Aprelin 21-də Azərbaycan Dövlət İqtisad
Universitetində (ADİU) "Ümumdünya Ticarət
Təşkilatındakı peşəkar danışıqçı
nöqteyi-nəzərindən ÜTT-nin bir ölkənin maraqları
üçün necə istifadə edilə biləcəyi" mövzusunda
seminar keçirilmişdir.
Tələbə və magistrlərin iştirak etdiyi seminarda
ÜTT çərçivəsində ABŞ hökumətinin danışıqlar
qrupunda Xidmətlər Sahəsində danışıqçı
vəzifəsində çalışmış beynəlxalq ekspert Alisiya
Qriniç ÜTT barədə ətraflı məlumat vermişdir.
Bildirmişdir ki, 1995-ci ildə yaradılmış
təşkilatın qərargahı İsveçrənin Cenevrə
şəhərində yerləşir. Gənc beynəlxalq
təşkilatlardan olan ÜTT əsası 1947-ci ildə
qoyulmuş Tariflər və Ticarət üzrə Baş Sazişin
(GATT) davamçısıdır. Hazırda dünyanın 153 ölkəsi
ÜTT-nin üzvüdür. Bundan başqa, 31 ölkə və bir
neçə beynəlxalq təşkilat ÜTT-də müşahidəçi
statusuna malikdir.
Sonda beynəlxalq ekspert Alisiya Qriniç sualları
cavablandırmışdır.
AzərTAc |