Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

29 Aprel 2011 - ¹16 

 

Elmi-texniki yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırıldı

 

Aprelin 23-də Bakıdakı "Ləndmark" otelinin "Rotunda" zalında uşaq və yeniyetmələrin respublika elmi-texniki yaradıcılıq müsabiqəsinin yekun sərgisi və qaliblərin mükafatlandırılması mərasimi keçirildi. 

Tədbirdə təhsil nazirinin müavini Elmar Qasımov, maliyyə nazirinin müavini Azər Bayramov, Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Xalidə Bayramova, Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti Respublika Şurasının sədri, general-mayor Novruzəli Orucov, Azərbaycan Texniki Universitetinin rektoru Havar Məmmədov və KİV nümayəndələri iştirak edirdilər.

Mərasimi təhsil nazirinin müavini Elmar Qasımov açaraq  qonaqları və müsabiqə iştirakçılarını salamladı. Nazir müavini bildirdi ki, texniki yaradıcılığın 5 növü - aviamodel, kosmik raket modeli, avtomodel, gəmi modeli, radiotexnika  uzrə 15 nominasiyada  keçirilən müsabiqədə 8 yaşdan 18 yaşadək uşaq və yeniyetmələr iştirak edib.

Qeyd olundu ki, 3 mərhələdə təşkil olunan müsabiqənin I mərhələsi fevralda rayon və şəhərlər üzrə , II mərhələsi  fevral-mart aylarında 9 zonada keçirilib. I,II,III yeri tutan qaliblər zona mərhələsində iştirak etmək hüququ qazanıblar. Müsabiqənin zona mərhələsində respublikanın 65 rayonundan 300-ə yaxın məktəbli iştirak edib. Respublika mərhələsində ölkənin 45 rayon və şəhərindən 185 məktəbli iştirak edib ki, onlardan  da münsiflər heyətinin qərarına  əsasən 45-i qalib hesab olunub.

Nazir müavini Elmar Qasımov ölkəmizdə təhsilin bütün sahələrinin, o cümlədən məktəbdənkənar təhsil müəssisələrinin inkişafına dövlət tərəfindən göstərilən qayğıdan söz açaraq bu istiqamətdə görülən işləri, həyata keçirilən tədbirləri diqqətə çatdırdı. Müsabiqənin keçirilməsində əsas məqsədin uşaq və yeniyetmələrin elmi-texniki potensialının üzə çıxarılması, onların yaradıcılığının inkişaf etdirilməsi üçün stimulların yaradılması və məktəblilər arasında  təcrübə mübadiləsinin aparılması olduğunu söyləyən Elmar Qasımov belə tədbirlərin eyni zamanda ölkəmizdə neçə-neçə istedadlı və bacarıqlı uşağın aşkarlanmasına imkan və şərait yaratdığını bildirdi.

Çıxışının sonunda nazir müavini Elmar Qasımov müsabiqənin keçirilməsində əməyi olanlara təşəkkürünü bildirərək təhsil naziri Misir Mərdanovun  və öz adından qalibləri təbrik etdi, onlara müvəffəqiyyətlər arzuladı. 

Daha sonra Azərbaycan Texniki Universitetinin rektoru Havar Məmmədov, Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti Respublika Şurasının  sədri, general-mayor Novruzəli Orucov ölkəmizdə təhsilin uğurla inkişaf etdiyini, onun yeniləşdiyini qeyd edərək, keçirilən müsabiqənin əhəmiyyətindən söz açdılar.

Sonra qaliblərə Təhsil Nazirliyinin diplomları və hədiyyələr təqdim olundu.

Mükafatlandırma mərasimindən sonra qonaqlar sərgidə nümayiş etdirilən məktəblilərin əl işlərindən ibarət eksponatlarla tanış oldular. 

Samirə KƏRİMOVA

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov