Mayın 13-də "Oriqami" Uşaq və Yeniyetmələr
İctimai Birliyi Suraxanı Rayon İcra Hakimiyyəti
ilə birgə uşaqların sağlamlıq, təhsil,
peşəyönümü və cəmiyyətə inteqrasiyası
problemlərinin müzakirəsinə həsr olunmuş "Gələcək
hamı üçün" mövzusunda seminar keçirib.
"Oriqami" Reabilitasiya Mərkəzində keçirilən
seminarda Heydər Əliyev Fondunun prezidenti,
millət vəkili Mehriban xanım Əliyevanın diqqət
və qayğısı sayəsində Suraxanı rayonunda
Reabilitasiya Mərkəzinin açılışı yüksək
qiymətləndirildi. Bildirildi ki, yeni
Reabilitasiya Mərkəzinin fəaliyyəti Suraxanı
rayonunda yaşayan sağlamlığında məhdudiyyəti
olan 700 uşaq və yeniyetmənin bərpa- inkişafına,
sosial inteqrasiyasına əhəmiyyətli dərəcədə
kömək edəcəkdir.
Seminarda müxtəlif məsələlər müzakirə olunub.
"Oriqami" QHT-nin sədri N.Nəcəfov, Bakı Şəhəri
üzrə Təhsil İdarəsinin nümayəndəsi F.Əhmədov,
valideynlərdən S.Behbudlu, T.Əhmədov və
başqaları müzakirəyə çıxarılan məsələlər
ətrafında geniş fikir mübadiləsi aparıblar.
Çıxış edənlər sağlamlığında məhdudiyyəti olan
uşaqların ahəngdar inkişafı və sosial aktivliyi
istiqamətində təklif və tövsiyələrini veriblər.
Şakir CƏFƏROV |