Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

20 May 2011 - ¹19

 

"Türkiyədə təhsil imkanları və Sabancı Universiteti" mövzusunda seminar keçirilib

 

Mayın 14-də "Landmark" biznes mərkəzində "Türkiyə Universitetləri Məzunları" İctimai Birliyinin (TUMİB), "Akademi" Təhsil Qurumlarının və Sabancı Universitetinin birgə təşkilatçılığı ilə "Türkiyədə təhsil imkanları və Sabancı Universiteti" mövzusunda seminar keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbirdə Təhsil Nazirliyinin, Türkiyənin Bakıdakı səfirliyinin nümayəndələri, qardaş ölkə universitetlərinin məzunları, Azərbaycanın bəzi məktəb müəllimləri, tələbələr, ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Tədbiri açan "Türkiyə Universitetləri Məzunları" İctimai Birliyinin (TUMİB) rəhbəri Çingiz Bayramov seminarın Türkiyə və Azərbaycan dostluğu və birliyinə bariz nümunə olduğunu diqqətə çatdırmışdır. Türkiyə və Azərbaycanın qardaşlığından, dövlətimizin təhsil sahəsinə göstərdiyi diqqət və qayğıdan, azərbaycanlı gənclərin xarici ölkələrdə təhsil almaları üçün hər cür şəraitin yaradılmasından söhbət açmışdır. Natiq vaxtilə ümummilli lider Heydər Əliyevin azərbaycanlı tələbələri dünyanın aparıcı universitetlərində təhsil almaq üçün xaricə göndərdiyini xüsusi qeyd etmişdir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin müavini Məhəmməd Bayramov, Türkiyə universitetlərinin Azərbaycandakı təmsilçisi və eyni zamanda "Akademi" Təhsil Qurumlarının direktoru və Türkiyə universitetlərinin Azərbaycan təmsilçisi Razi Vəliyev çıxış edərək məqsədin seminar vasitəsilə dost və qardaş ölkələrimiz arasında təhsil sahəsində əlaqələri daha da  möhkəmləndirmək olduğunu bildirmişlər. Onlar bu əlaqələrin sürətlə inkişaf edəcəyinə, təhsil sistemimizə töhfələr verəcəyinə əmin olduqlarını bildirmişlər. Natiqlər qardaş Türkiyədə təhsil alan gənclərimizin sayının daha da artırılmasının vacibliyini vurğulamışlar.

Ulu öndərlər Heydər Əliyevin "Biz bir millət, iki dövlətik" və Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" kəlamlarını xatırladan natiqlər Türkiyədəki universitetlərin azərbaycanlı kadrların yetişməsində rolunu qeyd etmişlər.

Qardaş ölkənin təhsil sisteminin perspektivləri haqqında danışan Türkiyənin Bakıdakı səfirliyinin təhsil müşaviri Xalis Qoyunçuoğlu Türkiyənin özəl Sabancı Universitetinin dünyada və qardaş ölkədə tanınmış, nüfuzlu ali təhsil ocaqlarından biri olduğunu vurğulamışdır. Ulu öndərlər - Müasir Türkiyənin qurucusu Mustafa Kamal Atatürk və müstəqil Azərbaycan dövlətinin yaradıcısı Heydər Əliyevin ortaq cəhətlərindən birinin də elm və təhsilin inkişafına qayğı göstərmək olduğunu diqqətə çatdıran natiq elm və təhsil əlaqələrimizin dərinləşdirilməsinin vacibliyini vurğulamışdır.

Seminarda çıxış edən İstanbulun Sabancı Universitetinin idarəetmə fakültəsinin müdiri, professor Əhməd Öncü, universitetin beynəlxalq əlaqələr şöbəsi müdirinin müavini Ebru Koç təmsil etdikləri ali təhsil ocağının fəaliyyəti haqqında ətraflı məlumat vermişlər.

Bildirilmişdir ki, bu ali təhsil ocağını başqa universitetlərdən fərqləndirən cəhətlərdən biri burada incəsənət mərkəzinin, böyük tələbə şəhərciyinin, araşdırma mərkəzinin və idman kompleksinin mövcud olması, təhsilin əsasən ingilis dilində aparılması, dünya universitetlərinin reytinqində 402-ci yeri tutmasıdır. Gələcəkdə bu universitetdə təhsil almaq üçün göndəriləcək azərbaycanlı tələbələrə xüsusi qayğı göstəriləcək, təqaüdlər veriləcəkdir. Natiqlər Türkiyənin və Azərbaycanın universitetləri arasında əlaqələrin daha da inkişaf edəcəyinə ümid etdiklərini söyləmişlər.

Tədbirdə Sabancı Universitetinin fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunmuşdur.

Sonda seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov