Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

5 May 2011 - ¹17

 

Yaradıcılıq müsabiqəsinin yekunlarına həsr olunmuş konfrans

 

Mayın 4-də Akademik Milli Dram Teatrında ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş "İstedada diqqət və qayğı gələcəyə yönəlik sərmayədir" adlı konfrans keçirildi.

Tədbir Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkil etdiyi eyniadlı yaradıcılıq müsabiqəsinin yekunlarına həsr olunmuşdu.

Konfransda təhsil naziri Misir Mərdanov, millət vəkilləri, Bakı Şəhər İcra Hakimiyyətinin və ictimai qurumların nümayəndələri, ümumtəhsil müəssisələrinin rəhbərləri və KİV təmsilçiləri iştirak edirdilər.

Qeyd edək ki, məktəblilər arasında təşkil olunan ədəbi-bədii və kompüter layihələri üzrə" İstedada diqqət və qayğı gələcəyə yönəlik sərmayədir"  müsabiqəsinin əsas məqsədi istedadlı şagirdlərin yaradıcılıq qabiliyyətlərinin inkişafı üçün hərtərəfli əlverişli şərait yaratmaqdır. Cari ilin fevral-may aylarında məktəb, rayon və şəhər olmaqla 3 mərhələdə keçirilmiş yaradıcılıq müsabiqəsinə Bakı şəhərinin ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdləri qatılmışlar. Əsasnaməyə görə, məktəblilər müsabiqədə ədəbi-bədii layihələr üzrə inşa yazı, şeir, bədii qiraət və rəsm nümunələri, kompüter layihəsi üzrə isə təqdimatlar, veb-saytlar, kompüter proqramları və öyrədici işlərlə iştirak etmişlər.

Konfransı açaraq iştirakçıları salamlayan Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva giriş sözü söylədi.

Yaradıcılıq müsabiqəsində minlərlə paytaxt məktəblisinin iştirak etdiyini əlamətdar hal kimi dəyərləndirən Nailə Rzaquliyeva qeyd etdi ki, balaca istedadlar öz bacarıqlarını nümayiş etdirməklə yanaşı, həm də ulu öndər Heydər Əliyev haqqında dəyərli fikirlər söyləmək imkanı qazandılar. Bu müsabiqə göstərdi ki, xalqımızın potensial imkanları tükənməzdir, bəşəriyyətə çox böyük dahilər verən Azərbaycan xalqı istedadlı gənc nəslə malikdir.

Ümummilli lider Heydər Əliyevin istedadlı uşaqları milli sərvət adlandırdığını, onların qayğısına qalmağı tövsiyə etdiyini xatırladan idarə müdiri bu müsabiqənin həmin tövsiyəyə əməl olunması istiqamətində atılan addımlardan biri olduğunu vurğuladı.

N.Rzaquliyeva qeyd etdi ki, təkcə istedadın olması yetərli deyil. Əsas məsələ bu istedadı üzə çıxarmağı və inkişaf etdirməyi bacarmaqdır.

İstedadlı uşaqların qabiliyyətlərinin inkişaf etdirilməsi evdə valideynlərin, məktəbdə müəllimlərin, bütövlükdə isə cəmiyyətin işidir. Müsabiqənin həyəcan dolu anları artıq arxada qalıb. Bu gün qaliblər mükafatlandırılacaqlar. Yəqin ki, bu mükafatın maddi tərəfi deyil, mənəvi dəyəri onlar üçün daha önəmli olacaqdır.

BŞTİ-nin müdiri N.Rzaquliyeva çıxışının sonunda Bakı təhsilinə qayğı və diqqətini əsirgəməyən təhsil naziri Misir Mərdanova, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Səttar Mehbalıyevə, bir neçə ay davam edən müsabiqəyə təqdim edilmiş hər bir işə obyektiv qiymət verən münsiflər heyətinə və bu tədbirin keçirilməsində əməyi olan hər kəsə təşəkkürünü bildirdi.

Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov konfransdakı çıxışında hazırda ölkədə təhsilə xüsusi diqqət və qayğı göstərilməsindən bəhs etdi: "Ölkənin bütün ali məktəblərində maddi-texniki baza möhkəmlənib, təmir, yenidənqurma işləri aparılıb, lazımi avadanlıqlar əldə edilib. Orta məktəblərdə də analoji proseslər gedir. Son illər ərzində  Azərbaycada iki mindən artıq məktəb tikilib və əsaslı təmir olunub, avadanlıqla, kompüterlərlə təchiz edilib".

Respublikamızda istedadlı gənclərin üzə çıxarılması üçün dövlət səviyyəsində məqsədyönlü iş aparıldığını deyən təhsil naziri bununla bağlı müəllimlərin üzərinə daha çox vəzifə düşdüyünü, onların bu işə çox məsuliyyətlə yanaşmalarının zəruri olduğunu vurğuladı.

Konfransda çıxış edən millət vəkilləri Məlahət Həsənova və Səttar Mehbalıyev müsabiqə qaliblərinə gələcəkdə daha böyük uğurlar qazanmağı arzuladılar.

Məktəblilər tədbir boyu maraqlı ədəbi-bədii proqramla çıxış etdilər. Çıxışlar arasında qaliblərin mükafatlandırılması mərasimi keçirildi.

Konfransı yekunlaşdıran təhsil naziri Misir Mərdanov ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə belə maraqlı tədbir hazırladığına görə BŞTİ-nin rəhbərliyinə təşəkkürünü bildirdi. 

Hicran ƏKBƏROVA

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov