2011-2012-ci
tədris ilində İngiltərə universitetlərində
təhsil haqqı artacaq. Artıq gələn ilin
payızından başlayaraq universitet və kolleclərdə
təhsil alacaq tələbələr üçün yeni təhsil haqları
müəyyən olunub. Təhsil haqqının maksimum həddi
ildə 9 min funt-sterlinq olacaq. Ali təhsil
ocaqlarında hesab edirlər ki, vəsait
çatışmazlığı universitetlərdə yerlərin
azaldılması, müəllimlərin ixtisarı və bəzi
kursların ləğv olunması hesabına kompensasiya
olunacaq. Oksford Universitetinin ardınca
aşağıdakı universitetlər təhsil haqqının
artırılmasına qərar veriblər: London Universitet
Kolleci, Kembric Universiteti, Birmingem
Universiteti, Lankastr Universiteti, Mançester
Universiteti, Eksetter Universiteti, Esseks
Universiteti, Aston Universiteti, Linkoln
Universitet Kolleci, Uorik Universiteti, Darema
Universiteti, London Metropoliten Universiteti
və s. Bu universitetlərdə təhsil haqqı 9000
funt-sterlinq olacaq.
Ölkənin Təhsil Nazirliyi hesab edir ki, orta
təhsil haqqı (130-dan çox təhsil müəssisəsi)
ildə 7500 funt-sterlinq təşkil edəcək. 6000
funt-sterlinqdən yuxarı təhsil haqqı müəyyən
edən universitetlər öz qərarlarını
əsaslandırmalı, eləcə də orta təbəqədən olan
tələbələrin təhsil almaları üçün proqram işləyib
hazırlamalıdırlar. Universitetlər öz qərarlarını
cari il iyunun 11-ə kimi təsdiq etməlidirlər.
Xarici mətbuat materialları əsasında hazırladı:
Oruc MUSTAFAYEV |
|