Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

29 Aprel 2011 - ¹16 

 

Ən yaxşı məktəb

 

49 nömrəli  "İntellekt" məktəb-liseyi

 
  Ünvanı: Bakı şəhəri, Səbail rayonu, A.Nəsirov küçəsi, 5    
Yaranma tarixi: 1929-cu il
Müəllimlərin sayı: 145 nəfər
Şagirdlərin sayı: 1450 nəfər
Direktoru:  Təhminə Əsədova, əməkdar müəllim
E-mail ünvanı: mekteb49@mail.ru
 

Haqqında 

49 nömrəli "İntellekt" məktəb-liseyi respublikamızda öz ənənələri və uğurları ilə tanınan qabaqcıl təhsil ocaqlarından biridir. Əvvəllər "Şkola-dvores" adlanan məktəb-lisey 1929-cu ildən fəaliyyət göstərir. Tədris ocağının binasında II Dünya müharibəsi illərində 369-cu atıcı diviziya yerləşdirilmiş, sonra isə məktəb hərbi hospital olmuşdur.

Müasir dövrdə cəmiyyətdə intensiv olaraq dəyişən sosial-iqtisadi münasibətlər təhsil sisteminin bu proseslərə çevik, dinamik adaptasiya olunmasını tələb etdiyindən təhsilin keyfiyyəti və onun səmərəli idarə olunması problemi ön plana çəkilir.Yeni istehsal və mülkiyyət münasibətlərinin formalaşdığı, beynəlxalq əlaqənin genişləndiyi, təhsilin qabaqcıl dünya təcrübəsinə inteqrasiya olunduğu bir dövrdə məktəbdə köklü dəyişikliklər aparıldı.  "Təhsil haqqında" Qanunun tələblərinə uyğun fəaliyyətini tənzimləyən məktəb-lisey müstəqil dövlət quruculuğunun başlıca amillərindən biri kimi təhsilin keyfiyyətinin yüksəldilməsini özünün ən vacib vəzifələrindən biri hesab edir. Təhsil sahəsində dünya standartlarına uyğun əsaslı islahatlar aparılması təhsilimizin milli və ümumbəşəri dəyərlər,demokratik və dünyəvi prinsiplər əsasında, müstəqilliyin bəxş etdiyi imkanlar zəminində xalqımızın, millətimizin tarixinə, mənəviyyatına, milli ənənələrinə uyğun formalaşmasını qarşıya məqsəd qoyur. Məktəbin pedaqoji kollektivi hərtərəfli biliyə malik, mütərəqqi dünyagörüşə sahib olan, vətənini göz bəbəyi kimi qorumağa hazır olan gənclərin yetişməsi işini özünün əsas vəzifəsi hesab edir.

Məktəbin yerləşdiyi ərazidə heç bir liseyin, gimnaziya tipli təhsil müəssisəsinin olmadığı və valideynlərin müraciəti nəzərə alınaraq 2006-2007-ci tədris ilində Təhsil Nazirliyinin 20.04.2006-cı il tarixli 266 nömrəli əmrinə əsasən məktəbdə lisey siniflər açıldı. Lisey siniflərə kadr və şagirdlərin seçilib yerləşdirilməsi təhsilin keyfiyyətinə müsbət təsir göstərdi. Bu da məktəbə şagird axınını sürətləndirdi. Məktəb-liseyin əsas vəzifəsi istedadlı şagirdləri aşkara çıxarıb, onların təbii imkanlarını inkişaf etdirmək və bir şəxsiyyət kimi formalaşmasını təmin etməkdən ibarətdir.

"2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı"na  müvafiq olaraq məktəb-liseyin maddi-texniki bazası ildən-ilə möhkəmlənir. İndi məktəb-lisey 40 kompüter, 1 ədəd noutbuk, 3 ədəd printer, 1 ədəd proyektorla təmin olunmuşdur. 3 kompüter otağı var. 2005-ci ildən məktəb İnternet şəbəkəsinə qoşulmuşdur.

 Pedaqoji şəraiti qiymətləndirmək, təlim-tərbiyənin təşkili, mövcud problemlərin araşdırılaraq həllinə nail olmaq əsas məsələ kimi qarşıda durur.

Məktəbdə icbari təhsilin həyata keçirilməsi istiqamətində tədbirlər planı işlənmiş, nəticədə təhsildən yayınma hallarının qarşısının alınmasında uğurlu nəticə əldə edilmişdir. 

Tədrisin təşkili 

Məktəb-liseydə 1450 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 145 müəllim məşğul olur. Məktəb-liseydə təhsil dünyəvi xarakter daşıyır, milli zəminə, Azərbaycanın azadlıq və demokratiya ənənələrinə, ümumbəşəri dəyərlərə əsaslanmaqla şəxsiyyətin hərtərəfli formalaşmasına xidmət edir, onun təlim-tərbiyə prosesinin bərabərhüquqlu subyektinə çevrilməsini başlıca vəzifə hesab edir.

Təlimin Azərbaycan və rus dillərində aparıldığı məktəb-liseydə müasir təlim texnologiyalarından və innovativ təhsil proqramlarından müvəffəqiyyətlə istifadə edilir. Müəllimlərdən 119 nəfəri (82%-i) tədris prosesində İKT-dən geniş istifadə edir. Müəllimlər peşəkarlıq səviyyəsini artırmaq üçün fəal təlim və ixtisasartırma kurslarından, fənn kurikulumları üzrə öyrədici seminarlardan keçmişlər. Fənn kurikulumları tətbiq edilən I-II-III siniflərdə müəllimlər müasir dərsin strukturu, mərhələləri, eləcə də təlim strategiyaları, yeni qiymətləndirmə mexanizmini müvəffəqiyyətlə tətbiq edirlər.

Məktəb-liseydə şagirdlərin biliyini möhkəmləndirmək məqsədi ilə müxtəlif yarışlar, tədbirlər keçirilir. Proqram materiallarının mənimsədiklərini yoxlamaq məqsədi ilə hər yarımildə test yoxlamaları təşkil olunur.

Məktəb-lisey metodiki işlərin təşkili sisteminə xüsusi tələbkarlıqla yanaşır, fənn müəllimlərini metodbirləşmələrə cəlb edir. Qabaqcıl təcrübələrin öyrənilməsi və yayılması, istedadlı şagirdlərin aşkara çıxarılması və onlara qayğı göstərilməsi ön plana çəkilir. Qabaqcıl pedaqoji təcrübə müəllim fəaliyyətini və şagirdlərin təlim işinin səmərələşdirilməsini əhatə edir. Müəllimlərin yaradıcılıq axtarışlarını öyrənmək və qabaqcıl təcrübələri yaymaq məqsədi ilə il boyu "açıq dərs"lər keçilir. Məktəbin kimya müəllimi Sevda Axundovanın qabaqcıl təcrübəsinin öyrənilib yayılması məqsədəuyğun hesab edilib. Qarşılıqlı dərsdinləmə yüksək səviyyədə aparılır.

Məktəb-liseyin uğurları 

Məktəb-liseyin əsas uğurlarından biri 2009-2010-cu tədris ilində "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi olmasıdır. Məktəb-liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Elçin Manafov 2009-cu ildə "Ən yaxşı müəllim" müsaqibəsinin qalibi olmuş, eyni zamanda "Kurikulum layihəsi üzrə milli məsləhətçi", V, VI, VII siniflər üçün Azərbaycan dili dərsliklərinin redaktoru, XI sinif ədəbiyyat dərsliyinin rəyçisidir. Məktəb-liseyin direktoru, həmçinin Azərbaycan dili və ədəbiyyat müəllimi Təhminə Əsədova VIII, IX siniflər üçün Azərbaycan dili dərsliklərinin və V-XI siniflər üçün Azərbaycan dili proqramının müəllifidir. Məktəb-liseyin alman dili müəllimi, baş müəllim, əmək veteranı Firuzə Ağayeva VIII siniflər üçün alman dili dərsliyinin müəllifi olmuşdur. "Əməkdə fərqlənməyə görə" medalı ilə təltif olunmuş Azərbaycan dili və ədəbiyyat müəllimi, metodist Arifə Məmmədovanın "Azərbaycan dili və tədrisi" jurnalında metodiki məqalələri dərc olunur. Məktəb-liseyin tarix müəllimi, metodist Fəridə Heydərova "Xan qızı Natəvan", "Hüseyn Cavid" mükafatlarına layiq görülmüş, Azərbaycan dili və ədəbiyyat müəllimi Şahnaz Xəlilova "Azərbaycan müəllimi", "Elm, təhsil və həyat" qəzetlərində məqalələri ilə geniş oxucu rəğbəti qazanıb. Məktəb-liseyin müəllimlərindən Ş.Mahmudova, A.Fərəcova, U.Hacıyeva, S.Hüseynova, İ.Bəylərova müxtəlif müsabiqələrin qalibi olmuş, mükafatlara layiq görülmüşlər.

2008-2009-cu tədris ilində ilk lisey siniflərin buraxılışı olmuş və yüksək nəticələr əldə edilmişdir. Məktəb-liseyin 50 məzunundan 47 nəfəri müxtəlif ali məktəblərə daxil olub. TQDK-nın rəsmi məlumatlarına əsasən məktəb-liseyin məzunlarının ali məktəblərə qəbul faizi ildən-ilə artır. Məktəb-liseyi 2005-ci ildə bitirən Ülkər Səfərəliyeva 644 bal toplayaraq Prezident təqaüdünə layiq görülmüşdür.

Ali  məktəblərə   qəbulda  olduğu  kimi, məktəblilərin  respublika   fənn  olimpiadalarında da məktəb-liseyin  uğurları  diqqətçəkəndir. Şəhər və respublika üzrə keçirilən müxtəlif olimpiada və  yarışlarda liseyin şagirdləri uğurla çıxış edərək yüksək yerlər tutmuşlar.

Məktəb-liseyin gözəl ənənələrindən biri də məzunların yenidən məktəbə müəllim kimi  qayıtmasıdır. Təhsil ocağının 15 məzunu hazırda öz müəllimləri ilə çiyin-çiyinə çalışır.

Məktəb-liseyin  6-cı sinif şagirdi Sənəm Təhməzlinin "Qarabağ geri dönəcək", "Bizi ayrı saldılar " adlı kitabları ona şöhrət gətirmişdir. Məktəb-liseyin 10-cu sinif şagirdi Sevinc Qurbanova "Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü", "Azərbaycan dünyam mənim", "Ulu öndər Heydər Əliyevi düşünərkən" adlı inşa müsabiqələrində iştirak etmiş və I yerə layiq görülmüşdür. Ayşən Rəhimova "Sağlam təbiət-sağlam insan-sağlam ailə", İntizar Mustafayeva "20 Yanvar", "Tarixin gerçək səhifəsi", Fariz  Bayramov "Narkomaniya və QİÇS-ə qarşı mübarizə" mövzularında inşa müsabiqələrinin qalibləri olmuşlar .

Məktəb-liseyin şagirdləri idman yarışlarında da fəal iştirak edirlər. Belə ki, İ.Mirkulova idman akrobatikası üzrə Bakı şəhər birinciliyində I yer, C.Abdullayev Azərbaycan Kikboksinq və Muzey-Tay Federasiyasının Novruz bayramına həsr olunmuş çempionatda I yer, A.Ağazadə Bakı şəhəri Gənclər və İdman Baş İdarəsinin "Cəngavər karate do idman klubunun şotokan növü" üzrə I yer, S.Qurbanova şahmat üzrə Bakı şəhər birinciliyində II yer, R.Feyziyev karatenin kyokuşinkayka kontakt  üzrə I yer, İ.Quliyev yunan-Roma güləşi üzrə birincilikdə I yer, N.Paşayev yunan-Roma güləşi üzrə birincilikdə II yer, məktəbin şahmat üzrə komandası isə "Uşaq ili"nə həsr olunmuş rayon turnirində I yerə layiq görülmüşlər. 

Pedaqoji kollektiv 

49 nömrəli "İntellekt" məktəb-liseyin pedaqoji kollektivi fəaliyyətində  müasir  dərsə  verilən tələbləri daim diqqət mərkəzində saxlayır, şagirdlərin idrakını  inkişaf  etdirən, müstəqilliyini artıran, bilikləri sərbəst əldə etmək vərdişləri yaradan, axtarıcılığı  istiqamətləndirən fəal təlim  metodlarından, qeyri-ənənəvi tədris  forma  və  üsullarından istifadə edir.

Müəllimlər təlim prosesində İKT-dən səmərəli istifadə edirlər. Müəllimlərin "İntel", "Mədəd" kurslarından keçməsi onlara dərslərini elektron vəsaitlər vasitəsi ilə qurmalarına çox kömək edir. Müəllimlərdən hazırda 4 nəfəri - Samirə Hüseynova, Xəyalə Qənbərova, İrina Abbasova, Tərminə Əsədova Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təşkil edilmiş dərsliklər üzrə ekspert komissiyasının tərkibində çalışır.

Məktəb-liseyin müəllim kollektivi müasir dərsə verilən tələbləri daim diqqət mərkəzində saxlayır, təlim metod və üsullarını düzgün seçməklə şagirdlərin idrak fəallığını,  müstəqillik səviyyəsini artırmağa səy göstərir. Belə müəllimlərdən A.Abbasova (riyaziyyat), A.Şirinov (riyaziyyat), S.Axundova (kimya), T.Yüzbaşova (biologiya), H.Kərimova (fizika) və başqalarını göstərmək olar.

Məktəb-lisey elm, təhsil ocağı olmaqla bərabər, həm də şagirdlərin dünyagörüşünün formalaşmasında, həyata baxışda milli mənəvi dəyərləri layiqincə qiymətləndirməyi bacarmaq kimi müsbət keyfiyyətləri tərbiyə edir. Bu nöqteyi-nəzərdən sinifdənxaric və məktəbdənkənar tədbirlərin keçirilməsi hər bir şagirdin intellektual inkişafında böyük rol oynayır. Məktəbin pedaqoji kollektivi bu yöndə ciddi addımlar atır. Şagirdlərin elmə, təhsilə marağını artırmaq məqsədi ilə ədəbi-bədii kompozisiyalar, fənlər üzrə viktorinalar, "Beynəlxalq ahıllar günu", "Müəllim sözü müqəddəsdir" kimi ənənəvi tədbirlər keçirilir.

Məktəbdə şagirdlərin nizam-intizam məsələsi daim diqqət mərkəzində saxlanılır. Müəllim-valideyn-şagird münasibətlərində istənilən nəticəni əldə etmək üçün tez-tez lektoriyalar təşkil edilir. Şagirdlərdə vətənpərvərlik, humanizm kimi əxlaqi keyfiyyətləri aşılamaq məqsədilə "Müstəqillik milli sərvətimizdir", "Milli Dirçəliş günü", "20 Noyabr - Beynəlxalq Uşaq Hüquqlarının Müdafiəsi Günü", "12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya günü", "Qanunun aliliyi həyat devizimizdir", "Azərbaycanın gələcəyi sizin əllərinizdədir", "Konstitusiya - əsas qanunumuzdur", "31 dekabr Dünya Azərbaycanlılarının Beynəlxalq Həmrəylik Günü" adlı tədbirlər keçirilir. Belə tədbirlərin cərgəsinə "Birlik - həmrəylikdir", "Biz Günəşin zərrəsiyik" rəsm müsabiqəsi , "Yeni il - yeni arzular" və digərlərini də qoşmaq olar. 

Beynəlxalq əlaqələr 

Məktəb-liseyin ABŞ, Yaponiya, Polşa, Səudiyyə Ərəbistanı ilə beynəlxalq əlaqələri şagirdlərin İnternetlə bir çox müsabiqələrdə iştirak edib, müvəffəqiyyət qazanmasına səbəb olmuşdur.

Məktəb-liseydə təhsil sahəsinin müasir informasiya təminatının təşkili, təhsil sisteminin kompüterləşdirilməsi yüksək səviyyədə aparılır.Bununla əlaqədar "İTOCHU" şirkətinin yardımı ilə kompüter mərkəzinin açılışı olmuşdur. Açılışda "İTOCHU" şirkətinin prezidenti K.Morosito iştirak etmişdir.

Məktəb-liseyin müəllim və şagirdləri müxtəlif ölkələrdən gələn qonaqlarla görüşlər keçirmişlər. Səudiyyə Ərəbistanı Krallığının səfiri Əli Həsən Cəfəri ilə, Yaponiya səfirinin I köməkçisi xanım Makikay ilə görüşlər şagirdlərin dünyagörüşünün formalaşmasında böyük rol oynamışdır.

Bu görüşlərin yekunu kimi məktəb-liseydə təhsil özünün üstün inkişafını təmin edir, dünya ölkələrinin təhsil sisteminə inteqrasiya prosesi intensivləşir, təlim-tərbiyə prosesi daha da təkmilləşir, yeni müasir modellər, mexanizmlər intensiv şəkildə işlənərək pozitiv nəticələr əldə olunur. 

Məktəb-liseyin uğurları

* Məktəb-lisey 2010-cu ildə "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi olub.

* Məktəb-liseyin müəllimi Elçin Manafov "Ən yaxşı müəllim" müsabiqəsinin qalibidir.

* Məktəb-liseyin məzunlarından Ülkər Səfərəliyeva Prezident təqaüdçüsüdür.

* Məktəb-liseyin məzunu Rauf Cəlilov - tibb elmləri doktoru, 5 nömrəli xəstəxananın baş həkimidir.

* Məktəb-liseyin məzunu Zenfira Məmmədova - filologiya elmləri doktoru, Azərbaycan Dillər Universitetinin kafedra müdiridir.   

* Məktəb-liseyin məzunu Ənvər Seyidov - hüquq elmləri namizədi, dosentdir. 

Niyazi RƏHİMOV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov