İsmayıllı rayonunun Lahıc qəsəbəsində Azərbaycan
Valideyn-Müəllim Assosiasiyasının (AVMA) İdarə
Heyətinin üzvlərinin, fəal valideynlərin və
məktəb direktorlarının iştirakı ilə Azərbaycan
Valideyn-Müəllim Assosiasiyasının Əlaqələndirmə
Şurasının toplantısı keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbirin gündəliyində
Azərbaycan Təhsil Nazirliyinin və YUNİSEF-in
"Məktəb uşağın dostudur" layihəsi çərçivəsində
Azərbaycan Valideyn-Müəllim Assosiasiyasının
yaradılması tarixi, son dövrlərdə fəaliyyəti,
qazandığı təcrübəyə dair təqdimat, "İnklüziv
təhsil"lə bağlı YUNİSEF-in Azərbaycan
nümayəndəliyinin təqdimatı, "Ümumtəhsil
məktəblərində keyfiyyət standartları",
"Ailə-məktəb müqaviləsi", AVMA-nın Polşa
təcrübəsi və digər təhsillə bağlı mühüm
məsələlər müzakirə olunmuşdur.
Toplantıda işçi qruplar xüsusi problemləri olan
bir neçə məktəbin inkişaf proqramlarını işləyib
hazırlayacaqdır. |