Aprelin 22-də Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetində Azərbaycan
Respublikasının dövlət müstəqilliyinin
bərpasının 20-ci ildönümü münasibətilə
keçirilən "Mədəniyyət: problemlər və
perspektivlər" adlı doktorant və gənc
tədqiqatçıların V respublika elmi konfransının
açılış mərasimi keçirildi.
Konfransı giriş sözü ilə ADMİU-nun rektoru,
əməkdar incəsənət xadimi, professor Timuçin
Əfəndiyev açıq elan etdi. Respublikanın görkəmli
elm və incəsənət xadimləri, universitetin elm və
yaradıcılıq işləri üzrə prorektoru, professor
Maral Manafova, tədris və tərbiyə işləri üzrə
prorektor, professor Rafiq Sadıqov, filologiya
üzrə elmlər doktorları, professorlar Aqşin
Babayev, Qaley Allahverdiyev, universitetin
Tələbə Elmi Cəmiyyətinin sədri, kulturologiya
üzrə fəlsəfə doktoru Yeganə Əliyeva təbrik
çıxışları ilə konfransın işinə uğurlar
arzuladılar.
Konfransın plenar iclasında "Heydər Əliyev
müstəqil Azərbaycanın qurucusu" adlı məruzə ilə
millət vəkili, politoloq Mübariz Qurbanlı çıxış
etdi. Daha sonra Azərbaycan Respublikasının
dövlət müstəqilliyinin bərpasının 20-ci
ildönümünə həsr olunmuş "İlham Əliyev Heydər
Əliyev kursunun layiqli davamçısıdır", "Heydər
Əliyev Fondu və muzeylərin yeniləşmə dövrü",
"Müstəqillik dövründə Azərbaycan kinosu"
mövzusunda doktorant və magistr tələbələrin
məruzələri maraqla dinlənildi.
Konfrans zamanı Azərbaycan Respublikasının
dövlət müstəqilliyinin bərpasının 20-ci
ildönümünə həsr olunmuş sənədli filmə və kitab
sərgisinə baxış oldu.
Plenar iclas bədii hissə ilə yekunlaşdırıldı.
Bədii hissədə universitetin musiqi sənəti
fakültəsinin professor-müəllim heyəti rəngarəng
musiqi əsərləri ilə çıxış etdilər.
Şakir CƏFƏROV |