Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

20 May 2011 - ¹19

 

BDU-da Abay Kunanbayev adına Mərkəzin açılışı olub

 

Bakı Dövlət Universitetində qazax şairi, yazıçısı, ictimai xadimi, müasir qazax yazılı ədəbiyyatının banisi Abay Kunanbayev adına Mərkəzin rəsmi açılışı olub.

Azərbaycan və qazax xalqları arasındakı mədəni əlaqələri daha da inkişaf etdirmək məqsədilə yaradılan Mərkəzi Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov və Qazaxıstanın Lev Qumilyov adına Avrasiya Milli Universitetinin rektoru, professor Baxıtcan Abdraim açıblar.

Tədbirin rəsmi hissəsi BDU-nun Heydər Əliyev Məktəbində davam edib.  Qonaqları və tədbir iştirakçılarını salamlayan rektor, akademik Abel Məhərrəmov Abay Mərkəzinin BDU-da açılmasını yalnız universitetin deyil, hər iki xalqın həyatında əlamətdar hadisə hesab edib. Azərbaycan və qazax xalqlarının qardaşlığından danışan rektor, onların eyni mədəniyyətə, eyni tarixi köklərə və eyni dilə malik olduqlarını qeyd edib. Akademik Abel Məhərrəmov bildirib ki, tarixlər boyunca xalqlarımız arasında olan əlaqələrin daha da inkişafında ən böyük uğur ümummilli lider Heydər Əliyev və qazax xalqının lideri Nursultan Nazarbayevin birgə səyləri nəticəsində əldə edilmişdir. Həmin siyasət bu gün respublika Prezidenti İlham Əliyev tərəfindən də uğurla davam etdirilir.

Tədbirdə Qazaxıstan Respublikası Prezident Administrasiyasının daxili siyasət şöbəsinin müdiri Darxan Mınbay, Lev Qumilyov adına Avrasiya Milli Universitetinin rektoru, professor Baxıtcan Abdraim, Qazaxıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Serik Primbetov çıxış edərək Azərbaycan-Qazaxıstan əlaqələrindən danışıb, mərkəzin fəaliyyətə başlamasının əhəmiyyətini qeyd ediblər. Bildirilib ki, mərkəz Azərbaycan və Qazaxıstan mədəni əlaqələrinin daha da intensivləşməsinə xüsusi töhfə verəcək.

Qeyd edək ki, səfər çərçivəsində Avrasiya Milli Universitetinin professor-müəllim heyətini təmsil edən qonaqlar BDU-nun filologiya, tarix, fizika, kimya, tətbiqi riyaziyyat və kibernetika fakültələrində görüşlər keçirərək ikitərəfli maraq doğuran məsələləri müzakirə ediblər.  

BDU-nun Mətbuat və informasiya şöbəsi

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov