Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

5 May 2011 - ¹17

 

Müstəqilliyimizin bərpasının iyirmi illiyinə həsr olunmuş ədəbi-bədii gecə

 

Aprelin 26-da Bakıdakı 147 nömrəli texniki-humanitar liseydə dövlət müstəqilliyimizin bərpasının iyirmi illiyinə həsr olunmuş ədəbi-bədii-tarixi gecə keçirildi. Tədbirə Təhsil Nazirliyindən, Xətai Rayon İcra Hakimiyyətindən, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən, Təhsil Problemləri İnstitutundan qonaqlar, məktəb direktorları, valideynlər, KİV nümayəndələri dəvət olunmuşdular.

Ədəbi-bədii gecəni qonaqları salamlamaqla açan liseyin direktoru, əməkdar müəllim Həlimə Mehdiyeva bildirdi ki, bu il dövlət müstəqilliyimizin bərpasının iyirminci ildönümü tamam olur. Bu tarixi hadisəni ümumxalq bayramı səviyyəsində qeyd etmək üçün ölkə Prezidenti cənab İlham Əliyev xüsusi sərəncam imzalayıb. "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında" 21 yanvar 2011-ci il tarixli həmin sərəncama, habelə Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən ilboyu bütün tədris müəssisələrində müstəqilliyimizin 20 illiyinə həsr olunmuş tədbirlərin təşkili nəzərdə tutulub. Bununla bağlı liseyimizdə də silsilə tədbirlər həyata keçirilməkdədir. Ayrı-ayrı siniflərdə istər dərs prosesində, istərsə də əlavə məşğələlərdə, açıq sinif saatlarında şagirdlərlə müstəqilliyimiz haqqında söhbətlər aparılıb və bu iş davam etdirilir. Bugünkü tədbir də həmin silsilədəndir.

Liseyin bir qrup şagirdi Dövlət himnimizi ifa etdikdən sonra söz tarix müəllimi, "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi Gültəkin Məmmədovaya verildi. G.Məmmədova "Müstəqilliyimiz əbədidir" mövzusunda geniş məruzəsində ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində  müstəqilliyimizin bərpası üçün xalqımızın apardığı mübarizədən, müstəqilliyimizin ilk illərində yaşanan çətin vəziyyət və problemlərdən, müstəqil Azərbaycanın memarı və qurucusu, ulu öndər Heydər Əliyevin xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə gəlişindən sonra ölkədə sabitliyin yaranması, müstəqilliyimizin möhkəmləndirilməsi istiqamətində gördüyü işlərdən, dövlətimizin iqtisadi qüdrətinin artırılmasına gətirib çıxaran irimiqyaslı layihələrdən, son illər Azərbaycan Prezidenti İlham Əliyevin yeritdiyi müdrik daxili və xarici siyasət nəticəsində ölkəmizin iqtisadi inkişaf tempinə görə dünyada ön mövqelərə çıxmasından və regionun aparıcı dövlətinə çevrilməsindən danışdı və bunları müstəqilliyimizin bəhrələri kimi dəyərləndirdi. IX sinif şagirdi Vüqar Kərimzadə "Tarixi yazan şəxsiyyət" mövzusundakı çıxışında ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən, zəngin bioqrafiyasının bəzi məqamlarından söz açdı, müstəqilliyimizi əbədi və dönməz etmiş bu böyük şəxsiyyətin xalqımız qarşısındakı nəsillərə örnək xidmətlərindən danışdı.

Şagird Nəzrin Həsənovanın "Layiqli davamçı" mövzusundakı çıxışı da tədbir iştirakçıları tərəfindən diqqətlə dinlənildi. Nəzrin Azərbaycan Prezidenti İlham Əliyevin həyat yoluna qısaca nəzər saldı, onun rəhbərliyi altında son illər ölkəmizdə aparılan nəhəng quruculuq işlərindən, islahatlardan, bunların nəticəsində əldə olunmuş uğurlardan danışdı, onun ölkəmizin gələcəyi olan gənclərə böyük diqqət və qayğı göstərdiyini vurğuladı.

Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra liseyin istedadlı şagirdləri maraqlı ədəbi-bədii proqram nümayiş etdirdilər. Ayrı-ayrı siniflərin şagirdlərinin ifasında Azərbaycana, müstəqilliyə həsr olunmuş şeirlər, mahnılar səsləndi.

Tədbirin sonunda qonaqlardan Təhsil Nazirliyinin əməkdaşı Adilə Mahmudova, "Azərbaycan məktəbi" jurnalının baş redaktoru Nəcəf Nəcəfov, Xətai Rayon İcra Hakimiyyətinin əməkdaşı Məhəmməd İbrahimov, Bakı Şəhəri üzrə Təhsil İdarəsi Metodik Mərkəzi müdirinin müavini Sitarə Məmmədova, valideyn, Müdafiə Sənayesi Nazirliyinin əməkdaşı Alçın Şirinzadə, 56 nömrəli məktəbin direktoru Hicran Qarayeva çıxış edib tədbirdən böyük zövq aldıqlarını, müəllim və şagirdlərin çıxışlarının çox məzmunlu olduğunu, bir çox məsələlərdə olduğu kimi belə tədbirlərin təşkilində də 147 nömrəli texniki-humanitar liseyin rayon ərazisindəki məktəblərə yaxşı nümunə göstərdiyini söylədilər, liseyin rəhbərliyinə və tədbirin təşkilində əməyi olan digər müəllimlərə minnətdarlıqlarını bildirdilər, müstəqilliyimizlə bağlı öz fikirlərini bölüşdülər. 

Yusif ƏLİYEV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov