Bu günlərdə Ağsu Rayon Mədəniyyət Sarayında Ağsu
Rayon İcra Hakimiyyəti və rayon təhsil şöbəsinin
birgə təşəbbüsü ilə ümumrayon valideynlər
yığıncağı keçirilmişdir.
Yığıncağa məktəb rəhbərləri, yerli
bələdiyyələrin sədrləri, məktəblərin valideyn
təşkilatlarının, ərazi icra, rayondakı ictimai
təşkilatların və kütləvi informasiya
vasitələrinin nümayəndələri dəvət olunmuşdular.
Yığıncaqda rayonun təhsil sahəsində əldə edilən
göstəricilər təhlil olunmuş, müsbət istiqamətdə
görülən işlər, yol verilən nöqsanlar barədə
geniş danışılmış, valideyn-məktəb
münasibətlərinin daha da yaxşılaşdırılması
yolları müəyyənləşdirilmişdir. Bir daha
vurğulanmışdır ki, IX və XI sinif şagirdlərinin
mərkəzləşdirilmiş qaydada buraxılış test
imtahanlarına yaxşı hazırlaşmaları üçün məktəb
kollektivləri və valideynlər birgə səy
göstərməlidirlər. Yığıncaqda Ağsu Rayon İcra
Hakimiyyəti başçısının müavini İ.Mikayılov çıxış
edərək qarşıda duran vəzifələrdən söz açmışdır. |