Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

20 May 2011 - ¹19

 

Peşəyə vurğunluq və istedad birləşəndə

 

20 nömrəli məktəb-liseyin ingilis dili müəllimi Samirə Abbasovanın "açıq dərs"i dinlənildi 

Hazırda informasiya-kommunikasiya texnologiyalarının inkişaf etdiyi bir dövrdə bütün sahələrdə İKT-nin tətbiqi prosesi gedir. Dünyanın bir çox aparıcı ölkələrində olduğu kimi, Azərbaycanda da sistemli şəkildə təhsil sisteminin informasiyalaşdırılması həyata keçirilir. "Azərbaycan Respublikasının ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005-2007-ci illər)" və "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı"na uyğun olaraq son illər bu istiqamətdə əhəmiyyətli addımlar atılmış, respublikamızın, demək olar ki, bütün təhsil müəssisələri kompüter və digər yeni texnologiya avadanlıqları, İnternet şəbəkəsi ilə təmin olunmuş, ayrı-ayrı fənlər üzrə elektron təlim materialları və əyani vəsaitlər hazırlanmış, minlərlə müəllim İKT üzrə treninqlərdən keçmişdir. 

Lakin bu, işin yalnız bir tərəfidir. Əsas məqsəd təlim prosesində İKT-dən effektiv istifadə etməklə şagirdlərdə müasir dövrün tələblərinə uyğun bilik və vərdişlər formalaşdırmaqdan ibarətdir. Sübut olunmuşdur ki, elmin əsaslarını öyrənərkən tədris prosesində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi təlimin effektivliyini artırır, öyrənənlərdə biliklərə müstəqil yiyələnmək, öyrənilən fənnin qanunauyğunlaqlarını proqnozlaşdırmaq qabiliyyəti aşılayır, həmçinin informasiya cəmiyyətində intellekti fəaliyyətə hazırlayır.

Azərbaycanda təhsil sisteminin informasiyalaşdırılmasında müəllimlərin rolu olduqca böyükdür. Məhz müəllim məktəbdə informasiya texnologiyalarının əsas istifadəçisi kimi çıxış edərək yeni vasitələrlə tədrisin effektivliyini təmin etmiş olur. Faktiki olaraq təhsilin informasiyalaşdırılmasının uğuru müəllimlərin İKT sahəsində biliklərindən və bu biliklər vasitəsilə tədrisi yeni formatda qurmasından asılıdır. Buna görə də onların texnoloji hazırlığı son dərəcə mühüm əhəmiyyət kəsb edir.

Son illər ölkəmizdə müəllimlərin İKT sahəsində biliklərinin artırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Məhz bunun nəticəsində hazırda məktəblərimizdə tədris prosesini İKT-nin tətbiqi ilə quran, dərslərində interaktiv təlim üsullarından səmərəli istifadə edən novator müəllimlərin fəaliyyət göstərməsi sevindirici haldır. Onlardan biri də Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin ingilis dili müəllimi Samirə Abbasovadır. Samirə müəllim bu sahədəki bacarığını mayın 13-də keçdiyi "açıq dərs"də nümayiş etdirdi.

V "q" sinfində bütünlüklə ingilis dilində aparılan dərsin mövzusu "Ərzaq" idi. Dərsdə fəal təlimin qruplarla iş, əqli hücum, müqayisə, işgüzar səs-küy, diskussiya üsullarından bacarıqla istifadə olundu, təbiətşünaslıq, riyaziyyat və musiqi fənləri ilə inteqrasiya yaradıldı.

İKT-nin tətbiqi ilə qurulmuş dərsin bütün mərhələlərində ayrı-ayrı materillar-şəkillər, suallar, yeni sözlər,  mətn, cümlələr, tapşırıqlar, dialoqlar və krossvord şagirdlərə monitorda təqdim olundu. Dərsdə iştirak edən 9 şagird "Meyvələr" və "Tərəvəzlər" adı altında 2 qrupa ayrılmışdı.

Samirə müəllim və V "q" sinfinin şagirdləri qonaqları salamladıqdan sonra dərsdə səmimi atmosferin və xoş əhvali-ruhiyyənin yaradılması məqsədilə meyvə və tərəvəzlər haqqında "Sən nəyi xoşlayırsan?" adlı mahnı oxundu. Mahnını uşaqlarla bərabər, monitorda bir-birini əvəz edən məzəli və şən personajlar da oxudu. Sonra müəllim şagirdlərlə ümumi mövzularda (havanın necə keçməsi, gündəlik iş rejimi, sağlamlığın qorunması və s.) söhbət etdi.

Bütün bunlardan sonra dərsin ilk mərhələsi-motivasiyanın yaradılması üzrə iş aparıldı. "Siz ərzaq almaq üçün hara gedirsiz" sualına cavab tapmaq üçün beşincilərə monitorda 4 şəkildən (muzey, park, məktəb, supermarket) ibarət test nümayiş etdirildi və onlar cavabı asanlıqla müəyyən etdilər.

Növbəti mərhələdə supermarketdən nə almağın mümkün olması ilə bağlı tədqiqat aparıldı. Uşaqlar göstərilən  ərzaqların adlarını tələffüz etdilər. Aydın oldu ki, oradan müxtəlif ərzaqla yanaşı, tərəvəzləri də almaq olar. Qruplar növbəti slaydda əks olunan tərəvəzlərin adlarını dedilər. Onların bir neçəsinin adını isə müəllimin köməyi ilə öyrəndilər və beləliklə, bu dərsdə şagirdlər 4  yeni sözlə tanış oldular. Bundan başqa, beşincilər "yemək" felinin müxtəlif şəkillərdə işlənməsini və  "şorba" sözünü öyrəndilər. Sonrakı slaydlarda yeni sözlərə aid şəkillər nümayiş etdirildi və onlara aid cümlələr verildi. Uşaqlar bu cümlələrin düzgün yazılışına diqqət yetirdilər və ucadan oxuyaraq dəqiq tələffüz etməyi öyrəndilər. Müəllimin təklifi ilə onlar bu sözlərə aid özləri də cümlələr qurdular və maraqlı fikirlər səsləndirdilər.

Dərsin növbəti mərhələsində şagirdlər göstərilən şəkildə meyvə və tərəvəzlərin adlarını dedilər və müəllimin bunlara aid oxuduğu sualları cavablandırdılar. Verilən informasiyadan aydın oldu ki, kim hansı meyvə və ya tərəvəzi xoşlayır, onların valideynləri dünən supermarketdən nə alıb və s.

Sonrakı slaydda bu dərsdə yeni öyrənilən söz və söz birləşmələrinin işləndiyi "Supermarket" adlı mətn verildi. Samirə müəllim mətndəki  hər cümləni  bir şagirdə oxutdurdu və onlar mətnə aid verilən sualları cavablandırdılar.

Sonrakı "Bilirsinizmi?" slaydında ingilislərin qidalanmasına aid informasiya beşincilərin diqqətinə çatdırıldı. Onlar ingilislərin gündə neçə dəfə,  saat neçədə yemək yediklərini, sıyığı xoşlamadıqlarını, çörəyi yalnız şorba ilə yediklərini öyrəndilər. Sonra sorğu vasitəsilə azərbaycanlıların və ingilislərin yemək saatları, ən çox nə ilə qidalandıqları, nəyi daha çox xoşladıqları müzakirə olunaraq müqayisələr aparıldı.

Samirə Abbasova dərsin ümumiləşdirmə mərhələsində qruplara bir neçə tapşırıq verdi. Birinci tapşırıqda təqdim olunan tərəvəzlərə uyğun rəngləri seçmək tələb olunurdu. Beşincilər bu tapşırığın öhdəsindən tez gəldilər və hər qrupdan bir nümayəndə cavabı yazılı şəkildə müəllimə təqdim etdi. Samirə müəllim daha çox aktiv olan, çeviklik və sıx əməkdaşlıq nümayiş etdirən qrupu ulduzla mükafatlandırdı. Ümumiyyətlə, hər bir tapşırıqdan sonra fərqlənən qrupa ulduz təqdim olunurdu və bu da qruplar arasında yarış ab-havasının yaranmasına səbəb olurdu. Qrup üzvləri tapşırıqları daha tez həll etməyə çalışsalar da, səhvsiz yerinə yetirilməsinə və cavabların düzgün olmasına ciddi fikir verirdilər. Qeyd etmək lazımdır ki, Samirə Abbasova dərsboyu şagirdlərin daha fəal olmasına xüsusi diqqət yetirirdi. O, uşaqlara müəyyən məsələ ilə bağlı istiqamət verir, sonra isə müstəqil işləmələri üçün şərait yaradırdı. Müəllim şagirdlər arasında fikir mübadiləsinə, şagirdin verdiyi cavaba yoldaşlarının əlavələr etməsinə çalışırdı. Bu da cavabların daha dolğun, nəticələrin daha ətraflı və dəqiq alınmasına səbəb olurdu. O, obyektivliyin təmin olunması məqsədilə qiymətləndirmə prosesində şagirdlərin də iştirakını təmin edir və qiymətləndirməni onların fikirlərini nəzərə almaqla aparırdı.

