Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

22 Aprel 2011 - ¹15

 

Gənc istedadın uğurları

 

Minirə Nəcəfzadə  Azərbaycan Milli Konservatoriyasının tərkibində Respublika İncəsənət Gimnaziyasının  VIII sinif şagirdidir. Yaşıdlarından  qeyri-adi istedadı ilə fərqlənən Minirə fortepiano ifaçılığının sirlərini uşaq yaşlarından öyrənməyə  başlayıb. Dərslərini "əla" oxumaqla bərabər, Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini məharətlə ifa edən  M.Nəcəfzadə dəfələrlə fəxri fərman və diplomlarla təltif olunub.     

O, özünü ilk dəfə  birinci sinfi  bitirərkən 2003-2004-cü tədris ili üzrə  məktəbin  Azərbaycan  Dövlət Filarmoniyasının Kamera və Orqan Musiqi alətləri zalında  keçirilən  yekun hesabat konsertində  Ü.Hacıbəyli adına  Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti  və respublikanın əməkdar incəsənət xadimi, maestro  Azad Əliyevin dirijorluğu ilə ifa olunan İ.Berkoviçin "Fortepiano ilə simfonik orkestr üçün konsert" də  sınayıb. Minirə II sinifdə oxuyarkən  "Fortepiano və orkestr üçün konsertlərin ən yaxşı ifası" müsabiqəsinin  ən gənc ifaçısı adına, "Pyeslərin ən yaxşı ifası" müsabiqəsində isə II dərəcəli diploma layiq görülüb. Dünya şöhrətli violençel ifaçısı Yo-Yo Ma 2006-cı ilin mayında  Milli Konservatoriyanın  müəllim və tələbələri ilə keçirilən  ustad dərsində  III sinif şagirdi  M.Nəcəfzadənin fortepianoda ifa etdiyi Niyazinin "Xoreoqrafik vals" əsərini dinləyərək onun ifasını çox yüksək qiymətləndirib.

13 yaşlı Minirənin ifası artıq xarici ölkələrin  musiqi  ictimaiyyəti tərəfindən  də bəyənilir. O, 2008-ci ilin aprelində  Parisdə keçirilən Nikolay Rubinşteyn adına IX, 2009-cu ilin mayında  İtaliyanın Bari şəhəri yaxınlığında keçirilən  Pietro Argento  adına XII beynəlxalq musiqi müsabiqələrinin laureatı kimi II yeri tutaraq  müvafiq  diplomlara  və "Pietro Argento" medalına layiq görülüb. 2010-cu ildə isə İspaniyanın  Palma de Mallorca şəhərində keçirilən fortepiano ifaçılarının XVIII beynəlxalq  musiqi müsabiqəsinin "Laureat-I Yer" zirvə mükafatını qazanıb. Həmin il İngiltərənin Nyukasl şəhərində keçirilən  gənc fortepiano ifaçılarının beynəlxalq musiqi  müsabiqəsində də I dərəcəli  diploma sahib olub.

Azərbaycan Respublikasının   Prezidenti İlham Əliyevin 17 sentyabr  2010-cu il tarixdə imzaladığı "Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında" Sərəncamı ilə  Nəcəfzadə Minirə İlham qızının adı Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na yazılmaqla  o, xüsusi aylıq  təqaüdə layiq görülüb. 

Sifai SƏFƏROVA

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov