Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

20 May 2011 - ¹19

 

 Təhsil naziri  ümumtəhsil müəssisələrinin direktorları ilə müşavirə keçirdi

 

Mayın 19-da Bakıdakı 276 nömrəli  tam orta məktəbdə ümumtəhsil müəssisələrindəki mövcud vəziyyətlə bağlı paytaxtın ümumtəhsil müəssisələrinin direktorları ilə müşavirə keçirildi. 

Müşavirədə təhsil naziri Misir Mərdanov, nazirliyin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin müdiri Fərzəli Qədirov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva, idarənin məsul işçiləri və paytaxtın ümumtəhsil məktəblərinin, eləcə də Təhsil Nazirliyinin bilavasitə tabeliyində olan təhsil müəssisələrinin direktorları iştirak edirdilər.

Tədbiri təhsil naziri Misir Mərdanov açaraq başa vurmaqda olduğumuz tədris ili dövründə ümumi təhsillə bağlı xeyli işlərin görüldüyünü diqqətə çatdırdı.

Ölkəmizdə şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə tədbirlərinin daha da gücləndirildiyini qeyd edən nazir həmin məsələyə respublika Prezidenti cənab İlham Əliyev tərəfindən ciddi nəzarət olunduğunu xüsusi vurğuladı. Nazir bununla əlaqədar Təhsil Nazirliyinin də  müvafiq işlər gördüyünü və baş verə biləcək neqativ halların aradan qaldırılması istiqamətində xüsusi tədbirlərin həyata keçirildiyini söylədi.

Bu gün bizim nümunəvi məktəblərimizin, gözəl təşkilatçılıq qabiliyyəti ilə seçilən təcrübəli məktəb direktorlarımızın, yüksək savada və intellektə malik, daim öz üzərində işləyən yaradıcı müəllimlərimizin olduğunu qeyd edən təhsil naziri onların Azərbaycan təhsilinə başucalığı gətirdiyini bildirdi. Nazir xüsusilə Bakı Avropa Liseyinin, "Zəngi" liseyinin, akademik Zərifə Əliyeva adına tam orta məktəbin adlarını çəkərək həmin təhsil müəssisələrinin əldə etdikləri uğurlardan danışdı. Belə təhsil ocaqlarının sayının artmasını arzuladı.

Təhsil naziri onu da qeyd etdi ki, hansı təhsil müəssisəsinin rəhbərində işləmək arzusu varsa, ən başlıcası, o ümumi mənafeyi şəxsi mənafedən üstün tuta bilirsə, yüksək təşkilatçılıq qabiliyyətinə malikdirsə, orada uğur da olur, müsbət nəticə də üstünlük təşkil edir. Nazir direktorlara məhz bunu arzu etdi.

Ümumi orta təhsil sahəsində qazanılan nailiyyətlərlə yanaşı, bəzi problem və nöqsanların da olduğunu istisna etməyən nazir Misir Mərdanov bunu təəssüf hissi ilə qarşıladığını, baş verən neqativ hallarla bağlı ciddi narahatçılıq keçirdiyini bildirdi.

Nazir Bakı şəhərinin ümumtəhsil müəssisələri ilə əlaqədar 2011-ci ilin yanvar - may aylarında Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə daxil olan müraciətlər haqqında məlumat verdi. Adıçəkilən  xidmətə 127 məktəbdə neqativ hallar barədə 223 müraciətin daxil olduğunu qeyd edən təhsil naziri bəzi xoşagəlməz faktları söylədi, adları qeyd olunan ümumtəhsil müəssisələrindəki mövcud vəziyyətlə bağlı öz iradlarını bildirdi. Nazir Misir Mərdanov direktorlara ciddi xəbərdarlıq etdi ki, göstərilən nöqsanları qısa müddət ərzində aradan qaldırsınlar və  müşavirədə söylənilənlərdən nəticə çıxarsınlar. Nazir vətəndaşların şikayət etdikləri  ümumtəhsil məktəbləri direktorlarına kəskin narazılığını bildirərək  onlara  rəhbərlik etdikləri təhsil müəssisələrində nöqsan və çatışmazlıqların  qısa müddət ərzində aradan qaldırılması ilə bağlı konkret göstərişlərini verdi.

Çıxışında  bəzi məsələlərə də ətraflı toxunan təhsil naziri  bununla bağlı fikir və mülahizələrini söylədi.

Müşavirənin sonunda nazir Misir Mərdanov Bakı Şəhəri üzrəTəhsil İdarəsinin rəhbərliyinə idarənin əməkdaşlarının Bakıdakı ümumtəhsil müəssisələrində olmaları, baş verə biləcək neqativ halların vaxtında aradan qaldırılması, məktəblə valideyn arasında əlaqəni təmin etmək, şagirdlərlə səmimi ünsiyyət qurmaq və digər məsələlərlə bağlı  tapşırıqlarını verdi. 

Samirə KƏRİMOVA

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov