Bakı
Dövlət Universitetinin jurnalistika fakültəsinin
dekan müavini, dosent Sevinc Əliyeva 21-22 aprel
tarixlərində Sankt-Peterburq Dövlət
Universitetinin jurnalistika fakültəsinin təşkil
etdiyi "Müasir dövrdə kütləvi informasiya
vasitələri" adlı 50-ci beynəlxalq konfransda
iştirak edib.
Fakültənin dekanı, professor Anatoli Puyonun
açdığı konfransın plenar iclasında Rusiya
Jurnalistlər Birliyinin sədri V.Boqdanov,
Dortmund (Almaniya) Texniki Universitetinin
Jurnalistika İnstitutunun professoru X.Pettker,
Rusiyanın ilk prezidenti B.N.Yeltsin adına Ural
Federal Universitetinin professoru B.N.Lozovski
və Sankt-Peterburq Dövlət Universitetinin
professoru L.Qromova çıxış ediblər.
Konfrans işini ayrı-ayrı bölmələrdə davam
etdirib. Sankt-Peterburq Dövlət Universitetinin
professoru Q.Melnik və Madrid Universitetinin
əməkdar professoru L.Q.Kaydanın sədrlik
etdikləri "Rusiyanın sosial-mədəni sahəsində
media mətn" adlı bölmədə Bakı Dövlət
Universitetinin jurnalistika fakültəsinin elmi
işlər üzrə dekan müavini, dosent Sevinc Əliyeva
"Azərbaycan rusdilli mətbuatında Azərbaycan söz
və ifadələrinin işlənməsi" mövzusunda məruzə ilə
çıxış edib.
Konfransda, eyni zamanda BDU-nun jurnalistika
fakültəsinin dosentləri Sabir Məmmədli və Lalə
Hacıyevanın, doktorantlardan Arzu Əhmədova,
Vəsilə Zeynalova və Ülvinə Fərzəliyevanın
məqalələri müzakirə edilərək çapa məsləhət
görülüb.
Mətbuat və informasiya şöbəsi |