|
|
|
Beynəlxalq turnirə yekun vurulub |
|
|
|
Aprelin 23-dən mayın 2-nə kimi Naxçıvan Muxtar
Respublikasında ulu öndər Heydər Əliyevin anadan
olmasının 88-ci ildönümü münasibəti ilə "Naxçıvan
open 2011" Beynəlxalq turniri keçirilib.
Dünyanın ən güclü qrosmeystr və kişi
idmançılarının iştirakı ilə keçirilən turnirdə
Bakı Şəhəri üzrə 1 nömrəli İxtisaslaşdırılmış
Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat - Dama
İdman məktəbinin yetirmələri də iştirak ediblər.
İdmançılar A və B qruplarında mübarizə
aparıblar. A qrupunda 53 iştirakçı arasında
dünyanın güclü qrosmeystrləri də qüvvələrini
sınayıblar. Ümumi turnirdə həmyerlilərimizdən
Qədir Hüseynov VII, Rəsul İbrahimov XI, Fərid
Abbasov isə XIII yerləri tutublar. Azərbaycan
qrosmeystrləri arasında Q.Hüseynov I yeri,
R.İbrahimov isə II yerlərə layiq görülüblər.
Turnirdə Orxan Abdulov isə digər şahmatçılardan
fərqlənərək beynəlxalq usta balını toplayıb.
B qrupunda isə 2300-ə qədər reytinqi olan
şahmatçılar arasında keçirilən yarışlarda 114
iştirakçı mübarizəyə qatılıb. Həmyerlimiz Elxan
Bayramov III yerə layiq görülüb. |
|
|
|
|
|
|
|
|
BİZ
TORPAQLARIMIZA QAYIDACAĞIQ! |
XANKƏNDİ |
26.12.1991 |
XOCALI |
26.02.1992 |
ŞUŞA |
08.05.1992 |
LAÇIN |
18.05.1992 |
XOCAVƏND |
02.10.1992 |
KƏLBƏCƏR |
04.04.1993 |
AĞDƏRƏ |
07.07.1993 |
AĞDAM |
23.07.1993 |
CƏBRAYIL |
23.08.1993 |
FİZULİ |
23.08.1993 |
QUBADLI |
31.08.1993 |
ZƏNGİLAN |
29.10.1993 |
|
|
|
|
|
|
|