbaycan abidəsi aşkarlanıb |
|
|
|
Azərbaycanın Şəki rayonunun Böyük Dəhnə kəndi
ərazisində qədim abidə aşkarlanmışdır.
Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA)
AzərTAc-a bildirmişlər ki, kənd sakinləri qoyun
otararkən maraqlı bir daşa rast gəlmişlər. Onlar
bu barədə AMEA-nın Arxeologiya və Etnoqrafiya
İnstitutunun Şəki-Qax-Oğuz ekspedisiyasına xəbər
vermişlər. Aparılan araşdırmalar nəticəsində
sakinlərin tapdığı daşın IV-IX əsrlərə aid
sarkofaq olduğu müəyyənləşdirilmişdir.
Sarkofaqda dəfn edilmiş 2 insanın sümükləri
vardır.
Sarkofaqın altında eramızdan əvvəl I minilliyin
ortalarına aid mədəni təbəqə üzə çıxmışdır.
Ekspedisiya üzvləri həmin ərazidə qədim yaşayış
məskəninin olduğu qənaətindədirlər. |
|
|
|
|
|
|
|
|
BİZ
TORPAQLARIMIZA QAYIDACAĞIQ! |
XANKƏNDİ |
26.12.1991 |
XOCALI |
26.02.1992 |
ŞUŞA |
08.05.1992 |
LAÇIN |
18.05.1992 |
XOCAVƏND |
02.10.1992 |
KƏLBƏCƏR |
04.04.1993 |
AĞDƏRƏ |
07.07.1993 |
AĞDAM |
23.07.1993 |
CƏBRAYIL |
23.08.1993 |
FİZULİ |
23.08.1993 |
QUBADLI |
31.08.1993 |
ZƏNGİLAN |
29.10.1993 |
|
|
|
|
|
|
|