|
|
|
"NDU
Tədris-İnternet Mərkəzi" istifadəyə verildi |
|
|
|
Bu günlərdə Naxçıvan Dövlət Universitetində yeni
"NDU Tədris-İnternet Mərkəzi" istifadəyə verildi.
Mərkəzin işi ilə yaxından tanış olan ali
məktəbin rektoru, akademik İsa Həbibbəyli
gələcək planlarla bağlı tapşırıq və
tövsiyələrini verdi. Rektor qeyd etdi ki, son
illər informasiya texnologiyalarının inkişafı
insanlar arasında informasiya mübadiləsinin
inkişafına, kompüterlərin və İnternet sisteminin
geniş tətbiqinə gətirib çıxarıb və artıq bu gün
İKT-siz həyatı təsəvvür etmək mümkün deyil.
Universitetin İnformasiya-kommunikasiya
texnologiyaları şöbəsinin müdiri Xaliq Babayev
buradakı avadanlıqlar və iş prinsipi haqqında
ətraflı məlumat verdi. Qeyd olundu ki, mərkəz 6
ədəd LG markalı stolüstü kompüterlə və 7 ədəd
NEXUS markalı noutbukla təchiz olunaraq ali
məktəb daxilində professor-müəllim və tələbə
heyətinə keyfiyyətli, yüksək sürətli İnternet
xidməti göstərəcək, habelə asudə vaxtın səmərəli
təşkili və İKT sahəsindəki biliklərin
artırılması məqsədilə ofis proqramlarının
tədrisi kurslarını da təşkil edəcək. Mərkəzdə
bütün kompüterlər vahid idarəolunma sisteminə
qoşulub. Mərkəz elektron lövhə ilə də təchiz
olunub.
Nərmin CƏFƏROVA |
|
|
|
|
|
|
|
|
BİZ
TORPAQLARIMIZA QAYIDACAĞIQ! |
XANKƏNDİ |
26.12.1991 |
XOCALI |
26.02.1992 |
ŞUŞA |
08.05.1992 |
LAÇIN |
18.05.1992 |
XOCAVƏND |
02.10.1992 |
KƏLBƏCƏR |
04.04.1993 |
AĞDƏRƏ |
07.07.1993 |
AĞDAM |
23.07.1993 |
CƏBRAYIL |
23.08.1993 |
FİZULİ |
23.08.1993 |
QUBADLI |
31.08.1993 |
ZƏNGİLAN |
29.10.1993 |
|
|
|
|
|
|
|