Mayın
3-də Bakıdakı 308 nömrəli orta məktəbdə fənn
aylıqlarına həsr olunmuş yekun tədbiri keçirildi.
Tədbirdə Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə
Təhsil İdarəsinin,Təhsil Problemləri
İnstitutunun nümayəndələri, müəllimlər və KİV
əməkdaşları iştirak edirdilər.İlk öncə qonaqlar
məktəbin foyesində əmək təlimi müəllimi Tahirə
Əsədinin dərs dediyi şagirdlərin əl işlərdən
ibarət sərgiyə baxdılar.Sərgidə VI "a" sinif
şagirdi Tomris Kərimlinin, VI "b" şinif şagirdi
Leyla Məmmədovanın və VI "a" sinif şagirdi
Aysel Abbaszadənin əl işləri qonaqların xoşuna
gəldi.
Məktəbin direktoru Təranə Məmmədova keçirilən
tədbir haqqında qonaqlara ətraflı məlumat
verdi. Bildirdi ki, ənənə şəklini alan fənn
aylıqlarına həsr olunmuş yekun tədbirinin
keçirilməsi məktəbdə özünü doğruldub və geniş
tətbiq olunmaq hüququ qazanıb.Bu cür
tədbirlərin keçirilməsi məktəbdə tədrisin
keyfiyyətinin yaxşılaşmasına, səviyyəsinin
yüksəlməsinə xidmət edir. Nəticədə, pedaqoji
kollektivin işinə məsuliyyəti artır, şagirdləri
yaxşı oxumağa, müəllimləri isə səmərəli
fəaliyyətə ruhlandırır.
Fənn aylığı çərçivəsində sinifdənxaric
tədbirlərə baxış keçirildi. Şagirdlər
tərəfindən "Mikayıl Müşfiq ruhu milli ruhumuzdur"
mövzusunda ədəbi-bədii kompozisiya, C.Cabbarlı
və S.Vurğunun əsərləri əsasında hazırlanmış
səhnəciklər və "Ekologiyamızı qoruyaq" adlı
maraqlı tamaşa göstərildi.
Sonra tədbir iştirakçıları qruplara bölünərək,
müəllimlərin "açıq dərs"lərində oldular. Bakı
Şəhəri üzrə Təhsil İdarəsi Metodmərkəzinin
Nizami - Nərimanov rayon bölməsi üzrə metodisti
Vəzuhə Məmmədova və metodmərkəzin multimedia
bölməsinin baş metodisti Nəriman Heydərov X
"b" sinfində Süsən Əliyevanın ədəbiyyat
dərsini dinlədilər.
Eyni vaxtda digər siniflərdə də Təhsil
Problemləri İnstitutunun direktor müavini,
professor Yəhya Kərimov, Bakı Şəhəri üzrə Təhsil
İdarəsi Metodmərkəzinin direktor müavinləri
Sitarə Məmmədova, Nadir Əliyev və metodist
Rövşən İbrahimli və metodmərkəzin digər
əməkdaşları IV"a" sinfində Fəridə Abbasovanın
həyat bilgisi, III "a" sinfində Səbirə
Zeynalovanın Azərbaycan dili (oxu), XI "a"
sinfində Arif Ağakişiyevin riyaziyyat, VIII "a"
sinfində Çimnaz İmanovanın coğrafiya, VIII "b"
sinfində Aidə Əfəndiyevanın xarici dil, VII "d"
sinfində Nəsibə Səlimovanın fizika, VII "b"sinfində
Səadət Mirzəyevanın biologiya fənlərindən
keçdikləri "açıq dərs"lərdə iştirak etdilər.
Tədbirin yekun mərhələsində dinlənilən dərslərlə
əlaqədar "dəyirmi masa" keçirildi.
Müzakirələrdə belə tədbirlərin məktəb üçün
əhəmiyyətindən söz açan professor Yəhya
Kərimov, metodmərkəzin direktor müavini Sitarə
Məmmədova, Təhsil Nazirliyinin nümayəndələri
Sevda Abbasova, Sevil Məmmədova və başqaları
dinlənilən dərslər haqqında fikirlərini
söylədilər, irad və təkliflərini bildirdilər.
Şakir CƏFƏROV |