Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

5 May 2011 - ¹17

 

Ən yaxşı müəllim

 

Fəal təlimi son illər ölkəmizdə böyük vüsətlə həyata keçirilən islahatların ən uğurlu nəticələrindən biri saymaq olar. Sevindirici haldır ki, hazırda ümumtəhsil məktəblərində çalışan müəllimlərin əksəriyyəti öz fəaliyyətində fəal təlimə geniş yer verir, dərslərini müasir dərsə verilən tələblər əsasında qurmaq üçün yaradıcılıq axtarışları aparır, təlimə innovativ yanaşmalardan bəhrələnir, İKT vasitələrinin tətbiqinə çalışır. Bunu möhtərəm Prezidentimizin xüsusi sərəncamı ilə son illər ölkəmizdə keçirilən "Ən yaxşı müəllim" müsabiqələrinin seçim turlarında ayrı-ayrı müəllimlərin öz fəaliyyətləri haqqında etdikləri təqdimatlar da aydın göstərir. Belə müəllimlərdən biri Bakıdakı 238 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Səkinə İsmayılovadır. Cari tədris ilində "Ən yaxşı müəllim" müsabiqəsinə qoşulmuş və əvvəlki turlardan uğurla keçmiş S.İsmayılovanın bu günlərdə müsabiqənin son turunda öz fəaliyyəti haqqında etdiyi təqdimata müsabiqənin münsiflər heyətinin üzvləri, sözün əsl mənasında, heyran qalmışlar.  Oxucularımız üçün də maraqlı olacağını nəzərə alıb həmin təqdimatı aşağıda dərc edirik. 

İsmayılova Səkinə Əli qızı 1966-cı ildə Ermənistan SSR Masis rayonunun Rəncbər kəndində anadan olub. İlk təhsilini Rəncbər kənd orta məktəbində alıb. Orta məktəbi bitirdikdən sonra Naxçıvan Dövlət Pedaqoji Universitetinin ibtidai təhsilin pedaqogikası və metodikası fakültəsinə daxil olaraq burada ibtidai sinif müəllimi ixtisasına  yiyələnib.

Təyinatla Saatlı rayonunun Qıraqlı kənd orta məktəbində müəllim işləyib. 1989-cu ildən Bakıdakı 238 nömrəli tam orta məktəbdə çalışır. 

-  Təqdimatıma Aristotelin belə bir kəlamı ilə başlamaq istəyirəm: "Mükəmməlliyin açarı təhsildir". Hər bir fəlsəfi baxış kurikulumun xüsusiyyətlərini dəyişdirən fərqli dəyərləri əks etdirir. Məlum olduğu kimi, ənənəvi təhsil fəlsəfəsinə görə, təhsilin məqsədi şagirdlərə biliklərin əsaslarını öyrətməkdir. Təlim zamanı fənn üzrə biliklər daha da genişləndirilir. Müəllim böyüklər dünyası ilə uşaqlar aləmi arasında əlaqələndirici rol oynayır. Şagird isə bilik və bacarıqların daşıyıcısıdır və onlardan yeri gələndə istifadə edə bilər.

Bu təhsil fəlsəfəsinin tətbiqi məni təlimdə bəzi müvəffəqiyyətsizliklərə gətirib çıxarırdı. Belə ki, dərslərimin keyfiyyəti nəticələr üzərində yox, yaddaşda qalan biliklə ölçülürdü. Bilikləri şagirdlərə hazır şəkildə verirdim. Geniş və yorucu izahatlar dərsimdə geniş yer tuturdu. Mövzu ətrafında informasiya azlığı  var idi. Şagirdlər biliklərini praktikada tətbiq edə bilmirdilər. Sərbəstlik çox az idi. Şagirdə öz bacarığını göstərməyə az vaxt verirdim. Texniki avadanlıq yox idi. Bəzən qiymətləndirmə nisbi xarakter daşıyırdı.

Müvəffəqiyyətsiz olmaqdan qorxmayın. Unutmayın, edə biləcəyiniz şeyləri etməyə başlarsınızsa, özünüzü belə təəccübləndirəcək nəticələrə çata bilərsiniz. "Məqsədi olmayanın varlığına şübhə edərdim" (Mövlana).

"İnsan bir şeyi ciddi olaraq istəsin; heç bir şey əlçatmayacaq qədər yüksəkdə deyildir" (Anderson).

Bu kəlamlar, habelə "nə etməli", "təhsil fəlsəfəmi necə dəyişməli" sualları üzərində düşüncələr məni fəal təlim sahəsində axtarışlara istiqamətləndirdi. İnteraktiv təlim metodları üzrə təlim (2003), İKT üzrə təlim (2007), Milli Kurikulum-ibtidai siniflərdə kurikulumların tətbiqi (2009), İnternet texnologiyalarından tədris prosesində istifadə qaydaları (2010), "İntel-gələcək üçün təhsil" (2010) kurslarında iştirakım məni uğura aparan yollara çıxardı. Nəhayət, müvəffəqiyyət əldə etməyimin səbəbi olan proqressivizm müasir təhsil fəlsəfəsinə yiyələndim. Bu təhsil fəlsəfəsinə görə, təhsilin məqsədi şagirdin daimi inkişafını təmin etməkdir. Təlimdə şagirdlər problemin həllinə əsaslanan layihələrə cəlb edilir. Müəllim istiqamətləndirici və dəstəkləyicidir. Şagird təcrübə aparandır.

Proqressivizm müasir təhsil fəlsəfəsinə əsaslanan Milli Kurikulum və fənn kurikulumlarının tətbiqi bilik və fəaliyyətdən ibarətdir. Bilik, fəal interaktik təlim isə real həyat bacarıqları verməklə müasir təfəkkürə malik şəxsiyyətlər yetişdirir. Milli Kurikulum və fənn kurikulumlarının tətbiqi mənim uğurlarımın açarı oldu.

Uğurlarımın üç açarını qeyd etməyi lazım bilirəm. Bunlar aşağıdakılardır:

1.Uğura inanmaq. Edə biləcəyinə inan: O zaman ağlınız uğurun yolunu tapacaq.

2. Məqbul bir hədəf təyin etmək. Hədəflər düşüncələrin dəqiqləşməsinə, vaxtdan istifadə edəcəklərindən səmərəli istifadəyə kömək edir.

3.Sistemli çalışmaq. Plan qurmaq. Nəyi və nə vaxt, necə və harada, nə qədər çalışacağını əvvəldən təyin etmək.

Bu gün mən fəal/interaktiv təlimin tətbiqi nəticəsində real həyati bacarıqlar formalaşdırmaq üçün şagirdləri anlayaraq, onların ehtiyac və maraqlarına uyğun təhsil mühiti yaradaraq, fərdi xüsusiyyətlərini nəzərə alaraq hər bir şagirdlə tək-tək maraqlanıram. Sinifdə demokratik bir mühit yaradıram.

Məlumatları özüm verməkdən çox, uşaqları öyrənməyə və araşdırmağa yönəldirəm. Zəif şagirdlərə diqqəti artıraraq ən kiçik bir müvəffəqiyyətlərinə görə onları rəğbətləndirirəm. Şagirdlərin zəif olması səbəblərini araşdırır, valideynlərlə söhbətlər aparıram. Sinif yarışmaları təşkil edirəm. Şagirdlərdə öz-özlərinə nəzarətetmə qabiliyyətlərini inkişaf etdirirəm. Şagirdləri düşündürərək öyrənməyi öyrədirəm. Onları tez-tez muzeylərə, tarixi yerlərə gəzintilərə aparıram.

Dərslərdə oyunlardan istifadə edirəm. Şagirdlərlə layihələr həyata keçirirəm. Bunun da nəticəsində onlarda dinləyib anlama və bunlara münasibət bildirmə, məntiqi düşünmə, riyazi əlaqələri isbat etmə, riyazi mühakimələr etmə, vizual düşünmə, obyektlərin xüsusiyyətlərini şəkil və qrafiklərlə göstərmə, hiss və duyğularının ifadəsində  musiqidən bir vasitə kimi istifadə etmə duyğularını rollu oyunlar, rəqs və idmanla ifadə etmə, digər insanlarla ünsiyyət qurmaq, onları anlamaq və münasibət bildirmək, fərdin özünü duyması və anlaması, özünü ifadə etməsi, şəxsiyyətinə hörmət bəsləməsi, bitkiləri, mineralları, heyvanları, dünyanı, dağları, dənizləri və sairəni tanımaq, təsvir etmək bacarıqları formalaşır.

