Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 32-ci bəndini rəhbər tutaraq
QƏRARA ALIRAM:
1. "Azərbaycan Milli Elmlər Akademiyası
işçilərinin əməkhaqlarının artırılması haqqında"
Azərbaycan Respublikası Prezidentinin 2002-ci il
1 iyul tarixli 967 nömrəli Sərəncamının
(Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2002-ci il, N 7, maddə 414; 2004-cü il,
N 10, maddə 829; 2005-ci il, N 3, maddə 209;
2007-ci il, N 4, maddə 352) 2-ci hissəsi
aşağıdakı redaksiyada verilsin:
"2. Azərbaycan Milli Elmlər Akademiyasının
həqiqi üzvlərinin aylıq rütbə maaşları 1200
manat və müxbir üzvlərinin aylıq rütbə maaşları
850 manat məbləğində müəyyən edilsin.".
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti
bu sərəncamdan irəli gələn məsələləri həll
etsin.
3. Bu sərəncam 2011-ci il mayın 1-dən qüvvəyə
minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 aprel 2011-ci il |