Növbəti tapşırıqda verilən 6 cümlədə sözlər qarışıq yazılmışdı. Uşaqlar sözlərin yerini müəyyən edərək cümləni düzgün qurdular.

Bu dərsin əsas məqsədi yeni sözləri öyrətməklə şagirdlərin ingilis dilində danışıq bacarığını inkişaf etdirmək olsa da, Samirə müəllim əvvəllər öyrədilən qrammatik biliklərin möhkəmləndirilməsinə də səy göstərirdi. Bu dərsdə şagirdlər felə aid bir neçə tapşırıq yerinə yetirdilər. Belə tapşırıqlardan biri kimi qaydalı və qaydasız felləri seçərək 2 sütunda yerləşdirdilər. Daha sonra verilən felləri inkarda işlətdilər.

Növbəti slaydda monitorda müxtəlif meyvə-tərəvəz və 2 boş səbət göründü. Hər qrup öz adına uyğun meyvə və tərəvəzi seçərək boş səbətə yerləşdirdi.

Digər bir tapşırıqda şagirdlər ərzağı soyuducuya yığmalı idilər. Onlar bu işi bacarıqla yerinə yetirdilər və adlarını deməklə  müxtəlif ərzaq məhsullarını  soyuducuya qoydular. Uşaqlar müəllimin sualına cavab olaraq bildirdilər ki, gül, maşın, dovşan, torşer və kompüter ərzaq olmadığı üçün qıraqda qaldı.

Növbəti tapşırıq isə məktəblilərin daha çox marağına səbəb oldu və onlar bu işi çox həvəslə yerinə yetirdilər. Slaydda "A" və "B"-nin dialoqu verildi və qruplara bu dialoqu tamamlamaq tapşırıldı. Həmin işi yerinə yetirərkən qrup üzvləri arasında böyük  canlanma yarandı. Hər bir şagird yeni sözlərdən istifadə etməklə öz versiyasını təklif edirdi və müzakirə əsasında dialoqu davam etdirmək üçün daha çox məntiqi, eyni zamanda maraqlı və məzəli cümlələr seçilirdi. Beləliklə, dialoqu daha yaxşı quran qrup sonda ulduz qazandı.

Beşincilər dərsdə daha sonra yeni öyrəndikləri söz və söz birləşmələrindən istifadə etmək, onları cümlələrdə işlətmək və suallara cavab verməklə bir neçə tapşırığı da yerinə yetirdilər.

Dərsin yaradıcı tətbiqetmə mərhələsində şagirdlərə krossvord təqdim olundu. Uşaqlar krossvordu düzgün həll edərək sözləri tapandan sonra qarşıya qoyulmuş əsas məqsədə nail oldular və lövhədə "tərəvəz" sözü alındı.

Samirə müəllim öz müşahidələrinə əsasən şagirdləri fəaliyyətlərinə görə qiymətləndirdi və ev tapşırığı verdi. Beşincilərə bu dərsdə yeni öyrəndikləri sözləri, söz birləşmələrini və feli işlətməklə dialoq qurmaq tapşırıldı.

Dərsin sonunda "Supermarket" adlı mahnı səsləndi.

Dərs başa çatdıqdan sonra müzakirəsi aparıldı. Dərsi dinləyən müəllimlər öz çıxışlarında Samirə Abbasovanın və şagirdlərin yüksək səviyyədə hazırlıqlı olduqlarını, müəllimin öz məqsədinə çatdığını, şagirdlərin mövzu ilə bağlı fikirlərini ingilis dilində ifadə etməyə nail olduqlarını, tapşırıqların öhdəsindən bacarıqla gəldiklərini bildirdilər. Dərsdə İKT-dən və interaktiv təlim üsullarından geniş istifadə olunması və fənlərarası inteqrasiyanın yaradılması müsbət hal kimi dəyərləndirildi. 

Hicran ƏKBƏROVA

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov