Aprelin
29-da Azərbaycan Dillər Universitetinin rektoru,
millət vəkili, professor Səməd Seyidov
Yunanıstanın İndianapolis Universitetinin
nümayəndələri - rektor Vasils Botopoulos və
prorektor Susie Michailidislə görüşdü. Səməd
Seyidov qonaqları salamlayaraq Yunanıstan və
Azərbaycan əlaqələrinin genişləndiyindən söz
açdı. O, ADU ilə İndianapolis Universiteti
arasında əlaqələrin gələcəkdə hər iki ölkənin
təhsil sahəsindəki əməkdaşlığına xidmət
edəcəyinə inamını ifadə etdi.
Qonaqlar İndianapolis Universitetinin
Yunanıstanın aparıcı təhsil ocaqlarından biri
olduğunu deyərək təmsil etdikləri təhsil
müəssisəsinin beynəlxalq əlaqələrinin geniş
olduğunu söylədilər. Rektor Vasils Botopoulos
bildirdi ki, təmsil etdiyi universitet böyük
tarixə və təcrübəyə malikdir, burada bir çox
sahələri əhatə edən proqramlar üzrə elmi
kadrlar hazırlanır.
Rektor Səməd Seyidov öz növbəsində ADU-nun
tarixindən danışaraq, bu təhsil ocağına məhz
ümummilli lider Heydər Əliyev tərəfindən
universitet statusu verildiyini diqqətə çatdırdı.
Universitetdə tədris olunan dillərin sayının
artdığını bildirdi. O, ADU-da nəinki Qərbi
Avropa, həmçinin Şərq ölkələrinin dillərinin
tədris olunduğunu söylədi. Bununla yanaşı,
filologiya, tərcümə, beynəlxalq münasibətlər
fakültələrinin fəaliyyətinə toxundu.
Qonaqlarla tələbə-müəllim mübadiləsi haqda fikir
mübadiləsi aparıldı. S.Seyidov TEMPUS proqramı
çərçivəsində həyata keçirilən layihəyə əsasən,
ADU-nun layihələrdən biri üzrə koordinator
olduğunu söylədi. Distant təhsil sahəsində də
ADU-nun öndə getdiyi vurğulandı.
Sonra gələcək əməkdaşlıq məsələləri müzakirə
olundu. Bir sıra birgə proqramların hazırlanması
və həyata keçirilmə imkanları haqında fikir
mübadiləsi aparıldı.
Sonda qonaqlar ADU-nun İnformasiya Resurs
Kompleksi ilə yaxından tanış oldular.
Şakir CƏFƏROV |