Azərbaycan Respublikası Prezidentinin 10 iyun 2008-ci il tarixli sərəncamına əsasən, "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" qəbul olundu. Bu proqramın nəticəsi olaraq və elmi-texniki tərəqqinin həyatımızın bütün sahələrini əhatə etdiyi bir dövrdə tədris etdiyim fənlərin keyfiyyətini artırmaq məqsədilə İKT-nin bütün imkanlarından istifadə edirəm. İKT-nin tətbiqi təlim prosesini həm əyaniliyi ilə zənginləşdirir, həm də bilikləri praktik şəkildə tətbiq etməyə sövq edir.

Şagirdlərim interaktiv lövhədə sərbəst çalışır və kompüterin bütün imkanlarından istifadə edirlər. Hazırladığım dərs nümunəsi Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzi tərəfindən bəyənilmiş və yayılması tövsiyə olunmuş, eyni zamanda Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən 19 may 2010-cu ildə Heydər Əliyev adına Əl Oyunları Sarayında keçirilən "Təhsil, zaman və biz" sərgisində nümayiş etdirilmişdir.

"Zamanın tələbi-fənn kurikulumlarının tətbiqi" adlı dərs-konfransda verdiyim dərs yüksək qiymətləndirilmiş və kurikulum.az saytında yerləşdirilməsi tövsiyə olunmuşdur.

Topladığım bilik və təcrübəyə əsaslanaraq "Fəal təlim vasitəsilə şagirdlərdə həyati bacarıqların formalaşdırılması" adlı metodik tövsiyənin müəlliflərindən biriyəm.

Nə öyrədirsiniz, öyrədin, amma onu gözəl öyrədin! Bu gün şagirdlərim nümayiş etdirir, tədqiqat aparır, kompüterdən istifadə edir və sərbəst fikir söyləyirlər.

Şagirdlərin yaradıcılıq qabiliyyətini inkişaf etdirmək üçün müxtəlif üsullardan istifadə etmək vacibdir. Bu baxımdan sinifdənxaric və məktəbdənkənar tədbirlərin rolu əvəzsizdir. Tədris prosesinin sinifdənxaric tədbirlərlə əlaqələndirilməsi hər bir şagirdin fərdi qabiliyyətini, istedadını və yaradıcılığını əhəmiyyətli dərəcədə dəyişir və dünyagörüşünü formalaşdırır. Məsələn, "Vətəni sevməyi biz sizdən öyrəndik, əziz Heydər babamız", "Rənglər dünyasına səyahət edək", "Milli rəqslərimizi sevək", "Milli adət-ənənələrimizi yaşadaq", "Əgər prezident olsam...", "Tarixi şəxsiyyətləri öyrənək", "Xeyriyyəçilərin yolu ilə", "Tariximizin daş yaddaşı" , "Dahi  şairimiz Səməd Vurğunun ev-muzeyi ilə tanışlıq" və Abdulla Şaiqin 130 illik yubileyinin keçirilməsi və s. layihələr belə tədbirlərdəndir.

İş təcrübəmlə bağlı mətbuatda müxtəlif yazılarım dərc olunub. Belə ki, "Təhsil problemləri" qəzetində "Təhsildə inkişaf yolları" və "Tədris prosesində didaktik oyunların tətbiqinin əhəmiyyəti" adlı məqalələrlə, "Məktəbəqədər və ibtidai təhsil" jurnalında dərs nümunəsi ilə çıxış etmişəm. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən fəxri fərmanlarla təltif olunmuşam.

Arzum "Elektron məktəb", "Müəllim mənbələri mərkəzi", "Elektron kitabxana" layihələrində iştirak etməkdir.

Təqdimatımı Arximedin belə bir kəlamı ilə bitirmək istəyirəm "Mənə dayaq nöqtəsi verin, yeri tərpədim".

Ulu öndərimiz Heydər Əliyevin "Müəllimlik dünyada ən çətin, eyni zamanda ən şərəfli və ən gözəl bir peşədir" deməsi, möhtərəm Prezidentimizin məlum fərmanı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Fondun yeni məktəb və bağçalar tikdirməsi, təmir etdirməsi və onların yeni avadanlıqlarla təchizi, bu gün isə cənab nazirin və hörmətli münsiflər heyətinin məni diqqətlə dinləməsi biz müəllimlərin gələcəkdə daha böyük uğurlar əldə etməsi üçün bir stimuldur. 

Hazırladı: Y.ƏLİYEV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Təhsil nazirliyində" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov