Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

5 May 2011 - ¹17

 

Ulu öndərin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər

 

Bakı Biznes Universitetində Tələbə Elmi Cəmiyyətinin ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş konfransı keçirilib. Konfransda Azərbaycan Dövlət Neft Akademiyasından, Bakı Dövlət, Qafqaz və Bakı Slavyan universitetlərindən, Azərbaycan Müəllimlər İnstitutundan müəllim və tələbələr iştirak ediblər.

Konfransı Bakı Biznes  Universitetinin rektoru, professor İbad Abbasov açaraq tələbələrin elmi yaradıcılığına baxış olan konfransın əhəmiyyətini qeyd edib, ulu öndərin ölkəmizdə hakimiyyətdə olduğu bütün dövrlərdə tələbə-gənclərin təhsilinə, gənc elmi kadrların yetişməsinə böyük diqqət yetirdiyini vurğulayıb, konfransın işinə uğurlar arzulayıb.

Konfransın plenar iclasında BBU-nun tələbəsi Tacir Məmmədov, "Marketinqin inkişaf perspektivləri", aspirant Rauf Abbasov "Azərbaycan Respublikası qiymətli kağızlar bazarının idarəedilmə mexanizmi" mövzularında məruzə ediblər.

Sonra konfrans öz işini bölmələrdə  davam etdirib. "İqtisadiyyat", "İnformasiya sistemləri, riyaziyyat, mühasibat uçotu, audit, maliyyə və kredit", "Humanitar fənlər", "Dillər" bölmələri üzrə 8 seksiyada160-dək məruzə dinlənilib. Konfransda Bakı Biznes Universitetinin gənc tədqiqatçıları ilə bərabər digər ali təhsil ocaqlarından gələn xeyli aspirant və tələbə də maraqlı məruzələrlə çıxış edib. Sonda fərqlənənlərə diplomlar təqdim  olunub.

***

Bakıdakı 152 nömrəli tam orta məktəbdə ümummilli lider Heydər  Əliyevin  anadan olmasının 88-ci ildönümü münasibəti ilə tədbir keçirildi.

Əvvəlcə tədbir iştirakçıları məktəbin foyesində ulu öndərin həyat və fəaliyyətinin bəzi məqamlarını əks etdirən fotolardan ibarət sərgi ilə tanış oldular.

Şagirdlərin ifasında Dövlət himninin səslənməsi ilə başlanan tədbiri giriş sözü ilə açan direktor Gülarə Verdiyeva Vətəninə, millətinə, dövlətinə tükənməz sevgisi olan dahi şəxsiyyət Heydər Əliyevin həyat yolundan və ölkənin inkişafı üçün gördüyü işlərdən danışdı.

Tədbirin aparıcıları ulu öndər Heydər Əliyevin müdrik kəlamlarından söz açdılar. Şagirdlər ümummilli lider Heydər Əliyevə həsr olunmuş şeirlər söylədilər, mahnılar ifa etdilər.

Tədbirin sonunda ümummilli liderə həsr olunmuş film nümayiş olundu.

***

Bakıdakı 114 nömrəli tam orta məktəbdə də müstəqil Azərbaycanın memarı, ulu öndər Heydər Əliyevin  anadan olmasının  88-ci ildönümü təntənə ilə qeyd edildi.

Akt zalında təşkil olunmuş tədbirdə ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirin aparıcıları olan şagirdlər dahi şəxsiyyət Heydər Əliyev haqqında ətraflı məlumat verərək bildirdilər ki, ulu öndər  zəmanəmizin ən nəhəng, güclü siyasətçilərindən biridir. Qeyd olundu ki, Heydər Əliyev dərin ağılı, iti zəkası, güclü məntiqi ilə hamını heyrətə gətirən, xalqını və Vətənini sonsuz məhəbbətlə sevən şəxsiyyət idi.

Şagirdlərin ulu öndər haqqında söylədikləri  şeirlər tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı. Məktəbin direktoru Ceyran Novruzova da xalqın sevimlisi, dünya şöhrətli siyasətçi Heydər Əliyevin xidmətlərindən söz açdı.

Səhnəyə çıxan şagirdlər Heydər Əliyevin xatirəsi önündə baş əydiklərini, böyük öndərin arzularının, ideyalarının həyata keçirilməsi üçün üzərlərinə böyük məsuliyyətin düşdüyünü bildirdilər. Həmişə müqəddəs Vətən uğrunda mübarizədə ön cərgədə olacaqlarına söz verdilər.

***

Bakıdakı  fizika-riyaziyyat və informatika təmayüllü liseydə "Heydər Əliyevin həyatı gənclərə örnəkdir" mövzusunda  mərasim keçirildi. Direktor müavini  Valeh Bəyalıyev  mərasimi giriş sözü ilə açaraq  qeyd etdi ki, dünya şöhrətli siyasətçi, görkəmli dövlət xadimi, tariximizə qurucu xilaskar kimi daxil olmuş ulu öndər Heydər Əliyev xalqımızın taleyində,  ictimai-siyasi, mənəvi həyatında misilsiz  rolu olan  dahi bir şəxsiyyətdir. Heydər Əliyev şəxsiyyətinin müdrikliyi, böyüklüyü ondadır ki, onun ideyaları, əməli fəaliyyəti  təkcə bu günümüzə deyil, həm də uzaq gələcəyə  yönəlirdi.  Çıxışlarda vurğulandı ki, milli tərəqqidə təhsilin əvəzsiz  rolu  olduğunu   deyən  ulu öndər Heydər Əliyevin  zəngin yaradıcılıq irsi, şəxsi nümunəsi və dövlətçilik  fəaliyyəti  gənc  nəslin milli və ümumbəşəri dəyərlər zəminində tərbiyə olunması və təhsil alması işinin səmərəli təşkili üçün ən qiymətli mənbədir.

Çıxışlardan sonra "Heydər Əliyev və müstəqil Azərbaycan", "Zəmanəmizin ən böyük azərbaycanlısı" mövzularında  guşələrə baxış keçirildi.

***

Bakıdakı X.Quliyev adına 62 nömrəli məktəb-liseydə təşkil olunan tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin  başçısı Tahir Budaqov, millət vəkilləri Sevinc Hüseynova, Flora Qasımova, Yeni Azərbaycan Partiyasının Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva, Qafqaz Universitetinin rektoru, professor  Ahmet Saniç, Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Məmməd Bayramov, məktəb direktorları, valideynlər və digər qonaqlar iştirak edirdilər.

Şagirdlərin hazırladıqları  ədəbi-bədii tədbiri  açıq elan edən tədris ocağının rəhbəri Mətanət Cabbarlı  ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının inkişafında, dünya ölkələri arasında tanınmasında misilsiz xidmətlərindən söz açdı. Bildirdi ki,  Heydər Əliyevin rəhbər və lider kimi tarixi fəaliyyəti nəsillər üçün böyük bir məktəbdir. Ulu öndər Azərbaycan xalqının və dövlətinin canlı tarixidir. O,  XX əsrdə Azərbaycan xalqının bəşəriyyətə bəxş etdiyi nadir şəxsiyyətlərindən biri, dünya şöhrətli siyasətçi, qüdrətli və xalqını sevən dövlət başçısı idi.

Tədbirin aparıcıları  dahi şəxsiyyətin fəaliyyəti barədə iştirakçılara geniş məlumat verdilər.  Şagirdlər ümummilli lider Heydər  Əliyevə həsr olunan şeirlərdən parçalar söylədilər, mahnılar ifa etdilər.

Tədbirin sonunda  iştirakçılar Heydər Əliyevə  həsr olunan "açıq dərs"lərdə iştirak etdilər, "dəyirmi masa"da  dərslərin müzakirəsini apardılar.  

"Azərbaycan müəllimi"

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov