Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin
32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Milli
Elmlər Akademiyası sistemində çalışan işçilərin
sosial müdafiəsini daha da gücləndirmək və
onlara dövlət qayğısını artırmaq məqsədi ilə
QƏRARA ALIRAM:
1. Azərbaycan
Milli Elmlər Akademiyasının tabeliyində olan,
dövlət büdcəsindən maliyyələşdirilən elm və elmi
tədqiqat müəssisələrində çalışan işçilərin Vahid
Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə
(tarif) maaşları 2011-ci il mayın 1-dən orta
hesabla 20 faiz artırılsın.
2. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu sərəncamdan
irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 aprel 2011-ci il |