Azərbaycan Müəllimlər İnstitutunda (AMİ)
"British Council"in yeni təşəbbüsü olan Ali
Təhsilin Beynəlmiləlləşdirilməsi proqramı
çərçivəsində "Layihə təkliflərinin hazırlanması"
mövzusunda ali təhsil müəssisələri üçün təlim
keçirilmişdir.
AzərTAc xəbər verir ki, iki gün davam edən təlim
Birləşmiş Krallıqdan dəvət olunmuş beynəlxalq
ekspert Kris Tribıl tərəfindən aparılmışdır.
Ali təhsil müəssisələrindən olan təlim
iştirakçıları yerli və beynəlxalq təşkilatlara
müraciət vaxtı layihələrin yazılması qaydaları,
əsas konsepsiyalar və layihə dizaynı sahəsində
bacarıqlar əldə etmişlər. Təlimdə ölkənin
ayrı-ayrı təhsil ocaqlarının, o cümlədən Bakı
Dövlət Universiteti, Azərbaycan Müəllimlər
İnstitutu, Bakı Slavyan Universiteti, Azərbaycan
Dillər Universiteti, Milli Aviasiya Akademiyası,
Xəzər Universiteti və Odlar Yurdu
Universitetinin nümayəndələri iştirak etmişlər.
|