Bakı şəhəri
Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən və
1896-cı ildə məşhur mesenat Hacı Zeynalabdin
Tağıyevin tikdirdiyi ümumtəhsil məktəbinin
əsaslı təmirə ehtiyacı olduğunu nəzərə alaraq,
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 32-ci bəndini rəhbər tutaraq
QƏRARA ALIRAM:
1. Mərdəkan
qəsəbəsindəki 123 saylı ümumtəhsil məktəbi
binasının əsaslı təmiri üçün Bakı şəhərinin
Xəzər Rayonu İcra Hakimiyyətinə Azərbaycan
Respublikasının 2011-ci il dövlət büdcəsində
nəzərdə tutulmuş Azərbaycan Respublikası
Prezidentinin Ehtiyat Fondundan 1 (bir) milyon
manat vəsait ayrılsın.
2. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın
1-ci hissəsində nəzərdə tutulmuş vəsaitin
maliyyələşdirilməsini müəyyən olunmuş qaydada
təmin etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 may 2011-ci il |