Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

5 May 2011 - ¹17

 

Azərbaycanın təhsil nazirləri

Nəsib bəy Yusif bəy oğlu Yusifbəyli

 

Azərbaycan Respublikasının təhsil naziri, əməkdar elm xadimi, professor Misir Mərdanovun rəhbərlik etdiyi layihə əsasında hazırlanmış "Azərbaycanın təhsil nazirləri" kitabı çapdan çıxıb. Kitabda Azərbaycan Demokratik Respublikası dövründən bu günədək ölkəmizin təhsil sisteminə rəhbərlik etmiş şəxslər haqqında məlumatlar yer alıb. Təhsil nazirləri haqqında həmin yazıları qəzetimizin bu nömrəsindən başlayaraq oxucularımıza təqdim edirik.  

Nəsib bəy Yusif bəy oğlu Yusifbəyli 1881-ci ildə Gəncədə anadan olub. Qədim milli və tarixi ənənələr yaşadılan Gəncədə elin hörmət və ehtiramını qazanmaq hər ailəyə, hər kəsə qismət olmayıb. XIX əsrin 80-ci illərində nüfuzlu ailələrdən biri də Nəsib bəyin atası Yusif bəy Yusifbəylinin ocağı idi. Sankt-Peterburqda ali təhsil almış Yusif bəy Yusifbəylinin həyat yoldaşı Cəmilə xanım məşhur Xanbudaqovlar nəslindən idi. Onun atası Böyük bəy Xanbudaqov 1840-cı ildə Şəkidən Gəncə yaxınlığındakı Borsunlu kəndinə köçərək orada məskunlaşıb.

Gəncə klassik gimnaziyasını bitirdikdən sonra 1902-ci ildə Odessa Universitetinin hüquq fakültəsinə daxil olan Nəsib bəy Yusifbəyli təhsil almaqla bərabər, həm də milli azadlıq hərəkatına qoşulub, azərbaycanlı tələbələrin "Həmyerlilər" təşkilatının rəhbərlərindən birinə çevrilib. Universitetdə baş verən hadisələrə görə tədris ocağı bağlanır, fəal tələbələr ciddi təqiblərlə üzləşirlər. Nəsib bəy Yusifbəyli çar xəfiyyələrinin təqibindən yaxa qurtarmaq üçün 1906-cı ildə Krımın Bağçasaray şəhərinə köcüb, böyük tatar mütəfəkkiri və publisisti İsmayıl bəy Qaspıralının (1851-1914) "Tərcüman" qəzetində çalışıb. İctimai-siyasi mövzulu məqalələri ilə oxucu auditoriyası qazanan Nəsib bəy Yusifbəyli Qaspıralının qızı Şəfiqə xanımla (1886-1975) ailə qurub. Bu nikahdan Niyazi və Zəhra adlı iki övladı olan Nəsib bəy buradakı təqiblərdən yaxa qurtarmaq üçün İstanbula köcüb (1908), publisistik fəaliyyətilə bərabər, həm də "Türk dərnəyi" cəmiyyətinin təşkili ilə məşğul olub. Bir il sonra Vətənə dönüb, Gəncə şəhər bələdiyyəsində çalışıb. 1911-ci ildə "Mədrəseyi-ruhaniyyə" məktəbində çalışıb, "Molla Nəsrəddin" jurnalına və qəzetlərə məqalələr göndərib, "Müsəlman xeyriyyə cəmiyyəti", "Müsəlmanların maariflənməsi cəmiyyəti", "Aktyorlar cəmiyyəti"nin fəaliyyətində yaxından iştirak edib. Bu zaman Məmməd Əmin Rəsulzadə ilə tanış olub və ictimai-siyasi fəaliyyətə başlayıb.

Bu illər ərzində, sözün həqiqi mənasında, qısa bir ömrə sığmayan ictimai-siyasi işlər görüb. Mirzə Fətəli Axundovun anadan olmasının 100 illiyi münasibətilə Gəncədə Azərbaycan dilində ilk kitabxana təsis edib. "Türk Sosial-Federalist İnqilabi Komitəsi" adı ilə fəaliyyətə başlamış (1905) təşkilatın əsasında qardaşı Həmid bəy Yusifbəyli, Ələkbər bəy Rəfibəyli, Ələsgər bəy Xasməmmədovla birlikdə "Qeyrət" təşkilatını yaradıb.

Azərbaycanın taleyində son dərəcə mühüm rol oynayan Gəncə Milli Komitəsinin sədri kimi fəaliyyət göstərib. Mühüm hadisələr tarixi kimi, onun həyatında 1917-ci ilin izi qalıb. Belə ki, fevral burjua inqilabından sonra dərin siyasi-hüquqi təfəkkür sahibi olan Nəsib bəy "Türk Ədəmi-Mərkəziyyət" partiyasını yaradıb.

Rusiya Müəssislər Məclisinə (Parlamentinə) Gəncədən üzv seçilən Nəsib bəy Yusifbəyli 1918-ci il aprelin 22-də elan olunmuş Zaqafqaziya Demokratik Federativ Respublikasının xalq maarifi naziri təyin edilib. Həmin il mayın 27-də Tiflisdə yaradılmış Milli Şuranın üzvü olan Nəsib bəy, Fətəli xan Xoyskinin təşkil etdiyi Hökumət Kabinetində də məhz xalq maarifi və dini etiqad naziri vəzifəsini icra edib.

Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Nəsib bəy Yusifbəyli çağdaş milli dövlətçilik tarixinə "Müstəqil Azərbaycan" ideyasının müəllifi və onu gerçəkləşdirən görkəmli siyasi və dövlət xadimlərindən biri kimi daxil olmuşdur. O, həm də XX əsr Azərbaycan təhsil, elm və mədəniyyəti tarixinə şanlı səhifələr yazmış böyük maarifçi, gələcək nəsillərə örnək olan əsl milli ziyalı kimi tanınmışdır. Milli hökumətə bir ilə yaxın rəhbərlik etmiş Nəsib bəyin adı Xalq Cümhuriyyətinin banilərindən olan Məmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Həsən bəy Ağayev kimi məşhur dövlət xadimlərinin adları ilə yanaşı çəkilir. Məşhur 1918-ci il 28 may tarixli "İstiqlal Bəyannaməsi"ni imzalayan səkkiz istiqlal mücahidindən, Milli Şura üzvlərindən biri olan Nəsib bəyin Xalq Cümhuriyyətinin qurulmasındakı tarixi xidmətlərindən danışarkən Məmməd Əmin Rəsulzadə hələ 1929-cu ildə yazırdı: "Azərbaycan ideyasını siyasi bir tələb maddəsi şəklində formulə etmək şərəfi mərhum Nəsib bəyindir... Bu, Nəsib bəy ismini (adını) Azərbaycan tarixində ölməz və unudulmaz bir isim halına qoymaq üçün kafidir..."

1919-cu ilin mart ayında yeni hökumətin rəhbərliyinə keçdiyi üçün xalq maarifi və dini etiqad naziri vəzifəsindən kənarlaşsa da, bu sahəni diqqətdən kənarda qoymayıb. Fətəli xan Xoyskinin rəhbərlik etdiyi hökumət istefaya gedəndən sonra yeni hökumət təşkil edən baş nazir Nəsib bəy Yusifbəyli daxili işlər naziri vəzifəsini də icra edib. 1920-ci ilin martına qədər dünyanın böyük dövlətləri Azərbaycanın istiqlaliyyətini tanıyıb, çoxminli ordu formalaşdırılıb, Nəsib bəyin təklifi ilə Bakı Dövlət Universiteti açılıb, 100 nəfər azərbaycanlı gənc xaricdə oxumağa göndərilib, torpaq islahatı haqqında qanun layihəsi hazırlanıb, Azərbaycanın milli pulu dövriyyəyə buraxılıb. Azərbaycan müəllimlərinin III Qurultayının keçirilməsində də Nəsib bəyin xüsusi rolu qeyd olunmalıdır.

Milli hökumətin Tiflisdən Gəncəyə gəlişinin ilk günlərindən aktiv milli təhsil siyasəti və quruculuğuna girişən maarif naziri, böyük ziyalı Nəsib bəy Yusifbəylinin rəhbərliyi ilə Xalq

Maarifi və Dini Etiqad Nazirliyinin strukturu təsdiq edilir, ölkədə fəaliyyət göstərən bütün maarif və mədəniyyət ocaqları, məktəblər onun tabeçiliyinə verilir. Nəsib bəyin maarif sahəsində atdığı ilk addımlardan biri yüksək vəzifələrə azərbaycanlıları irəli çəkməsi olub. Qaynaqlar göstərir ki, 1918-ci ilin təkcə avqust ayı ərzində azərbaycanlıların sıx yaşadığı Gəncə, Şuşa, Cavanşir, Zəngəzur qəzalarının xalq maarifi müfəttişliyində çalışan milliyyətcə erməni və rus rəhbər maarif işçiləri vəzifələrindən azad edilib, onların yerinə milli kadrlar təyin olunub.

Nəsib bəy Yusifbəylinin nazir olduğu müddətdə xalq maarifinin milli konsepsiya əsasında təşkili ön plana çəkilib, ümumi icbari təhsil layihələri hazırlanıb, kənd və şəhərlərdə yeni məktəblər açılıb, milli məktəblər üçün müəllim hazırlanması probleminin həllinə diqqət artırılıb, Qori Müəllimlər Seminariyasının Azərbaycan bölməsinin Firidun bəy Köcərlinin təşəbbüsü və səyi ilə Qazaxa köçürülüb fəaliyyətə başlaması reallaşdırılıb.

Təhsildə milliləşmə prosesində yaranan çətinlikləri nəzərə alan Nəsib bəy nazirliyin təklifi ilə şəhərlərdə Dövlət dilini məcburi fənn kimi tədris etmək şərtilə paralel olaraq rus bölmələrinin yaradılmasına razılıq verir. Həmin dövrdə azərbaycanlı uşaqların yalnız milliləşdirilmiş məktəblərdə təhsil almaları tələb edilirdi. Lakin müstəsna hallarda ana dilində danışa bilməyən uşaqlar Xalq Maarifi Nazirliyinin xüsusi razılığı ilə rusca təhsilə buraxıla bilərdi. Tarixi ədalət naminə deməliyik ki, təhsildə bu cür milliləşmə siyasəti milli təhsil tarixində müstəsna rolu olan tarixi addım oldu. Məhz Nəsib bəy Yusifbəylinin birbaşa rəhbərliyi ilə hazırlanıb həyata keçirilən həmin qərarlar sayəsində Azərbaycanda ümumi təhsil müəssisələrində tədrisin təşkilinin ana dilində aparılmasına dair milli maarifçilərin yüz illərlə arzuladıqları milli ideya gerçəkləşdi. Azərbaycan türkcəsi Dövlət dili statusu qazandı, ana dilimiz əsas təlim-tərbiyə, təhsil dilinə çevrildi.

1919-cu ildə Azərbaycanda dövlət orta təhsil müəssisələrinin sayı 23-ə çatdırılıb, 6 kişi, 4 qadın gimnaziyası, 5 realnı məktəb, 3 müəllimlər seminariyası, 3 "Müqəddəs Nina" qız məktəbi, politexnik məktəb və kommersiya məktəbi fəaliyyət göstərib. Bakı Qadın Seminariyası Kişi Seminariyasına çevrilib, orada təhsil alanlar üçün pansion açılıb.

1918-1919-cu illərdə Gəncə Müəllimlər Seminariyası milliləşdirilib, Bakıda darülmüəllimin və darülmüəllimat, Nuxada darülmüəllimin açılıb, Zaqatala, Ağdam və Şuşada belə müəssisələrin yaradılması qərara alınıb. Milliləşdirilmiş məktəblərdə ümumi türk tarixi, təlim rus dilində olan tədris ocaqlarında həftədə 3-4 saat Azərbaycan dili keçirilirdi. Orta təhsilin milliləşdirilməsi reallaşdırılıb, Abdulla Şaiqin təşəbbüsü ilə bütün dərslər rus dilində keçilən Bakı I realnı məktəbində Azərbaycan dili üzrə üçaylıq kurs açılıb.

Bir tərəfdən, elmi və pedaqoji kadrlar hazırlamaq üçün ali və orta ixtisas məktəbləri açılıb, o biri tərəfdən nəşriyyat-tərcümə komissiyasının köməyi ilə dərsliklər hazırlanıb çap etdirilib. Həmin dövrdə "Türk əlifbası və ilk qiraət", "Türk qiraəti", "Yeni məktəb", "Rəhbəri-sərf", "Tazə elmül-hesab", "Ədəbiyyat dərsləri", "Son türk əlifbası", "Hesab məsələləri məcmuəsi", "Rəhbəri-cəbr", "Milli qiraət", "Müntəxəbat", "Türk ədiblərindən nümunələr" və digər dərsliklər nəşr olunub.

1920-ci ilin martına qədər baş nazir vəzifəsində çalışmış Nəsib bəy Yusifbəyli Aprel çevrilişindən sonra Parlamentin axırıncı iclasından qayıdıb ailəsi ilə son görüşündə: "Fələk məni çox yüksəltdi. Fəqət mən dünyanın ən bədbəxt insanıyam", - söyləyib. Həmin il may ayının əvvəllərində Nəsib bəy Yusifbəyli ölkədəki xaos və özbaşınalıqdan istifadə edən quldurlar tərəfindən qətlə yetirilib.

İnanırıq ki, "Müstəqil Azərbaycan" ideyasının və təhsil sisteminin milliləşdirilməsi konsepsiyasının müəllifi, böyük maarifçi Nəsib bəy Yusifbəylinin ruhu bu gün şaddır. Çünki onun arzuladığı müstəqil Azərbaycan Respublikası hazırda dünyanın iqtisadi-siyasi və mədəni cəhətdən inkişaf etmiş ölkələri sırasında layiqli yer tutur. Uğrunda mübarizə apardığı anadilli təhsil sistemi çoxdan reallığa çevrilib, hazırda Azərbaycan təhsili sürətlə dünya təhsil sisteminə inteqrasiya olunmaqdadır...

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Azərbaycanın təhsil nazirləri" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov