Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

22 Aprel 2011 - ¹15

 

Mədəniyyətlərarası Dialoq Forumunun bir qrup iştirakçısı Astara Pedaqoji Kollecində

 

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bir qrup iştirakçısı Astara rayonunda olub.

Fəlsəfə elmləri doktoru, professor, Rusiya Təbiyyat Elmləri Akademiyasının akademiki, Rusiya Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun sosial-fəlsəfə bölməsinin müdiri Valentina Fedotova, fəlsəfə elmləri doktoru, professor, Rusiya Federasiyası hökumətinin nəzdində Maliyyə Akademiyasının fəlsəfə kafedrasının müdiri, Rusiya Fəlsəfə Cəmiyyətinin birinci vitse-prezidenti Aleksandr Çumakov, sosioloji elmlər doktoru, Moskva Beynəlxalq Münasibətlər İnstitutunun sosiologiya kafedrasının müdiri Nadejda Fedotova, fəlsəfə elmləri namizədi, Rusiya Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun dokrorantı, Rusiya Fəlsəfə Cəmiyyətinin beynəlxalq məsələlər üzrə vitse-prezidenti, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin "Qlobalistikada kim kimdir və nə nədir" elmi-təhsil layihəsinin ekspert şurasının üzvü Ariz Gözəlov, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Musiqi Akademiyasının dosenti Minaxanım Hacıyevanın Astarada olduqları günlərdə rayonumuzun, eləcə də Cənub zonasının tarixi, mədəniyyət abidələrinə baş çəkməsi, görməli və təbii mənzərəli yerlərini gəzməsi, füsunkar təbiətimizin canlı nümunələri və xalqımızın adət-ənənələri, hədsiz qonaqpərvərliyi və istiqanlılığı ilə yaxından tanış olmaları onlarda, bütövlükdə Azərbaycan haqqında olan fikirlərin yeniləşməsinə gətirib çıxaracaqdır. Qədim Azərbaycan torpağı olan Astara rayonunun Miki kəndində uzun əsrlərin sınağından keçib bu günə qədər gəlib çıxan maddi-mənəvi abidələrlə tanışlıq onlarda daha böyük təəssürat oyatdı.  

Qonaqlar ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək xatirəsini böyük ehtiramla yad ediblər. Heydər Əliyev Mərkəzində şəkil, stend və eksponatlara baxan qonaqlar Mərkəzə xeyli sayda kitab hədiyyə etmişlər. Astara Rayon İcra Hakimiyyətinin başçısı M.Quliyev qonaqları qəbul etmiş və rayona gəldiklərinə görə onlara öz minnətdarlığını bildirmişdir.   

Aprelin 11-də Astara Pedaqoji Kollecində hörmətli qonaqlarla tələbə və müəllim kollektivinin görüşü keçirilmişdir. Çıxış edən qonaqlar kollecin direktoru, fəlsəfə doktoru, respublikanın əməkdar müəllimi, dosent, Rusiya Fəlsəfə Cəmiyyətinin üzvü Əlihəsən Həmzəyevə öz minnətdarlıqlarını bildirmişlər. Azərbaycan xalqına, Azərbaycan dövlətinə öz isti münasibətlərini bildirən rusiyalı alimlər forumla bağlı fikirlərini çatdırıblar. Onlar birmənalı şəkildə bildirmişlər ki, mədəniyyətlərarası dialoq bəşəriyyəti onu gözləyən  məhvdən və xaosdan xilas edəcək və bu beynəlxalq forumun Azərbaycanda keçirilməsi təsadüfi deyil. Kollecin müəllimlərindən şöbə müdirləri Nəsir Süleymanov, Əliheydər Həmzəyev və musiqi müəllimi Aybəniz Dadaşova qonaqları hərarətlə salamlamış, onlara kollecə gəldiklərinə görə minnətdarlıq etmişlər.        

Azad ABDULLAYEV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov