| 
								Naxçıvan Dövlət Universitetinin Elmi 
								kitabxanasında Ümumdünya Kitab və Müəllif 
								Nüquqları Gününə həsr olunmuş tədbir keçirildi.
								 
								Tədbiri giriş sözü ilə rektor, akademik İsa 
								Həbibbəyli açaraq müasir dövrdə informasiya 
								vasitələrinin günbəgün çoxalmasına baxmayaraq, 
								kitabın, mütaliənin gənclərin hərtərəfli 
								intellektual potensiala, yüksək mənəviyyata 
								malik, vətənpərvər ruhda, kamil şəxsiyyət kimi 
								formalaşmasında  əvəzsiz rol oynamasından 
								danışdı. Rektor yeni nəşrlərin təbliği, 
								müəlliflərlə görüşlərin təşkili, artmaqda olan 
								oxucu tələbatının ödənilməsi istiqamətində 
								universitetin elmi kitabxanasının fəaliyyətini 
								yüksək qiymətləndirdi. 
								Kitabxananın direktoru, filologiya elmləri üzrə 
								fəlsəfə doktoru Aypara Behbudova məruzəsində 
								bildirdi ki, Ümumdünya Kitab və Müəllif 
								Nüquqları Günü BMT-nin elm, təhsil və mədəniyyət 
								məsələləri üzrə ixtisaslaşmış təşkilatı olan 
								YUNESKO-nun 1995-ci il tarixli qərarına əsasən 
								maarifçilik və mədəni əlaqələrin dərk 
								olunmasının inkişafı məqsədilə, kitabın ən geniş 
								bilik mənbəyi, bütün biliklərin ən etibarlı 
								saxlanma üsulu olması nəzərə alınaraq təsis 
								edilmişdir. Azərbaycanda da müəllif hüquqlarına, 
								əqli mülkiyyət sahəsinin inkişafına, bu sahədə 
								qanunvericiliyin təkmilləşdirilməsinə dövlət 
								tərəfindən xüsusi diqqət yetirilir. Ümummilli 
								liderimiz Neydər Əliyevin təşəbbüsü və dəstəyi 
								ilə 1993-cü ildə Azərbaycanda Milli Müəllif 
								Nüquqları İnstitutu yaradılmış,  1996-cı ildə 
								isə "Müəlliflik hüququ və əlaqəli hüquqlar 
								haqqında" Qanun qəbul edilmişdir. Azərbaycan 
								Resrublikası 1997-ci ildə YUNESKO-nun Müəllif  
								Nüquqları Ümumdünya Konvensiyasına qoşularaq, 
								geniş beynəlxalq əməkdaşlığa cəlb olunmuşdur. 
								Möhtərəm Prezident İlham Əliyev tərəfindən də bu 
								sahə ilə bağlı qanunvericilik aktları qəbul 
								edilmişdir. 
								Digər çıxışçılar - universitetin "Qeyrət" 
								nəşriyyatının direktoru, tarix elmləri üzrə 
								fəlsəfə doktoru, şair-publisist Vaqif Məmmədov, 
								Kitabxanaçılıq kafedrasının müdiri, pedaqogika 
								üzrə fəlsəfə doktoru, dosent Nəzakət İsmayılova, 
								Sosial idarəetmə və turizm kafedrasının müəllimi 
								Cahan Bayramova, kitabxanaçılıq ixtisası üzrə I 
								kurs tələbəsi Fəridə Əliyeva Azərbaycanda, o 
								cümlədən muxtar respublikada 
								nəşriyyat-poliqrafiya, kitabxana işinin müasir 
								inkişaf səviyyəsindən, müəlliflik hüququnun 
								pozulmasına qarşı nəzərdə tutulan qanunvericilik 
								aktlarından bəhs etmişlər. 
								Tədbir iştirakçıları universitet əməkdaşlarının 
								yeni əsərlərindən ibarət sərgi ilə də tanış 
								olmuşlar.    
								
								
								Mehriban SULTAN |  |