Azərbaycan Respublikası Təhsil Nazirliyinin 10
fevral 2011-ci il tarixli, 247 nömrəli əmrilə
təsdiq edilmiş "Azərbaycan Respublikasının
dövlət müstəqilliyinin bərpasının iyirminci
ildönümünün təhsil müəssisələrində qeyd
edilməsinə dair Təhsil Nazirliyinin Tədbirlər
planı"nın 1.3-cü bəndinin icrasını təmin etmək
məqsədi ilə
ƏMR EDİRƏM:
1. "Heydər Əliyev və müstəqil Azərbaycan
dövlətinin inkişafı" mövzusunda respublika
elmi-praktik konfransı 2011-ci ilin 24 may
tarixində Azərbaycan Rəssamlıq Akademiyasında
keçirilsin.
2. Konfransın yüksək səviyyədə təşkil edilməsi
və keçirilməsi üçün müvafiq tədbirlərin həyata
keçirilməsi Azərbaycan Rəssamlıq Akademiyasının
rektoruna (Ö.Eldarova) tapşırılsın.
3. Əmrdən irəli gələn məsələlərin həlli Təhsil
Nazirliyinin Elm şöbəsinə (G.Hüseynova)
tapşırılsın.
4. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə)
əmrin "Azərbaycan müəllimi" qəzetində dərc
olunmasını və nazirliyin internet saytında
yerləşdirilməsini təmin etsin.
5. Əmrin çoxaldılıb yerlərə çatdırılması Ümumi
şöbəyə tapşırılsın.
6. Əmrin icrasına nəzarət nazir müavini
İ.Hüseynovaya həvalə edilsin.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
3 may 2011-ci il |