|
|
|
Məktəblilər narkotik testindən keçiriləcəklər |
|
|
|
Rusiya
Federasiyası Prezidenti Dmitri Medvedev
məktəblilərin narkotik testindən keçirilməsinə
imkan verən qanun qəbul olunmasını təklif edib.
Bu barədə dövlət başçısı İrkutskda Dövlət Şurası
Rəyasət Heyətinin narkomaniya problemlərinə həsr
olunmuş iclasında bildirib. Dövlət başçısı bəyan
edib ki, məktəblilərin test yoxlamalarından
keçirilməsi təcrübəsi artıq sınaqdan keçib,
lakin valideynlərin heç də hamısı uşaqların bu
cür testdən keçirilməsini müsbət qarşılamayıb.
Onun sözlərinə görə, etirazların böyük qismi
etik tələblər və insanların fərdi həyat hüququna
əməl olunması zəruriliyi ilə bağlıdır. Prezident
bütün təhsil müəssisələrində narkotiklər
əleyhinə təbliğatı gücləndirməyə, eləcə də
məktəblərdə bununla bağlı xüsusi kursların
tədris olunmasına çağırıb.
Rusiyanın elm və təhsil naziri Andrey Fursenko
isə hesab edir ki, ümumtəhsil məktəbləri və ali
təhsil ocaqlarında narkotik testlərinin
aparılması könüllülük əsasında baş verməlidir.
Onun sözlərinə görə, hər bir tələbə, məktəbli
könüllü surətdə testdən keçməklə başqaları üçün
yaxşı nümunə göstərdiklərinə qərar verirlər.
Nazir əlavə edib ki, testdən keçməyə razılıq
vermiş hər bir şəxs bu bəlaya qarşı mübarizəyə
öz töhfəsini verir. |
|
|
|
|
|
|
|
|
BİZ
TORPAQLARIMIZA QAYIDACAĞIQ! |
XANKƏNDİ |
26.12.1991 |
XOCALI |
26.02.1992 |
ŞUŞA |
08.05.1992 |
LAÇIN |
18.05.1992 |
XOCAVƏND |
02.10.1992 |
KƏLBƏCƏR |
04.04.1993 |
AĞDƏRƏ |
07.07.1993 |
AĞDAM |
23.07.1993 |
CƏBRAYIL |
23.08.1993 |
FİZULİ |
23.08.1993 |
QUBADLI |
31.08.1993 |
ZƏNGİLAN |
29.10.1993 |
|
|
|
|
|
|
|